İDBAR ADAMLARIN SƏRKƏRDƏSİ OLAN DƏLLƏK
XUDAVERDİNİN SATQINLIQ ÜLGÜCÜ İLƏ, HABELƏ
ULDUZLARIN VƏ FƏLƏKLƏRİN TƏSİRİ SAYƏSİNDƏ
DÖVLƏT VƏ KAMRANLIQ ÇƏMƏNİNİN TƏZƏ - TƏR
NİHALI OLAN NƏVVAB ŞAHZADƏNİN ŞƏHADƏTİNİN
ZİKRİ
Cəfakar asimanın (sepehr) adəti və kəcrəftar fələyin hökmü
həmişə belə olub və bclə olmaqda da davam edir: İzzət çayından [su
içib] göyə ucalan hər bir murad ağacı arzu meyvəsi ilə barlanan
vaxt, tezliklə dövran hadisələrinin bidad küləyindən [sərsər] solur;
Dövlət gəlini ilə həmağuşluq edən hər şövkətli adam aqibətdə dünya
hadisələrinin uğursuz gedişi nəticəsində əvvəlcə dövlət əlininə öz
nəvaziş əlini (dəste etenaq) uzadıb onunla qucaqlaşır, sonra isə
ruzigar hadisələrinin məkri üzündən [gəlinə] üç dəfə təlaq deyərək
ondan ayrılır və əbədi ehtiyaca (herman) giriftar olur.
Bu məqalə Gəncə yaxınlığında qəzanın buyruğu ilə nəvvab
şahzadənin faciəli şəhadəti barəsindədir. Həmin ibratamiz və qəribə
hadisə belə olmuşdur: Cahanbani şahzadə İraqa getməyi qərara
aldığından Gəncədən köçmək təbilini
çalaraq, Bərəncərd çeşməsində
dayandı. Doqquz yüz doxsan dördüncü it ili sənəsində, zilhiccətül -
həram ayının iyirmi ikisində, (miladi 1586, 4 dekabr) gecə vaxtı
cahanbani şahzadə Əliqulu xanın mənzilinə təşrif apardı. Onlar gecə
yarısınadək qırmızı şərab (şərabe-ərğvani) içməklə işrət və söhbət
584
məclisi qurdular. Şahzadə gecənin yarısında onun evindən məst
halda çıxdı, xidmətində duran bir neçə nəfər mülazimləri və
qulamları ilə birlikdə ali dövlətxanaya təşrif apardı.
Şahzadə hərəmxanaya getmək istəyirdi, amma o səltənət və
kamranlıq bağının sərvinin şəhid olacağı, qəza lövhəsində qədər
qələmi ilə yazıldığıqdan, hadisənin əli o həzrətin yaxasından
tutmuşdu. Buna görə də hadisənin axırı onu xüsusi ov quşlarının
(cəvareh) bağlandığı quşxana olan alaçığa (aləçuq) çəkib apardı.
Silahını belinə bağlamışdı. O, orada yorğan-döşək istəyib istirahət
yatağında yuxuya getdi.
Napak bir dəllək olan Xudaverdi bic (məchuləl-ab) və
yetim bir oğlan idi, Qəzvin darüssəltəsində dəlləklik edirdi. O hələ
uşaq ikən adlı-sanlı şahzadənin xidmətinə gəlmişdi. Onlar biri-
digərinə oğlanlar kimi ülfət bağladıqları üçün dəlləyin xidməti şahın
diqqətini cəlb etmişdi. Xudaverdi şahzadənin hüzurunda böyümüş
və ona tam məhrəm adam olmuşdu. Ona ali şəfqət olunduğundan
məqamı mötəbər və ali idi. Dövlətləndiyindən, xatiri əmirlərin və
dövlət başçılarının yanında böyük idi. Amma daxilində xəbislik və
pis niyyət olduğundan elə qəbahətli bir əməl etdi ki, səltənət bağında
bəxtinin səmərəsi nəticəsində ucalmaqda olan kamranlıq çəməninin
o təzə nihalını öldürdü. Adlı-sanlı şahzadə alaçığa girib, böyrünü
istirahət yatağına uzadan vaxt dəllək Xudaverdi çölə çıxıb, həmişə
keşikdə dayanan ali mülazimlərə dedi ki, ali nəvvab bir nəfərlə
(şahed) tənha qalmaq istəyir, amma sizdən utanır. Dəllək beləliklə
onları həmin
yerdən uzaqlaşdırdı. Keşikçilər bu sözdən
şübhələnmədikləri üçün onun sözlərinə qulaq asıb oradan
aralandılar. O çirkin və nəməkharam dəllək isə, şahzadənin yatdığı
otağı keşikçilərdən xali görüb, o şahlıq bağçasının sərv ağacının
belindən xəncərini açdı, sərxoşluq yuxusuna gedən şahzadənin
qarnına və böyrünə bir neçə zərbə vurdu onun işini bitirdiyindən
xatircəm oldu və oradan çıxdı.
Xidmətçilərdən öz vəzifəsinə görə şahzadənin xidmətinə
gələn Fəttah adlı bir oğlan alaçığa daxil olub gördü ki nəvvab
şahzadə qan dəryasında çabalayaraq öz dərdli sinəsindən soyuq
nəfəs çıxarmaqdadır. Tez çölə çıxıb fəryad etdi. Keşikdə dayanan
qulam və mülazimlər məsələdən xəbər tutdularsa da, onların heç
birinin alaçığa girməyə cürəti olmadı. Zeynal bəy Şərbətdar alaçığa
daxil olaraq gördü ki, kamranlıq bağının həmin sərvi ruzigar
hadisələrinin küləyi nəticəsində məhv olmuşdur. Cərrah və
585
həkimləri çağırdılarsa da, müalicənin ona xeyri olmadığından az bir
ləhzə içində şahzadənin şərafətli ruhunun quşu övci-əlaya pərvaz
etdi. O ali yerdə olanlar bu mənanı belə ifadə edirdilər:
Beyt:
Sənin, əlbəttə, yerin ərşdədir, eyb olsun
Sənə ki, torpağın üstdə keçirirsən ömrü.
407
O zamanlar dövlətin sütunlarında olan Əliqulu xana və
İsmayılqulu xana adam yollayıb onları vəziyyətdən xəbərdar etdilər.
Sübh tezdən oradan köç edəcəkləri qərara alınmış olduğundan,
döyüşçülərin əksəri məsələdən hali olmadığı üçün çıxıb getdilər,
amma bu xəbər tezliklə yayıldı. İsgəndər şanlı nəvvab və səltənət
qadınları fəryad və fəğan etməyə başladılar. Cavan və qocanın nalə
və qışqırıq səsləri göyə ucaldı. Əzəmətli əmirlər Əliqulu xanın evinə
toplaşıb belə qərara gəldilər ki, İsgəndər şanlı nəvvabın sarayına
yollansınlar, şahzadənin təziyəsini başa çatdırsınlar. Şahzadəni
aparmaqdan ötrü Ədhəm xan Türkmana tapşırıq verildi. Ədhəm xan
mirzənin xas qulamları ilə birlikdə qanlı paltarlı o həzrəti kocavəyə
qoydu. Kəcavəni əllərində tutan qorçilər sinələrini açıb kökslərini
cıran iki-üç min adamla birlikdə növhə deyə-deyə orduya gəlib
çatdılar. Əzəmətli əmirlər onları qarşıladılar. Onların gözləri təzə-tər
dövlət və iqbal çəməninin məhv olmuş nihalına sataşanda, öz
taclarını və baş örtüklərini çıxarıb yerə çırpdılar, fəryadlarını
asimana ucaltdılar.
Xülasə, əkbər gününün
408
ah-naləsi bütün xalqlar arasında
ərşə çıxdı, göydəkilər yerdəkilərin dərdinə şərik olub saç yolmağa
başladılar. Onun cəsədi hərəmxanaya bitişik olan xeyməyə
aparıldıqda İsgəndər şanlı nəvvab Yəqub
409
kimi ağlaya-ağlaya
həmin hüznlər evinə (beytüləhzan) daxil oldu. İzzət həromxanasının
- (sərapərdə) matomo qərq olan xanımları dırnaqları ilə sifətlərini
cırıb, öz zəif əlləri ilə saç-larını yola-yola nəşin üstünə toplaşdılar,
növhə deməyə, ağlamağa və iztirab hissi keçirməyo (biqərari)
407
Beytin farscası:
Ərşəst nəşiməne-to, şənnət bada
K-ayi və moqime xotteye-xak şəvi.
408
Qeyd: Burada məhşər günü nəzərdə tutulur - Ş.F.
409
Yusif peyğəmbərin atası Yəqub nəzərdə tutulur - Ş.F.
586
başladılar. Sonra şahzadəni məğsələ
3
apardılar, sədrlər və üləmalar
şəriət qayda-qanunu üzrə qüsldən sonra onu kəfənlədilər. Bir dəstə
adama tapşırıq verildi ki, nəşi Ərdəbil darülirşadına aparıb
müqəddəs rövzədə, əzəmətli əcdadının yanıda dəfn etsinlər. Qəribə
hadisələrdəndir ki, gecə yarısı o məzlum şahzadənin qanı çirkin
Xudaverdinin yaxasından çəkə-çəkə nəşin üstünə gətirdi.
Bu hadisənin şərhi qısa şəkildə belədir: Belə vəziyyət baş
verəndən sonra şahzadənin qədrini bilməyən o nacins haramzadə öz
evinə gedib, təxminən əlli-altmış tümən dəyəridə olan bir kisə əşrəfi
qızılını guya "nəvvab mirzə şadlıq məclisi üçün istiyir" bəhanəsilə
götürüb, İsmayılqulu xana bütün əzəmətli əmirlərdən daha yaxın
olduğundan, piyada və tənha halda onun evinə getdi. İsmayılqulu
xan bir dəstə öz həmsöhbəti ilə söhbət etməkdəykən dəllək
Xudaverdi pərişan halda məclisə daxil oldu. Onlar rəsmi
əhvalpərsanlıqdan sonra onun belə vaxtsız-vədəsiz gəlişinin səbəbini
xəbər aldıqda söylədi ki, böyük bir günah etmişəm və mən tərəfdən
böyük bir xəta baş vermişdir. İndi mənə nə məsləhət edirsiniz?
Bu yaramaz (şəni) əməlin və əcaib qəziyyənın təhqiqindən
sonra [Xudaverdi İsmayılqulu xandan] kömək istədi. Mən o
nacovanmərdə (qorxağa - Ş.F.) nə deyim ki, o, elə o vaxt icazə
almadan [Xudaverdinin] qanını axıtmadı, aləmin torpağını (külünü!)
öz başına tökmədi?
Xudaverdi o qəribə hekayəti izhar edəndən sonra onu atası
Piri bəy Eynallıdan sonra nəvvab şahzadənin eşikağasıbaşısı olan
Rzaqulu bəyə tapşırdılar ki, onu qoruyub mənzilə çatdırsın. Rzaqulu
bəy onu bir sandığa qoyub o sandığı paltar sandıqları arasına yüklədi
və mənzilə gətirdi. Məsləhətinə müfaviq olaraq İsmayılqulu xan
dəlləyin gecə gizlicə meşəyə aparılıb qətl olunmasını öz iki
mülaziminə tapşırdı.
Mülazimlər əmrə tabe olub onu meşəyə apardılar, bir-iki
zərbə ilə yaraladılar. Dəlləyin yanındakı qızılların bir hissəsinə
yiyələnmək istəyi onlara onun işini bitirmək imkanı vermədi və o
özünü qamışlıqdakı suyun içinə atdı. Aldığı yaralar təsadüfən
öldürücü olmadığından ona clo bir təsir etməmişdi. Mülazimlor
çıxıb getdikdən sonra dəllək qamışlıqdan çıxdı, soyuğun bərk
təsirindən özünü taqətsiz halda uzaqdan gördüyü atəşin yanına
çatdırdı. Həmin atəş də təsadüfən şahzadənin xeyməsində yanmaqda
olan məşəl idi. Şahzadənin nəşinin başı üzərində dayanan
mülazimlər məşəlin işığında onu görüb tanıdılar, tutdular.
587
Xudaverdinin nəzəri mərhum şahzadənin nəşinə dəyəndə
gözlərindən peşmanlıq yaşları axmağa başladı. Ondan soruşdular:
"Sən şahzadə ilə çox yaxın bir adam idin, nə üçün bu işi etdin?"
Cavab verdi ki, bəzi adamlar məni öyrədib bol vədlər verdilər, ona
qarşı qaldırdılar, amma vədə xilaf çıxdılar, mən də öz
ağılsızlığımdan aldanıb bu əməli etdim.
Amma hansı adamların onu öyrətdiklərini demədi. Sübh
tezdən dəlləyin tutulması xəbəri İsgəndər şanlı nəvvaba çatdı.
Əvvəlcə onu əmirlərin məclisinə gətirdilər, sorğu-suala tutdular.
Əmirlərin əmrinə görə hərzə-hərzə danışmamasından və sədaqətli,
xeyirxah adamlara iftira atmamasından ötrü onun dilinə çuvalduz
soxdular. İsgəndər şanlı nəvvab demişdi ki, mən onu öz əllərimlə
öldürəcəyəm. Onu o şərafətli adamın yanına gətirdilər, amma
dəlləkdə danışıq qüdrəti və nitq qüvvəti qalmamışdı. İsgəndər şanlı
nəvvab xəncərlə onun qarnına bir neçə zərbə vurdu. Sonra onun
napak cəsədini ordubazara aparıb yandırdılar və külünü fəna
küləyinə verdilər. Sübhanallah! İnsan övladı necə də şeytan
hiyləsinə uyub öz əql yolundan kənara çıxır, öz savabsız işləri ilə
özünü dünya və axirətin köməyindən məhrum edir. Təfəkkür
dünyasının səyyahları gecələr belə fikirlər dənizinə baş vurub bu
iyrənc əməlin səbəbi barədə düşünürdülərsə də, onların fikir
gəmiləri məqsəd sahilinə yetişmirdi. Tədbir aləminin uzaqgörən
adamları özlərinin xəyal peyklərini hər tərəfə qovdularsa da, bu
əməlin məğzindən heç bir məlumat əldə etmədilər. Xülasə bütün
iddiaların çöhrəsi xəyal pərdəsindən görünə bilmədi. Hər saat heyrət
artmaqda idi, amma ürəklərə şəfa verə biləcək səbəb zahir olmadı.
Bu barədə düşüncə əhli tərəfindən ixtilaflı fikirlər söylənilmişdir,
lakin həmin fikirlərə öz münasibətini bildirmək bu əsəri yazan üçün
(vaqiənevis) zəruri iş olduğuna görə hadisə barədə fikir söyləməyə
çalışacaqdır. İzzət büsatına çatmış bəzi adamların sözündən belə
məlum oldu ki, dəllək Xudaverdinin sahibcamal bir gözəl oğlan olan
Rzaqulu Eynallı ilə bərk eşqbazlıq peşəsi vardı və o hərdən - bir ali
məclisdəki zarafatlı söhbətlər zamanı öz sözlərini deməyə cürət edir,
nəvvab şahzadə də öz ilhamının çiçəklənən vaxtlarında dəlləyin
iztirabına səbəb olan öz açıq-saçıq sözlərini məclis əhlinə söyləyirdi.
Nəvvab şahzadənin də onunla xəlvətdə qalması barədə deyilən
sözləri eşidən Xudaverdi həmişə deyirdi ki, səndən intiqam
alacağam. Mirzə də bu sözlərin zarafatla deyildiyini güman edirdi.
588
Nəhayət eşq və məhəbbət qeyrəti onun canına doldu və [Xudaverdi]
belə bir böyük hadisənin baş verməsinə cəsarət etdi.
Bəziləri isə deyirdilər ki, nəvvab şahzadənin Əliqulu xana
olan açıq-aşkar şəfqəti sayəsində onu böyük xanlar xanı vəzifəsinə
layiq görməsi İsmayılqulu xanın paxıllığına və həsədinə səbəb
olmuşdu, buna görə də o, Əliqulu xanı məyus etmək üçün o cavan
şahzadənin qətlini təşkil edərək dəllək Xudaverdini bu işə təhrik
elədi. Bunun sübutu kimi dəlləyin törətdiyi hadisədən sonra
İsmayılqulu xanın evinə getməsini və xanın onu gizlətdiyini misal
gətirdilər. Başqa adamlar isə belə güman edirdilər: Nəvvab
şahzadənin Mürtəzaqulu xanın Damğandan orduya gətirilməsi
barədə ona məktub yollaması gecə-gündüz mirzə ilə müsahib olan
Əliqulu xanın İsmayılqulu xanın və Məhəmmədi Sarısolağın belə
güman etmələrinə səbəb oldu ki, məbada mirzənin onlara
iltifatsızlığı baş versin və onları özündən uzaqlaşdırsın, elə buna
görə də onu qabaqladılar. Bir-biriləri ilə qərara gəldilər və
Xudaverdiyə bu hadisəni törətməyi tapşırdılar. Onlar belə
düşünürdülər ki, həmin hadisədən sonra bir-biriləri arasındakı
ziddiyyət və ayrılıq aradan çıxacaq, birləşərək bir daha düşmənçilik
etməyəcəklər.
İsmayılqulu xan Əliqulu xanın vəkil olması ilə razılaşıb
onunla dost olduğu üçün belə böyük bir vaqiə asanlıqla həyata
keçirildi. Onlar Xudaverdini danışmağa qoymadılar, çünki azyaşlı
uşaq olan Əbu Talib Mirzəni o həzrətin yerinə qoyub səltənəti öz
əllərinə keçirmək istəyirdilər. Bu sətirlərin müəllifi nəvvab
şahzadənin vəziri Mirzə Lütfullah Şirazidən eşitdi ki, nəvvab nıirzə
xanlara lütfkarlıq göstərmir, onlardan şübhələnirdi. O, Gəncədən
çıxmaqda olduğumuz iki günün birində məni hamama çağırıb dedi:
"Birmirəm o iki cavanmərd adamın
410
yanında nə günahım var ki,
mənim qanıma susamışlar. Onlar şərab məclisində mənim üstümə
qışqırırlar, yəni məni qətl etmək qəsdindədirlər".
O vaxtlarda Xudaverdi şahzadənin başını qırxırdı və bü
söhbəti eşidirdi. Ola bilsin ki, o özünün cəhalət və nadanlığı
üzündən qətli qərarlaşdırmış, onlar həmin məqsədlə Xudaverdini
aldatmışlar, o, aqibətsiz nadan da əql məsləkindən uzaqlaşıb
əmirlərin təlimi ilə bu işə əməl etmişdir. Ağıla sığmır ki, o həzrətin
himayəsi ilə tərbiyələnən o iki əmir mülazimət və nökərlik
410
İsmayılqulu xan və Əliqulu xan nəzərdə tutulur - Ş.F.
589
mərtəbəsindən uca əyalət və xanlıq mərtəbəsinə yetişib dövlətin xas
sütunlarından olduqları halda, o həzrətin zəhmətini qanmayalar və
aləmin sərmayəsi olan elə bir qiymətli gövhəri havayı yerə əldən
verələr. Görəsən onlar niyə belə haramzadalıqdan çəkinməmiş, əql
mürşidi və düşüncə pirindən icazə almamış, özlərini dünyada və
axirətdə bədnam etmiş, elə qəbahətli bir əmələ bais olmuşlar?
Hamı bu barədə düşündüyündən bu sətirlərin müəllifi uzaq-
yaxın adamlardan eşitdiyini qələmə aldı. Nəticədə isə həmin əmirlər
bu vaqiədən sonra bir il də yaşamadılar. Həqiqi qisasçı olan Allah-
təala əlahəzrət zilləllah şaha kömək etdi ki, tezliklə müqəddəs
Məşhəddən qayıtdıqları vaxt o, həmin idbar adamların cəzalarını
versin. Bu barədə öz məqamında məlumat veriləcəkdir.
SƏADƏTLİ ƏBU TALİB MİRZƏNİN VƏLİƏHD TƏYİN
OLUNMASI, ƏRZ VƏ SƏMA XALİQİNİN QƏZAVÜ
QƏDƏRİ NƏTİCƏSİNDƏ ONUN ƏHVALININ POZULMASI
Günahları bağışlanmış mərhum şahzadənin başına gələn o
böyük hadisədən sonra İsgəndər şanlı nəvvab əzəmətli əmirləri
toplayıb öz ürəkaçan və dürlər saçan nəsihətləri ilə onları
nəsihətləndirdi, oymaqlar arasında düşmənçilik və nifaqın dəf
olunması, onların bir-biriləri ilə razılığa gəlmələri və birləşmələri,
xüsusilə şamlı-ustaclı və türkman-təkəli tayfaları arasındakı
inadkarlığın aradan qaldırılması üçün xeyli söhbətlər apardı. O
istəyirdi ki, özü şəxsən səltənət və dövlət işlərini yoluna qoysun.
Həmin vaxtlarda elan edilməsi münasib olmayan bəzi daxili düşüncə
və mülahizələrinə görə İsgəndər şanlı nəvvab özünün heç bir
fərzəndini və adlı-sanlı şahzadələri ali divanın başçısı və vəliəhd
təyin etmək istəmirdi, rəhmətlik nəvvabdan sonra böyük övladı olan
əlahəzrət zilləllah isə o zaman Xorasanda yaşayırdı.
O həzrətin xidmətində dayanan Mürşidqulu xan və Xorasan
əmirlərinin isə İraq əmirləri ilə ixtilafları mövcud idi. Əbutalib
Mirzə və Təhmasib Mirzə azyaşlı olduqlarından, o vaxtlarda böyük
qədir-qiymətli vəliəhd rütbəsinə hələ layiq deyildilər. Həm də ki,
türkman və təkəlilər tərəfindən tərbiyət olunan Təhmasib Mirzə o
əsnada Ələmut qalasında ustaclı tayfasının həbsində idi. Arama,
[Allah-təalahın] əzəli iradəsi və əbədi təqdiri ilə yaxın vaxtlarda
Xorasan üfüqündə tülu edəsi dövlət və cahangirlik günəşi əlahəzrət
zilləllah şaha doğru yönəldiyindən, tezliklə İran mülkünün ərazisi
590
onun ədalət nuru ilə işıqlanacaq, iranlıların arasındakı
qarmaqarışıqlıq və onların tabeliyindəki adamların vəziyyətlərinin
yaxşılaşdırılması mülkü bəzəyən o həzrətin rəy və tədbiri ilə həll
olunacaqdır.
Buna görə də, zəmanə qeyb aləmindəki işgörmələrin
yardımı ilə [Abbasın gələcək müqəddaratı] üçün şərait
yaratmaqdaydı.
[Misra]
Fikri-vaiz başqa cürdür eşqi-aşiq haşqa cür.
411
Amma dövr aqillərinin istəkləri onların mətləblərinə əks
nəticə verməkdəydi. Xülasə, dövlətin ixtiyar sahibli şəxsləri olan
saray əmirləri İsgəndər şanlı nəvvabın rəyinə müxalif çıxıb bir-
biriləri ilə belə məsləhətləşdilər ki, anasının yanında tərbiyə
almaqda olan Əbutalib Mirzəni rəhmətlik nəvvabın əvəzinə vəliəhd
etsinlər, səltənət və hökmranlıq işlərinin ipini özlərinin ixtiyar və
iqtidar əllərinə alsınlar. Amma, yuxarıda zikr olunduğu kimi,
İsgəndər şanlı nəvvab həmin məsələnin rəsmiləşməsini istəmir, onun
təxirə salınmasını məsləhət görürdü. O, ilham bəyanlı dili ilə deyirdi
ki, özünün şəhid fərzəndinin - həmsöhbət olduğu cahil qızılbaşların
əli ilə başına gələn hadisədən sonra heç bir başqa fərzəndinin
özbaşına hərəkəti ilə razılaşmayacaq və qızılbaşların şahzadələrin
yanına azad gəliş-gediş qapılarını bağlayacaqdır. Saray əmirləri bir-
biri ilə danışıb, o vaxtlarda müstovfiül-məmalik olan Mirzə
Məhəmmədi özlərinə nümayəndə seçərək padşaha belə ərz etdilər:
"Ali padşahın əmri ilə səltənət və padşahlıq işlərini bir neçə il icra
edən nəvvab şahzadənin iqtidar və etibarı bütün ətrafa
yayıldığından, onun başına gələn o mədlıuş hadisənin xəbəri artıq
hər yana gedib çatmışdı. Əgər indi kamkar şahzadələrdən birinin
cülus etmə xəbəri tezliklə sərhədlərə gedib çatmazsa, hər yerdə tam
qarmaqarışıqlıq başlayacaqdır ki, bu da dinə və dövlətə nöqsan
dəyməklə nəticələnəcəkdir. Məğlubedilməz dövlətin məsləhəti
belədir ki, səltənətə və şahlığa ləyaqəti olan şahzadələrin birinin
təcili olaraq vəliəhdlik rütbəsi ilə şərəfləndirsinlər. Üstəlik də onun
411
Misranın farscası:
Fekre-vaez digər-o sevdaye-aşeq digərəst.
591
ixtiyar və iqtidar dərəcəsini rəhmətlik şahzadəyə nisbətən daha da
artırılsınlar ki, onun cülusu xəbəri tez bir vaxtda sərhədlərə gedib
çatsın. Böyük fərzənd olan ali qədirli, fələk iqtidarlı şahzadə, yəni
həzrət zilləllah şah isə Xorasandadır. Buna görə də əmirlər o həzrət
mülkünü "Xorasan sultanı" adlandırmışlar və onun məiyyətində
dayanıb həmin məmləkəti qorumaqdadırlar. Amma, Əbu Talib
Mirzə isə padşahın məiyyətindədir və onu bu adlı-sanlı rütbə ilə
müşərrəf edin".
Mirzə Məhəmməd hiyləgər bir lətafətlə sözlərinin
başlanğıcını ağlabatan dəlillər ziynəti ilə bəzəyib, həqiqətən də
İsgəndər şanlı nəvvaba təsir etdi. İsgəndər şanlı nəvvab bütün
əmirlərin və əyanların bu mətləbin tərəfdarı olduqlarını görüb öz
razılıq başını ikrah hissi ilə tərpətdi. Dövlət işlərinin nizama
düşməsində həmin əmirlərin birinci səhvi bu idi ki, onlar qətiyyən
bu işin aqibətini fikirləşmədilər. Onların bəsirət gözləri əlahəzrət
zilləllah şahın dövlət və kamranlıq nurunu müşahidə etməkdən
məhrum idi. Onlar görə bilmirdilər ki, Xorasanın şərqindən doğub
bütün İraq və Azərbaycan ərazilərini işığa qərq edərsə, qızılbaş
tayfalarınınsa əlindən itaətdən başqa heç nə gəlməyəcəkdir. Onlar
belə düşünürdülər ki, Xorasan əmirləri, xüsusilə də həmin vilayətdə
mütləq hakim (hakim il-əl-etlaq) müqəddəs Məşhəddəsə əlahəzrətin
lələsi və rüknussəltənəsi olan Mürşüdqulu xan özünün Xorasandakı
ixtiyar və iqtidarını əldən verib İraqa gəlməyəcək, əlahəzrət
şahzadəni özünə sərmayə edərək Xorasan səltənətinin gəlinini onun
gözləri önündə cilvələndirəcək, onu Xorasandan digər dövlətlər
üzərinə yürüş etməyə qoymayacaqdır. Lakin onlar anlamadılar ki,
[Abbas Mirzənin] aləmi işıqlandıran hümayun şüaları önündə başqa
adamın nursuz çırağı xilafət və cahandarlıq üzərinə necə işıq sala
bilər? [Onlar görə bilmirdilər ki,] zülməti əridən günəş nurları
müqabilində bir işıldaquş (kerme-şəbtab) nə təhər işıldayıb nur sala
bilər? [Onlar bilmirdilər ki,] günəşdən daha parlaq (əzhər min əş-
şəms) olan o [şahzadənin] humayun məiyyətinin günəş misallı
ayparası, yəni ən yüksəklikdə belə ov ovlamağı özünə aşağı bilən
büləndpərvaz bir şahin quşu (şahbaz) axı alacəhrə (səvə) şikarına
necə tamah sala bilər?
Dostları ilə paylaş: |