Beyt:
Kiçik çayda üzər kiçik balıqlar,
592
Nəhəng balığının
412
öz ümmanı var.
413
Xülasə, öz rəylərinə qapılan əmirlər İsgəndər şanlı
nəvvabdan icazə aldıqdan sonra bu işi tez-tələsik həyata keçirmək
istəyib, şahın və ordunun rəhmətlik [İmanı Hüseynə] yas tutduqları
aşura günlərində xoş bir saat seçərək, şahzadəni Tərtər yurdunda öz
adlı-sanlı atasının yanına apardılar. [Şah da] indiyə kimi öz başına
qoyduğu tacını öz mübarək əlinə götürüb şahzadənin başına qoydu,
onun belinə qılınc kəməri bağladı, əyninə qiymətli libaslar geydirdi,
onu vəliəhdlik rütbəsi ilə şərəfləndirdi. Qərara alındı ki, rəhmətlik
şahzadənin mülazimləri və ali divanın mənsub sahibləri elə əvvəlki
qaydada mirzənin xidmətində dayansınlar. Beləliklə, rəhmətliyin
var-dövləti, əşyaları və evlərinin sərkarı da elə nəvvab mirzənin
sərkarı olaraq qaldı. O vaxt ali sarayda olan bütün əmirlər, böyük
adamlar və qızılbaş əyanları gələrək bu xanədanın qanun-qaydası
üzrə mirzənin ayağını öpüb, onu təbrik etdilər. Ətrafa hakimlər
göndərildi, əhaliyə şahzadənin cülusu barədə xəbər verildi.
İmamqulu xan və Qarabağ əmirləri o mənzildə şahdan
icazə alıb, öz iqtalarına qayıtdılar, şah da köçərək Ərdəbil
darülirşadına yollandı.
Mirzə Məhəmməd əmirlərin rəyini həyata keçirdiyi üçün
Əliqulu xan və əmirlər bu qərara gəldilər ki, onu ali divana vəzir
təyin etsinlər və divanın bütün işlərinin cilovunu onun ixtiyarına
versinlər. O da boyun oldu ki, səltənət işlərinin rəvacı üçün
çalışacaq, divanın hörmətini artıracaq, dövlət məsələlərinin yerinə
yetirilməsinin zamini olacaqdır. Beləliklə, o, belə uca bir mərtəbəyə
yüksəldi, divan əməliyyatlarının müstəqil icraçısı (mütəsəddi) oldu
və etimadüddövlə adlandı. Adı çəkilən əmirlər haqq yoldan azıb öz
nəfslərinə uyğun hərəkət etdiklərindən yersiz məsələlərə yol
verdilər, baş vermiş vəziyyəti özlərinin maraqlarına uyğun
yönəltdilər, öz işlərini din və dövlət mənafeyindən üstün tutdular,
qəzavü-qədər işgörənlərinin (karpərdazane-qəza-və qədər) təhriki ilə
öz idbar əməllərini yerinə yetirdilər, öz dövlətlərinin dağılması üçün
çalışdılar, onların atdıqları murad zərləri (kəbəteyne-morad)
412
Balina – Ş.F.
413
Beytin farscası:
Ze abe-xord mahiye-xord xizəd,
Nəhəng an beh ke ba dərya setizəd.
593
müxalifət səmtinə düşdü və zamanə onlara etdiyini etdi. Tezliklə
haqq yerini tutdu və buna görə də öz əməllərinin cəzasına çatdılar
ki, gələcəkdə bu haqda yazılacaqdır.
Xülasə, hümayun ordu mənzillər qət edib Ərdəbil
darülirşadına çatdı və şəhid şahzadənin cəsədini öz əziz ata-
babalarının qəbirləri yanında dəfn etdilər, o qiymətli dürrü torpaq
xəzinədarlarına, onun müqəddəs ruhunu isə fələklər aləmində
əyləşənlərə tapşırdılar.
İsgəndər şanlı nəvvab əziz fərzəndinin ruhu naminə həzrət
övliyalar sultanının məscidində dualar oxutdu, fəqir-füqəraya
yeməklər payladı, ehtiyacı olanlara sədəqə (təsəddüq) verdi. Sonra
oradan çıxıb Tarom və Xalxal yolu ilə Qəzvin darüssəltənəsinə
gəldi. Həmin qışda hümayun qışlaq bu əbədi səltənətin paytaxtında
başa yetdi.
GÜNAHLARI BAĞIŞLANMIŞ MƏRHUM ŞAHZADƏNİN
DƏHŞƏTLİ VAQİƏSİNDƏN BAŞLAYARAQ
ƏLAHƏZRƏTİN DÖVLƏT VƏ KAMRANLIQ GÜNƏŞİNİN
DOĞMASINA VƏ XORASAN ÜFÜQLƏRİNDƏN TÜLU
ETMƏSİNƏ QƏDƏR BAŞ VERƏN İRAQ, AZƏRBAYCAN
VƏ KİRMAN VAQİƏLƏRİNİN ZİKRİ
Yuxarıda yazıldı ki, türkman və təkəli tayfalarının
məğlubiyyətindən sonra cəng meydanından sağ-salamat çıxan
türkman əyanlarının əksəriyyəti Damğana gedib Mürtəzaqulu xan
Pornakın ətrafına toplaşdı. Nəvvab şahzadə onların ürəklərini ələ
almaqdan ötrü Mürtəzaqulu xana əmirlərdən xəbərsiz məktub yazıb
onu saraya çağırmış, ona şahanə vədlər vermişdi. O da şadyanalıqla
İraqa üz tutmuş, Reyə çatarkən rəhmətlik şahzadənin canyandıran və
kədərli vaqiəsini, habelə Əbu Talib Mirzənin yüksəlişini, Əliqulu
xanın və İsmayılqulu xanın ixtiyar və iqtidara çatmaları xəbərini
eşitmişdi. Buna görə də saraya getməyə cürət etmədi, türkman elinə
xəsarət toxunacağı barədə düşünüb, əksəriyyəti Qum və Savədə
yaşayan türkmanların həmin yerlərdən köçürülməsi üçün Reydən
Quma və Savəyə gəldi, onlardan ələ keçən hər kəsi zorla, yaxud öz
xoşuna köçürüb Damğana getdi.
Qumda və Savədə olduğu bir neçə gün ərzində o
vilayətlərin əhalisi Mürtəzaqulu xanın düşmənçiliyə və tüğyana
başladığını güman edib, türkman tayfasının dəf olunmasından ötrü
594
ona yemək (nəzl) və hədiyyələr göndərdi. Özü və atası bir neçə il
Kaşan hakimi olmuş Vəlican ibn Məhəmmədxan Türkman həmişə
Mürtəzaqulu xanı əhalisinin əksəriyyəti ayrı-ayrı yerlərdən gəlmiş
tacirlər və varlılar olan Kaşan camaatından çoxlu peşkəş istəməyə
təhrik edirdi. Vəlican xanın özü bu işin icrasına başlayaraq,
Mürtəzaqulu xan hələ gəlməmişdən, Kaşan əhalisindən peşkəş
yığmağa başlamış və elə məsələnin başlanğıcından narazılıqla
qarşılanmış dava-dalaş baş vermişdi.
Amma əhali öz mal və canlarının qorxusundan [Kaşanın]
daruğəsi olan Behzad bəy Qulamın və Mirzə Keçəçi Vəzirin köməyi
ilə Vəlican xanla mülayim rəftara başladı. Onlar Mürtəzaqulu xanm
[vura biləcəyi] zərərin dəf olunmasından ötrü Vəlican xana birləşib,
onun şəhərə gəlişini xahiş etdilər, o da Mürtəzaqulu xandan izin
almadan Kaşana yollanıb özünü şəhərə çatdırdı. Onunla çox da
sorğu-sual etməyən daruğə və vəzir onun şəhərə gəlişinə manc
olmadılar və Vəlican xan daruğənin evində mehman oldu. Kaşanın
hələ Məhəmməd xan və oğlanlarının dövründən bu şəhərdə qalmış
köhnə türkmanlarının bir dəstəsi daruğənin xidmətinə gəlib bir yerə
toplaşdılar. Şəhərdən xaricdə olanlardan da bu iki gündə adamlar
gəldilər. O, öz gücünün daruğə və vəzirdən çox olduğunu görüb
şəhəri onlardan almağı düşündü. Bir dəstə əmələ və fəhlə ona qarşı
çıxsalar da, o, onları tutub həbs, mallarını isə zəbt etdi. Kaşan əhalisi
istər-istəməz ona tabe olub layiqli peşkəşlər verdilər. Məsələnin
başlanğıcında o, şəhər əhalisiylə yaxşı rəftar etməkdəydi, amma
qüvvətləndikdən sonra xasiyyəti dəyişildi.
Xülasə, Mürtəzaqulu xan Vəlican xanla yoldaşdıqdan əl
üzdü, özünün bir dəstə yoldaşı ilə Damğana yollandı.
Oradan bir neçə mötəbər türkman adamını müqəddəs
Məşhədə - əlahəzrətin (Abbas Mirzənin - Ş.F.) yanına göndərdi,
Mürşidqulu xana ərz etdi: "Rəhmətlik şahzadə (Həmzə Mirzə - Ş.F.)
sağ olan vaxt o, İsgəndər şanlı nəvvabın böyük fərzəndi olduğundan
vəliəhdlik rütbəsinə çatmışdı. Bız də sufilik yolumuzdan, istək və
sədaqət üslubumuzdan dönməyib, o həzrətə müttəfiq, ali
mülazimlərə isə müxalif idik. Amma indi ki, o həzrətin başına belə
bir hadisə gəlmişdir, əlahəzrəti vəliəhd və məşhur atanın qayim-
məqamı bilirik. Əgər onun müzəffər ordusu İraqa gedərsə, türkman
tayfasından hədsiz sədaqət və bəndəlik görəcəkdir".
Onun (Mürtəzaqulu xanın - Ş.F.) getməyindən sonra,
Vəlican xan Kaşan hakimliyində müstəqil oldu, oranın varlı
595
adamlarından çoxu var-dövlət yığdı. Get-getə türkman tayfalarından
xeyli adam onun yanına gəldi, buna görə də, onun beyninə qürur
buxarı doldu, qüvvətlənərək həmin mülkdə artıq müstəqil hökmran
olduğunu güman etdi.
Ali saraya özünün itaətini, hüsni-xidmətini və Kaşanı
Mürtəzaqulu xandan aldığını əks etdirən bir məktub yolladı.
İstəyirdi ki, əmirlər və dövlət ərkam Kaşan mülkünü ondan
müzayiqə etməyəcək, onun adına o vilayətin idarəsi haqqında hökm
sadir olacaqdır. Güclü dövlətin ərkanı isə onun bu özbaşınalığını
bəyənməyib, qüruru üzündən etdiyi xahişi alçaq bir hərəkət bildi və
ali divan tərəfindən Kaşanın idarəsi Əliqulu xanın adına yazıldı. Ali
divanın bu işindən məyus olan Vəlican xan Xorasana bir adam
yollayıb özünü Abbasın tərəfdarı kimi təqdim etdi və Əbu Talıb
Mirzənin itaətindən çıxdığını bildirdi, Kaşandakı əmir və dövlət
ərkanının bütün gərək-yaraqlarını (gərək-yorağan) əllərindən alıb
barxanələrini zəbt etdi ki, onun gələcək vəziyyəti bu dəftərin
zeylində yazılacaqdır.
Amma əfşar əmirlərinin əhvalatı belə olmuşdur: Atası Qulu
bəy Qorçibaşının fərarından sonra Əbrkuhdan Yəzdə gələn Yusif
xan oranın darugəsi Məhəmməd Xəlifə Əfşarla birlikdə Yəzdi işğal
etdi, padşah əmirlərinin mallarına əl uzatdı. Amma, təkəli
türkmanlarının qələbəsindən sonra nəvvab şahzadənin (Sultan
Həmzə Mirzənin - Ş.F.), əmri və mirmiranın məsləhəti ilə tutularaq
həbs edildi. [O zaman] Kirman hakimi Vəlixanoğlu Bəktaş xanla
birlikdə Azərbaycan yasağı məqsədiylə Kirman darülamanından
Yəzd darülibadəsinə gəlmişdi. Adı çəkilən Bəktaşın başında özünü
böyük tutma (rəşd) və tüğyan havası olduğundan, özünə "xan" adı
qoyaraq, Yəzddə batil istəklərə və boş xəyallara qapıldı, başını
üsyan və ədəbsizlik cibindən çıxardı və Yusif xanı həbsdən xilas
etdi, əvəzindəsə ali divan tərəfindən təyin olunmuş darugəni və
gərək-yaraq
414
[məmurunu] həbsə saldı, müxalifət şüarı söylədi. Elə
o əyyamla da cənab nəvvabın dəhşətli (hayele) hadisəsi xəbəri gəlib
onlara yetişdi. Vəli xan geri qayıdaraq Kirmana getdi, Bəktaş xan
isə mirmiranla qohum olduqlarına görə ona əl uzadıb, əvvəlkindən
də çox müstəqillikdən dəm vurdu, adı çəkilən vilayətə işğal əlini
uzatdı, özünü o vilayətin qanuni hakimi güman etdi. Yusif xan isə
onun köməyi və tapşırığı ilə Əbrkuha gedərək orada hakimlik
414
Mətndə "gər kiraq" yazılmışdır. Mənasını lüğətlərdə tapa bilmədim - Ş.F.
596
bayrağı qaldırdı. Belə əməlləri etdikdən sonra Bəktaş xan
əmirlərdən və dövlət ərkanından qorxdu (xayef gəşt), mirmiranın
köməyi ilə Xorasanın əlahəzrət zilləllah şahın və Mürşidqulu xanın
yanına adam göndərdi və itaət izhar etdi, özünü abbasilər
zümrəsindən saydı. İsfahan hüdudunda yaşayan ərəşli və əfşar
əmirləri də Bəktaş xanla ittifaq edərək Əbu Talıb Mirzəçilərə qarşı
xilaf məqamına gəldilər. Kuh-Giluyə əfşarları da bir neçə dəstəyə
bölündülər və hər dəstəyə bir əmir rəhbərlik etdi. Hakimləri Əlixan
Sadi Təkəli olan Fars zülqədərləri hələ mərhum şahzadə sağ ikən öz
hakimi ilə döyüşməyə başladılar. O camaatın arasında ağayane-
motəbərrekə* də vardı. Onlar Əli xanın hakimliyindən usanıb ona
layiqli itaət etmirdilər. [Beləliklə,] aralarında küdurət və savaş
(neza) başlandı. Mərhum şahzadəyə xidmət etmək və öz işlərini
möhkəmlətmək, zülqədər tayfası fitnəkarlarını cəzalandırmaq
məqsədiylə Şirazdan çıxan Əli xan Qəzvin darüssəltənəsinə
yetişdiyi vaxt mərhum şahzadənin dəhşətli əhvalatını eşitdi və
[hadisələrin ardını] gözləməyə başladı. Padşahın hümayun ordusu
Qəzvinə gəlib çatarkən İsgəndər şanlı nəvvabın və Əbu Talıb
Mirzənin yanına getməklə şərəfləndi. Əmirlər və dövlət ərkanı onu
ürəkaçan vədlərlə sevindirdilər və Şiraz darülmülkünün idarə
olunması yenidən ona verildi. [Bu münasibətlə] zülqədər ağalarına
vəd və hədə-qorxu (vəid) hökmü göndərildi, düşmənləri cəza
(siyasət) və padşahanə qəzəblə qorxutdular, Əli xana isə gözəl
xələtlər verərək Fars [vilayətinə] rəvan etdilər. Onun gəlmə xəbəri
Farsa çatdıqda, zülqədər ağaları ali divanın vəziri olmaq arzusunda
olan Mirzə Abdulla ibn Mirzə Salman Cabirinin fitnəsi ilə Fars
əmirlərini özlərinə müttəfiq etdilər və onlar Əli xana qarşı
müxalifətə qərar verdilər. Mirzə Abdulla öz istəyinin yerinə
yetməsindən ötrü gecəni-gündüzə qatır, bu fikrindən bir ləhzə belə
ayrılmırdı. [Zülqədər ağaları] Mehdiqulu bəy Savi Təkəlini özlərinə
hakim və xan seçib Əli xanın Şirazdakı bütün yaraq-yasaqını onun
ixtiyarına verdilər. Onlar birlikdə əhd-peyman edərək Əli xana
müxalif, Mehdiqulu xana isə müvafiq oldular. Bu xəbəri yolda
eşidən Əli xan özünə müvafiq olan iki-üç yüz nəfər mülazimlə
qorxu-hürkü bilmədən uzun yol keçib, mərdliklə Fars vilayətinə
qədəm basdı, öz gəlişi haqda onlara xəbər göndərdi: O ümidvar idi
ki, onların arasında pərakəndəlik başlanacaq və onlar dəstə-dəstə
gələrək ona birləşəcəklər. [Əli xan] güman etmirdi ki, zülqədər
tayfası padşahın hökmünə qarşı çıxa bilərlər. O, Şirazın on iki
597
fərsəxliyində olan Mayinə çatdısa dı, Şiraz hərbiçi və rəiyyətindən
heç kim onu qarşılamağa gəlmədi və onların Mehdiqulu xanla birliyi
və özü ilə müxalifəti açıq-aşkar bilindi. Ona elə qorxu və dəhşət üz
verdi ki, nə getməyə cürəti, nə də qayıtmağa üzü qaldı.
Amma Əli xanın Mayinə gəlmə xəbəri Mehdiqulu xana və
zülqədər ağalarına yetişdikdə, onlar aralarındakı əhd-peymanı
təzələyib Əli xanı dəf etmək əzmi ilə böyük izdihamla şəhərdən
çıxdılar. Əli xanın başqa əlacı olmadığından, naçar qalaraq səbat və
qərar ayağını yerə möhkəm dirədi, yanındakı az miqdar adamla
hərbə qərar verdi. Tərəflər bir-birlərinə yaxınlaşdıqda Əli xanın
adamlardan çox olan şirazlıları onun üstünə at sürüb adamlarını
pərakəndə etdilər. Əli xan məğlub edildi. Əsgərlərin çoxu bir-biri ilə
qohum və həm tayfa olduqlarından qətl az oldu.
Amma onun ordusunun mal və silahı qarətə getdi. Əli xanı
həbs edərək, şəhərə gətirdilər və Şiraz meydanında böyük həqarətlə
qətlə yetirdilər. İllərlə Əli xan sülaləsinin duz-çörəyini yeyən
adamlar, xüsusilə onun qohumu olan, həmişə onun tərəfindən xətir-
hörmət görən və fərzəndlik rütbəsinə çatan Mehdiqulu xan ona və
dudmanına qarşı qəbahətli bir əməl həyata keçirdi. Həqiqətən də bu,
qohum tərəfindən edilən bəyənilməz bir iş idi. Elə buna görə də,
etdikləri işin mükafatını qəddar zəmanədən intiqam cəbri ilə aldılar
ki, bu haqda ikinci dəftərdə və öz məqamında yazılacaqdır.
Elə ki, Şiraz camaatı belə bir hərəkətə cürət etdilər, onlar
padşah dövlətindən və Əbu Talıb Mirzə tərəfdarlarından qorxuya
düşüb, Xorasana - əlahəzrət zilləllah şahın və Mürşidqulu xanın
yanına adam yollayıb, özlərinin abbasilər
silkindən olduqlarını
bildirdilər və saraydan ali divana vəzarət mənsəbinin Mirzə
Abdulla ibn Mirzə Salman, Şiraz əyalətinisə Mehdiqulu xana
verilməsi barədə fərman gəldi.
Amma onlar İsgəndər şanlı nəvvabı düşünüb Fars
vilayətində xütbə və sikkəni dəyişmədilər, hər iki tərəf ilə münasibət
saxladılar. İsfahan darüssəltənəsində isə bunlar baş verdi: Bir neçə il
mərhum şahzadə tərəfindən o mülkün hakimi və ixtiyar sahibi olan,
Nəqşi-cahan yaxınlığında möhkəm bir qala inşa edib, oraya
qaladarlıq silahları və ehtiyaca görə azuqə yığan Fərhad ağa Qulam
baş qaldırdı. Mərhum şahzadəyə üz verən dəhşətli hadisədən sonra
Əliqulu xan Fəthoğlu mütləq vəkil, Mirzə Məhəmməd isə padşahın
vəziri oldu. Əliqulu xanın İsfahanın daruğəsi olduğu il onunla
Fərhad ağa arasında vəhşət və savaş yarandı. Fərhad ağa onun
598
vəkillərinə işlərə çox da dəxalət etmək imkanı vermədiyi üçün onun
tərəfindən etibara layiq görülmədi. O, elə Mirzə Məhəmməd
tərəfindən də özünə qarşı ehtiram görmədi. [Buna görə də,] ərəşli
tayfasının
hücumunu
dəf
etməkdən
ötrü
qalanın
möhkəmləndirilməsinin və öz vəziyyətinin yaxşılaşmasının
qayğısına qaldı, istəmədi ki, dövlət ərkanının və Əbu Talıb Mirzənin
əmrlərinə tabe olsun. Azərbaycanda da nəvvab Mirzənin
qəziyyəsindən sonra hər başa bir özbaşınalıq sevdası düşdü, padşah
fərmanları yerinə yetirilmədi, hər adam istədiyi vilayəti ələ keçirib,
biri-digərinə itaət etmədi. Təbriz qalasında olan Cəfər paşa fürsəti
qənimət bilib, həmin mülkün hər tərəfini işğal etdi və Azərbaycanın
əksər mahalları qızılbaşların əlindən çıxdı.
Xülasə, Azərbaycan, İraq, Fars, Kirman, Kuh-Giluyə və
Xuzistan əhalisinin işləri nizamdan düşdü, qoşunların istila etdiyi
yerlərin rəiyyəti olduqca pis vəziyyətə qaldı. Əsgərlər çobansız sürü
kimi dağılışmağa başladılar. Hamı qeyb aləmindən kömək
intizarında idi. Belə bir halda İlahinin inayət nəsimi əsməyə başladı.
O ilin sonlarında əlahəzrət zilləlah şahın cahangirlik ordusunun
təntənəsi İraq məmləkətlərində səslənməyə başladı, İran mülkünün
sakinləri üzərinə mərhəmət (atefət) kölgəsi düşdü və nizamsızlıq
azalmağa başladı. Şahın zavalsız iqlalının köməyi ilə hadisələrin
təsirindən öz paklıq və səliqə-sahmanını itirən İran mülkünün hər
tərəfi az vaxtda təravətləndi və İrəm gülzarına döndü.
İSGƏNDƏR ŞANLI NƏVVABIN ƏMİRLƏRİNİN, DÖVLƏT
ƏRKANININ VƏ ƏBUTALİB MİRZƏ TƏRƏFDARININ
VƏZİYYƏTLƏRİNİN ZİKRİ
Əbutalib Mirzənin və onun dövlət başçılarının vəziyyəti
belə idi: Onlar Qəzvin darüssəltənəsinə gəlib orada iqamət etdikləri
ilk vaxtdan başlayaraq qürur badəsindən elə məst olmuşdular ki, heç
kimi saya salmır və belə bir ehtimalı heç güman da etmirdilər ki,
onlara qarşı çıxmaq kiminsə xəyal səhifəsinə yazıla bilər.
Düşünmürdülər ki, öz adamları ilə Mürşidqulu xan İraqa gəlməyə
cürət edə və özü ilə şərafətli nəvvabı (Abbas Mirzəni - Ş.F.) da
gətirə bilər. Qış bitirdi və doqquz yüz doxsan beşinci (miladi 1587)
donuz ilinin novruzu gəlib çatdığından təbiətin burnuna bahar
bağının gül-çiçək ətri dolmaqdaydı. Hər gün Kaşan, İsfahan, Yəzd,
Şiraz və Kirmandan, yuxarıda yazıldığı kimi, vəhşətli xəbərlər
599
gəlməkdə idi. Onlar qəflət yuxusundan bir qədər ayıldılar, öz
hallarının yaxşılaşması və hər diyar vəziyyətinin yoluna düşməsinin
qeydinə qalmağa başladılar. Amma, onların hökmranlığı artıq
keçdiyindən və əlahəzrət zilləllah şahın hökmranlıq və kamranlıq
tədarükü görüldüyündən artıq arzu nərd-taxtasının üstünə düşən tale
zərləri istədikləri kimi düşmürdü.
Sabiqdə Fərhad ağanm vəziri, sonralarsa Qəzvin işlərinin
mütəsəddisi olmuş Mir Cəfər Qəzvinini Fərhad ağanı gətirməkdən
ötrü İsfahana göndərdilər və onun adına əfv olunma hökmü sadir
oldu. Qulu bəy Qorçibaşı və əfşar camaatı ilə möhkəm əlaqəsi olan
Pirqulu bəy ibn Şahqulu Səqqam* Yəzd darülibadəsinə - Bəktaş
xanın yanına yolladılar ki, onu xilaf vadisindən döndərib Əbu Talib
Mirzəyə itaət etməyə çağırsınlar. Hümayun ordu isə Xərəqan
yaylağına gedərək orada bir neçə müddət qaldı. Adı çəkilən Mir
Cəfər gəlib özü ilə Fərhad ağanı [da] gətirdi və o, şah və şahzadədən
ötrü bir az peşkəş təqdim etdi, amma, Əliqulu xana, İsmayılqulu
xana və Mirzə Məhəmməd Vəzirə töhfə və ərməğan kimi bol pul
(noqud) verdi, yenidən İsfahan hakimliyinə getməkdən ötrü tələsik
izn aldı. Lakin hər gün və hər yandan əmirlər və dövlətin
sütunlarının (ərkan) istəyinə (təb) uyğun gəlməyən dəhşətli xəbərlər
gəlməkdəydi və Fərhad ağa bütün işləri Mirzə Məhəmməd Vəzirin
rəyi və tədbiri ilə yerinə yetirirdi. Zəmanə artıq dəyişildiyindən,
səltənət və padşahlıq işlərinin icrası, həmçinin xilafət və şahənşahlıq
məsələlərinin nizamlanması kamyab nəvvab zilləllah şahın
zəmanətinə (kəfil) keçmişdi, amma o, dövlət işlərinin
tənzimlənməsi, habelə mülk və millət qanun-qaydalarının
möhkəmlənməsi haqda nə qədər düşünürdüsə də, onun
düşündüyünün əksi baş verirdi. Bu əsnada şamlı və ustaclı
[tayfaları] arasında küdurət tozu bir qədər artdı, amma Məhəmmədi
bəy Sarı Solağın səyi ilə [tez də] yatdı. Məhz həmin pis münasibətə
görə də mərhum nəvvab şahzadə Həmədan vilayətini Pir Qeyb xan
Ustaclıya vermişdi. O vaxt İsmayılqulu xan Şamlı o vilayətin
idarəçiliyini öz böyük qardaşı Şahverdi Xəlifəyə verməyə cəhd etdi.
Onun məsləhətindən çıxa bilməyən Əliqulu xan da Pir Qeyb xanın
tərəfində durmurdu. Nəhayət o, buna razı oldu və Həmədan əyaləti
Şahverdi Xəlifənin adına yazıldı, o, həmin tərəfə yollandı. Bu
məsələdən Pir Qeyb xan incidi. O, zahirdə ona itayət edirdisə də,
amma məmləkətin alış-veriş işlərindən əlini çəkmirdi, hakimlərin
əyləşdiyi binada oturub oradan çıxmırdı.
600
Şahverdi Xəlifə varlı, kədxuda* rəftarlı, xoşxasiyyət
adamdı. Amma, onun qohumu və mülazimi olan şamlı [tayfasının]
cahil adamları bir-birləriylə danışığa girib [Pir Qeyb xanı] zorla
Həmədandan çıxarmaq istədilər. Qürurlu xasiyyəti olan Pir Qeyb
xanın qüvvəsi və qüdrəti o vaxt Şahverdi xandan çox idi. Buna görə
də o, onların [Həmədanda] bərqərar olmalarına tab gətirmədi, incik
olduğu üçün onlara tabe olmadı, iş dava-dalaşla nəticələndi.
Üstünlük (ziyadət) ustaclıların tərəfinə keçdi, Şahverdi Xəlifənin
ehtiramı ləkələndi (hətk). Bu xəbər orduya çatdıqda İsmayılqulu xan
şamlı tayfası ilə təcili atlanıb Həmədana getmək və Pir Qeyb xanı
cəzalandırmaq istədi, amma Əliqulu xan İsmayılqulu xanı
incitməmək və şamlı-ustaclı tayfasının qarşısını almaq üçün
xoşluqla onu bu işdən çəkindirdi, söz verdi ki, özü gedib Şahqulu
Xəlifəni Həmədan hakimi edəcək, Pir Qeyb xanı tutub ona təhvil
verəcəkdir. İsmayılqulu xan onun xahişini qəbul etdi və hücum
niyyətindən vaz keçdi, Əliqulu xan isə bir dəstə əmirlə Həmədana
tərəf yollandı. Amma, hələ onun şəhərə daxil olmasından əvvəl, hər
iki tərəfin sülh tərəfdarları (moslehan) və xeyirxah adamları araya
düşmüş, barışıq (aşti) yaranmış, Pir Qeyb xan o vilayət hakimliyini
tərk etmişdi. O, yolda İsmayılqulu xana çataraq onunla birlikdə
orduya gəldi. Onunla arası olmayan və ondan çəkinən Əliqulu xan
Xərrəqan yaxınlığında bir neçə ustaclı cavanı və qədim mülazimləri
ilə öz var-yoxlarını ataraq, ordudan fərar etdi və Xorasana yollandı.
Bir neçə gün yol getdikdən sonra müqəddəs Məşhəddə əlahəzrət
zilləllah şahın görüşü ilə şərəfləndi və Mürşidqulu xanla söhbət
etmək izzətinə yetdi. Əliqulu xan onu İraqa getməyə meyilləndirdi
və İraqdakı hökümət nizamsızlığını və vəziyyətin pisliyini olduğu
kimi ona danışdı. Hümayun ordu Xərrəqan yaylağında olan
əyyamda, əlahəzrət zilləllah şah və Mürşidqulu xan tərəfindən Aşur
ağa adlı bir şəxs İraqa gəldi və onlara məktub gətirdi.
Hadisə yığcam olaraq belə baş vermişdir: Mərhum
nəvvabın başına gələn müdhiş hadisənin xəbəri müqəddəs Məşhədə
çatan vaxt İraqın, Farsın və Kirmanın hər tərəfindən [Məşhəldə]
sədaqət ayinli ərizələr gəlməyə başladı. Ağıllı və işbilən adam olan
Mürşidqulu xan istədi ki, eldə, dövlət adamlarında, orduda və İraq
əmirlərində baş verən həqiqi münasibətləri olduğu kimi
öyrənməkdən ötrü fərasətli bir şəxsi İsgəndər şanlı nəvvabın yanına
göndərsin və o, geri qayıdanda dövlətin məsləhəti nədirsə ona da
əməl etsin. Adı çəkilən Aşur ağa həmin tapşırıqla göndərildi və
601
əlahəzrətdən adlı-sanlı atasına böyük qardaşının başına gəlmiş
müdhiş hadisə barədə bir məktub gətirdi. Habelə Aşur ağa ilə
Mürşidqulu xandan da [şaha] sədaqətli bir ərizə, dövlət başçılarına
isə nəsihətlərlə dolu bir məktub yetişdi.
Məzmunu belə idi: Bir neçə ildir ki, fələyin muradı və
fəsad əhlinin fitnəkarlığı ilə İraq və Xorasanın əzəmətli əmirləri
arasında vəhşətli hadisələr baş vermiş, cürbəcür müxalifət vaqe
olmuşdur ki, bunlardan böyük fəlakətlər törənmişdir. Qızılbaşlar
arasında ittifaqın olmaması və əmirlərlə tayfa ağsaqqallarının nifaqı
nəticəsində müxtəlif tayfalar məmləkətlərə öz tarac əllərini uzatmış
və səltənətdə tam qarma-qarışıqlıq yaranmışdır. Rəhmətlik
şahzadənin başına dəhşətli hadisə gəlmişdirsə də, hal-hazırda
əlahəzrət şahzadə (yəni Abbas Mirzə - Ş.F.) müqəddəs Məşhəddədir
və İsgəndər şanlı nəvvabın böyük oğludur. O, artıq özünün inkişaf
mərtəbəsinə çatmışdır və ondan cahangirlik əsəri görünməkdədir.
Həzrət dövlət başçılarından təvəqqemiz budur ki, bu gündən sonra
müxalifət büsatını dağıdaq ki, hamımızın boynu bir köynəyin
yaxasından boylansın. Biz gərək bir-birimizlə ittifaqa girib səltənət
və şahlıq işlərində, düşmənlərin dəf olunmasında və məmləkət
işlərinin nizam - intizamında dövlətin və bir-birimizin rəyi və
məsləhəti ilə hərəkət edək, qızılbaşlar arasındakı iki tirəliyi aradan
qaldıraq".
Aşur ağa Qəzvinə gəlib çatanda hümayun paytaxtın
qorunmasından ötrü şəhərdə qalmış Qorxmaz xan Şamlı onu
saxlayıb sorğu-sual etdi. İcazə aldıqdan sonra orduya gəldi, həzrət
xanlar məktubun məzmunundan xəbərdar oldular, amma onların
bəsirət gözləri düzgün yolu görə bilmədi. Onların əlahəzrətin vəkili
və mütləq sahibixtiyarı olan Mürşidqulu xana etimadları yox idi.
Əliqulu xan Fəthoğlunun isə ali divanda qüdrəti və yeri fələyədək
yüksəlmişdi və o, səltənətin və şahlığın bütün işlərini öz əlinə
almışdı. Elə buna görə də Əliqulu xan özünü padşah səviyyəsində
görürdü, heç kimi nəzərə almırdı. Yaxşı bilirdi ki, onun Mürşidqulu
xanla bir yerdə olmağı mümkün məsələ deyil. Buna görə də,
[Əliqulu xan] öz vəziyyətini düşünüb onun sözlərini hiyləgərliklə
dinlədi, o məsələnin müsbət həllini inkar etdi, cavabında isə belə
yazdı: "İsgəndər şanlı nəvvab öz əziz oğlu Sultan Həmzə Mirzəni
özünün vəliəhdi və qayimməqamı etmişdi. O, türkman və təkəlilər
arasında baş verən hərbə yollanarkən belə vəsiyyət etmişdi ki, əgər
onun başına həmin səfərdə bir hadisə gələrsə, qoy əmin canişini Əbu
602
Talib Mirzə olsun. Bir halda ki, qızılbaş tayfaları Sultan Həmzə
Mirzənin qərarını bilirlər, buna görə də onlar adlı-sanlı şahzadə Əbu
Talib Mirzənin xibmətində qalıb, qeyri bir əmrə razı olmazlar."
Onlar İraq və Xorasan əmirləri arasında fitnə-fəsada səbəb olmuş
Mürşidqulu xanı töhmətləndirib, bürün əmirlər və oymaq
ağsaqqalları tərəfindən bu xüsusda məktub yazdılar, hər təbəqədən
olan əmirlər və ağsaqqallar da məktuba öz möhürlərini vuraraq Aşur
ağanı etimadsızlıqla yola saldılar. Amma Əliqulu xan, İsmayılqulu
xan, Məhəmmədi San Solaq və vəzir Mirzə Məhəmməddən başqa
qeyri əmirlər bundan razı deyildilər və [məktuba] öz möhürlərini
basmışdılar. Hətta onların bir hissəsi Mürşidqulu xanın məktubuna
görə öz fikirlərini şifahi bildirmişdilər.
Aşur ağa getdikdən sonra onların rəyi belə oldu ki, Kaşana
gedib, oranı Vəlican xanın əlindən alsınlar, İsfahana üz tutub, Fars,
Kirman və o ətrafda olan yerlərin işlərini bitirərək, onlara
müqavimət göstərənləri cəzalandırsınlar, hər vilayətdə öz etibarlı
adamlarını iş başına qoysunlar.
Əliqulu Sultan Zülqədər Qum hakimini, Mürşidqulu Sultan
Şamlı isə İsmayıl xanın qardaşını onlardan tez Vəlican xanın üzərinə
- Kaşana göndərdilər. Fərhad ağanın çoxlu pulu olduğunu güman
edən və orduda olan bəzi İsfahan əhalisi ondan şikayətlənib var-
yoxunun müsadirə olunmasını tələb etdilər. Boyun oldular ki,
Fərhad ağanın özünün və adamlarının mal və mülklərindən ələ
keçən hər şeyi təhvil verəcəklər. Onlar Xərrəqan yaylağındaca
Fərhad ağanı tutub, var-dövlətini zəbt etdilər. Mirzə Əhməd Kofrani
vəzirin naziri və İsfahanın müamilə sahibi oldu. Mirzə Hidayət
Nəcme-Sani isə oradakı müamilələrin (moamelat) naziri oldu.
Fərhad ağanın mallarının zəbti üçün zabitlər* təyin etdilər, Fərhad
ağanın əlli-altmış təbəə, əmələ və fəhləsindən müəyyən məbləğ pul
yığmaqdan öyrü güclü mühəssillər göndərdilər. İsfahanın darügəliyi
Seyid həy Kəmunəyə verildi və o, İsfahana rəvan oldu. Hümayun
ordu isə çıxıb iyirmi gün ərzində Kaşana çatdı.
Vəlican xan onlardan narazı olduğu üçün şəhər qapılarını
qapadı və qaladarlıq yarağının qalaya yığılması barədə sərəncam
verdi. O, tacirlərin və başqa varlıların mallarına əl uzadaraq
mülazimlərə bol ənamlar verdi. Get-gedə iş o yerə çatdı ki, "Vəlican
xan" bəndələrinin və yanındakı adamların tələbi ilə
415
başqalarının
415
Ərəbcə: "Bi muqtəda-l-abdi və mə fi yədihi".
603
malını öz malı hesab etdi və zorla onlardan aldı. Şəhər
xaricindəkilər (biruniyan) şəhəri mühasirəyə alaraq seybələr
hazırladılar, qalanı tutmağa səy etdilər. Onlar seybələri xandaqlara
gətirdikləri vaxt İsfahandan vəhşətli xəbərlər gəlib yetişdi. Sözün
qısası, İsfahan qalasında olan Fərhad ağa və mülazimlər, həmçinin
onların sərkərdəsi və Fərhad ağanın qohumu olan Xosrov bəy adlı
qulam onun həbsini eşidərək şəhər qapılarını bağlamış, qaladarlıq
etməyə girişmişdi. Mal toplayan zabit və təhsildarların sözlərinə
etina etməyən Xosrov bəy "üsyan" kəlməsini elan etdi. Seyid bəy
Kəmunə, vəzir və müqta* sahibi olan Mirzə Əhməd Kofranı o
mülkün nəqibləri olan yüksək dərəcəli Hüseyni seyidlərinin əhali
arasında "Hüseyniyyə" adlanan, indiyədək isfahanlıların həmin
seyidlərə təzim əlaməti kimi, pənah yeri kimi (bost) tanınan məkana
gətirərək onları bəstə" əyləşdirdilər, ətraf yerlərdən tüfəngçi və
kamandarlar gətirib, şəhərin və Hüseyniyyənin mühafizəsi ilə
məşğul oldular.
Əksəriyyəti əlsiz-ayaqsız qulamlardan ibarət olan qala əhli
tərəfindən əliuzunluq edildi və buna görə də şəhər əhalisinin əhvalı
pisləşdi, o fəxarətli şəhərin əmniyyəti yoxlaşdı. Asi qulamlar günü-
gündən öz üsyan və tüğyanlarını daha çox qabardırdılar. Nəhayət,
onlar fürsət əldə edərək qəflətən Hüseyniyyə üzərinə hücum etdilər,
divarları bir neçə yerdən yarıb içəriyə daxil oldular və onların mal
və əşyalarını tarac etdilər. Hər biri İslam məmləkətlərinin
mürtəzaları*** olan Seyid bəy Kəmunəni və Mirzə Məhəmməd
Əmini tutub Fərhad ağaya çatdırmaq üçün qalaya apardılar. Mirzə
Əhməd Vəzir isə bir dəstə adamla fərar edərək özünü Kaşana
çatdırdı, vəziyyəti orada ərz etdi. Dövlət ərkanı başçıları (həzərat)
Allahqulu Sultan Kəngərlini bir dəstə əmirlə İsfahan şəhərinin
müdafiəsinə yolladılar. Onlar oraya qədəm basdıqları vaxt
qızılbaşlarla düşmən (yağı) olmuş ərəşli əmirləri onların gəlişini
eşidərək, İsfahanın Murçəxurt adlı adlı yerində onların üstünə
tökülüşdülər, türk və tacik əyanlarından Allahqulu Sultanı, Mirzə
Hidayət Nəcme-sanini və daha bir neçə şəxsi tutub özləri ilə
apardılar. Dövlət ərkanı bu hadisələrin baş verməsinə görə Kaşanda
narahat olaraq və Kaşan qalasının fəthinə daha artıq səy göstərməyə
başladılar.
Onlar İsfahana getməyə tələsdikləri üçün, əməlli-başlı
yürüş ləvazimatı toplamadan yola düşdülər. Gecə yarısınadək hər iki
tərəf arasında cəng başlandı. Yararlı cavanların bir hissəsi tələf oldu
604
və onlar heç nəyə müvəffəq olmadılar. Bu yürüşdən sonra
İsmayılqulu xan belə məsləhət gördü: İsfahanla bağlı məsələlərin
həlli zəruri olduğu üçün gərək Vəlican xanla sülh edib, onun
cəzalandırılmasını başqa bir vaxta saxlasınlar və İsfahana hücuma
keçsinlər. İsmayılqulu xanın özü danışığa gəldi və bir adamını
qalaya göndərib Vəlican xanın yaxşı-pis işlərinə göz yumacağını
vəd etdi. Mühasirənin uzanmasından təngə gəlmiş Vəlican xan bu
təklifi qənimət bilərək, İsmayılqulu xana birləşdi və özünün gələcək
işlərini onun mərhəmətinə tapşırdı, bir neçə adamını azacıq peşkəşlə
göndərib üzrxahlıq etdi. Göndərilənlər İsmayılqulu xan vasitəsiylə
Əliqulu xanla görüşdülər, İsgəndər şanlı nəvvabın və Əbu Talıb
Mirzənin ayaqlarını öpmək şərəfinə yetişdilər, biədəblərin
hərəkətlərinə görə üzr istədilər. Dedilər ki, qoy ona (Vəlican xan -
Ş.F.) bir-iki ay möhlət verilsin ki, Kaşandan öz yaraq-yasağını
götürsün və ali divanın ona verəcəyi hər hansı bir ölkəyə getsin.
Çoxlu danışıqdan sonra qərara alındı ki, ordu hərəkətə başlayan kimi
o, darvazaları açsın, üç yüz nəfər şamlı, bayat və başqa tayfa
nümayəndələrinin Kaşanda qalmalarına imkan yaratsın ki, onlar
Vəlican xanın çıxıb getməyindən sonra şəhəri qorusunlar. Hər iki
tərəf bununla razılaşdı. Ordu çıxıb İsfahana rəvan oldu. Mirzə Ərəb
Münəccim Herəvinin təyin etdiyi saatda şəhərə daxil oldular və
hümayun dövlətxana hüseyniyyədə yerləşdi.
Əliqulu xan gəlib dövlətxana yaxınlığında dayandı,
İsmayılqulu xan Kəlbar məhəlləsinə getdi. Əmirlərin və dövlət
ərkanının hər biri münasib mənzillərdə yerləşdilər. Qulamlar [isə
yenə] müxalifət və qaladarlıqda israrlı oldular. Bu tərəf töptökmə və
qalatutma alətləri hazırlamağa başladı. Bir neçə gün sonra Əliqulu
xan belə məsləhət gördü: Fərhad ağa və qala qulamlarıyla mülayim
davranılsın ki, bəlkə hiyləgərliklə qalanı onlardan almaq mümkün
oldu. O, Fərhad ağanı öz evinə gətirib onun boynundakı zəncirini
açdı, onunla mehman kimi hərəkət etdi, onu xoş vədlərlə
inamlandırdı, işlərini nizamlayacağını əhd etdi. Fərhad ağa qalaya
Xosrov bəyin yanına adam göndərib, bir-iki nəfər etibarlı adamlarını
yanına çağırdı, onlara tabeçilik, itaət və qalanı təslim etmələrini
buyurdu. Məsələnin başlanğıcında Xosrov bəy və qulamlar etimad
etmədilər və Fərhad ağa ilə qaba davrandılar. Amma, get-gedə sülhə
rəğbətləndilər,
xeyli
qiylüqaldan
sonra
qətl
və
cəza
almayacaqlarından xatircəm olan Xosrov bəy eşiyə çıxdı, Əliqulu
605
xan və əmirlərlə görüşdü, qala qapılarını açdı və kiçik bir mülayim
hərəkət və hüsni-tədbir nəticəsində qala asanlıqla ələ keçdi.
Qala işinin bitməsindən sonra Mehdiqulu xan və Şiraz
zülqədərləri tərəfindən ağsaqqallar gəlib məktub və peşkəş
gətirdilər. Onlar Əli xanın qətli xüsusunda öz üzrxahlıqlarını
bildirdilər və xahiş etdilər ki, belə güclü dövlətin ərkanı bu işlər
zamanı baş vermiş əməlləri onlara güzəştə gedərək Mehdiqulu xanı
Şiraz vilayətinə təyin edərsə, onlar da itaət çulunu (ğaşiye) öz
çiyinlərinə salacaqlar, sufigərilikdə və sədaqətdə saf olan zülqədər
tayfası İsgəndər şanlı nəvvabı müdafiə edəcək və ali divana çoxlu
tərcüman vergisi göndərəcəklər. O zaman, həqiqətən də, əql tələb
edirdi ki, onların xahişləri yerinə yetirilmiş olsun. Məlum idi ki, bu
danışıq və güzəştlərdən sonra onlara bol fayda yetişəcəkdir. Mirzə
Məhəmməd Vəzir belə alçalmağı qəbul etmədi və Şiraz əyalətini
orduya gələn Darabcərd hakimi Şahqulu Xəlifə Zülqədərə, onun
ülkasını isə Əli xanın oğlu Təhmasibqulu Sultana verdi.
Baxmayaraq ki, onların Fars əyalətinə getmələri müyəssər olmadı,
amma bu iş Mehdiqulu xanın və zülqədərlərin müxalifətdə israrlı
olmalarına və abbasçılıq şüarı ilə çıxış etmələrinə səbəb oldu.
Dövlət ərkanına və Əbu Talib Mirzəyə xilaf olan və onların
tapşırıqlarına əməl etməyən başqa adamlar da o təbəqəyə meyillərini
tamamiylə kəsdilər, onlardan bütünlükdə aralandılar. Bu hadisələr
baş verən vaxt Əliqulu xanla İsmayılqulu xanın arasında inciklik
(neqar) düşdü və bir neçə gün küdurət və cəng baş verdi. Buna
səbəb budur: Cənnətməkan şahın möhrdarı Şahqulu Xəlifənin nəvəsi
Əliqulu xan Zülqədər Əliqulu xanla həmsöhbət (mosaheb) və onun
yetirməsi idi. Cənnətməkan şah dövründə Qum ülkası onun babasına
verilmişdi və indi isə onun ixtiyarına keçmişdi. Əliqulu xan iqtidar
sahibi və səltənətin ixtiyar sahibi (moxtarüssəltənə) olduqdan sonra,
Əliqulu Sultan istədi ki, cənnətməkan şahın hakimiyyəti dövründə
onun atasına və babasına mənsub olmuş möhrdarlıq vəzifəsi Əliqulu
xanın vasitəsilə ona verilsin. Bu mənsəb barədə çox xahiş etdi.
Əliqulu xan da onun təsəllisinə çalışdı, amına öz atasının yerinə
möhrdar vəzifəsi ilə şərəflənən Əsəlməs xan ibn Şahrux xan bu
iddianın əleyhinə oldu. Şahrux xanın tərbiyələndirdiyi bir neçə adam
da Əsəlməs xanın tərəfini tutdular və İsmayıl xana birləşdilər,
nəticədə İsmayıl xanı Əsəlməs xanı himayə etdi. Bu himayədarlıq
Əliqulu xanın xoşuna gəlmədi və öz iddiasının yerinə yetirilməsini
tələb etdi, arada küdurət yarandı. Fitnəkar adamların fitnəsi ilə
606
onların aralarında böyük vəhşət başlandı, qızılbaş tayfası iki dəstəyə
ayrıldı ki, onların bir hissəsi İsmayılqulu xana birləşdi. [Qızılbaşlar]
hər gün İsfahan şəhərində seybə hazırlayıb bir-birinə yaxın
düşmədilər. Bu əməl şəhərin və məmləkətin çaxnaşmaya düşməsinə
səbəb oldu. Heç kim mülkün, habelə aciz və miskin adamların
qorunması barədə düşünmürdü.
Cahillərin və bədxah qızılbaşların sərtlikləri üzündən küçə
və bazarlarda gediş-gəliş (tərəddod) çətinləşdi, dükanların qapıları
bağlandı, küçə alverləri dayandı.
Amma, [bunun əksinə olaraq] müsadirə və zəbt etmə
qapıları açıldı. İsfahanın parçalanması (məqtə) səbəbindən dövlət
ərkanının düşüllükatları* ödənilmədi, ərbabların tənxahları*
kəsildi, biçarə rəiyyət mühəssillər tərəfindən əzab-əziyyətə giriftar
oldu. Sorğu-sual olmadığından, əlində bərat" olan hər adam
rəiyyətdən zər qoparmaqda idi.
Xülasə, İsfahan camaatının vəziyyəti olduqca qarışıqdı. Bu
əsnada xəbər çatdı ki, özbək padşahı Abdullah xan Xorasanı tutmaq
məqsədiylə Herat üzərinə hücuma keçmiş, şəhəri mühasirəyə
almışdır, Herat hakimi Əliqulu xan Şamlı qalanı bağlayıb
qaladarlıqla məşğul olmaqdadır, Mürşidqulu xan isə əlahəzrət
zilləllah şahı Məşhəddən çıxarıb Təbəs yolu ilə İraqa getmək
niyyətindədir. Amma Xorasandan İraqa get-gəl az olduğundan,
doğru-düzgün məlumat gəlib çatmırdı. Hələ aydın deyildi ki,
Mürşidqulu xanın müqəddəs Məşhəddən çıxmağının səbəbi
Abdullah xanın qorxusudur, yoxsa İraq üzərinə hücum etmək istəyi?
Sözün qısası, bu xəbərdən sonra sülh tərəfdarları olan şəxslər
meydana çıxdılar və onlar əzəmətli xanlar arasında bəzi dəyişikliklər
apardılar.
Amma xanlar bir-biriləri ilə görüşdən ehtiyat edirdilər.
Şamlı tayfası icazə vermirdi ki, İsmayılqulu xan Əliqulu xanın evinə
gedib onun şübhəsini aradan qaldırsın. Onlar görüşən gün isə artıq
hər iki tərəfdə böyük ləşkər hazır vəziyyətdə dayanmışdı.
İsmayılqulu xan tam əzəmət və iqtidarla hüseyniyyəyə gəldi. Bu
tərəfdən də [Əliqulu xanın adamları] qapıları qoşunlarla bəzəmiş
oralara mühafizəçilər (bəvvab və hoccab) qoymuş, xeyli tüfəngçi
ətrafda dayanmış, təntənəli bir məclis qurumuşdu. İsmayılqulu xan
onun evinin qapısına çatdıqda, vəziyyəti müşahidə eləyən kimi onda
insanlıq hissi baş qaldırdı, bir neçə qardaşı, şamlı və başqa
oymaqların əmir və ağsaqqalları ilə birlikdə Əliqulu xanın evinə
607
daxil oldu. Amma başqa döyüşçüləri evə qoymadılar. İsmayılqulu
xan buna əhəmiyyət vermədən bir neçə oyanla Əliqulu xanın
məclisinə təşrif gətirdi, hər iki tərəf arasında görüş başlandı, bir-
birləri ilə barışdılar. Amma aralarında hələ tam barışıq (elteyam)
başlamamışdı ki, Mürtəzaqulu xan Pornakın vəfatı və Mürşidqulu
xanın Damğandan İraqa gəlişi xəbəri yayıldı. Əliqulu xanın rəyi belə
oldu ki, beş min nəfərədək olan öz əmirləri və dostları ilə hücum
edib tiyulu olan Rey ülkasına getsin, oradan isə Xar və Semnana
çatıb, İraq əhlindən heç kəsin zilləllah hümayun şahzadəni
qarşılamamasından ötrü Damğana qədər bütün yolları bağlasın,
Xorasan camaatının çoxluqla İraqa gəlib çatmaq imkanı
olmadığından qoy İsmayılqulu xan İsgəndər şanlı nəvvabın məiyyəti
tərkibində Əbu Talib Mirzə ilə birgə Qəzvin darülsəltənəsinə gedib,
hümayun paytaxda dayansın. Amma, tərəfdarları [Əliqulu xanı]
bundan çəkindirib dedilər ki, İsmayılqulu xana etimad
olmadığından, padşahı və şahzadəni ona tapşırmaq və uzaqda
dayanıb seyr etmək ağıldan uzaq bir məsələdir. Belə buyurdular ki,
məbada Mürşidqulu xan Yəzd, Kirman və Şirazdan onların yanına
göndərilən və özlərini "abbasi" adlandıran əfşar və zülqədər ləşkəri
ilə Yəzd yolundan keçib İsfahana gəlsin.
Onlar elə oradaca dayanıb gözləməyi üstün tutdular. B fikir
və xəyalla bir neçə gün keçdi. Allahın iradəsi əlahəzrə şahzadənin
səltənət və padşahlığını istədiyindən, onların heç bir tədbiri baş
tutmadı. Cahanı tutan ordunun səsi artıq Damğan yolundan eşidilən
neçə gün ərzində onlar Qəzvin darüssəltəsinə getməyi qərara aldılar.
Bəxtlərinin dönüklüyündən [Əbu Talib Mirzəçilər] öz zülm əllərini
açaraq, İsfahanın əksər böyük adamlarını və əhalisini ələ keçirib
özləri üçün tarac və müsadirə qapılarını açdılar. Şəhər və ölkə
nizamdan düşdü, xalqın heç nəyə ümidi qalmadı.
Xülasə, bir çox ziyankarlıqdan sonra Heydər Sultan
Çapuqun oğlu İbrahim xan Türkmanı İsfahanın daruğəsi edib,
səltənət paytaxtına tərəf üz tutdular. Quma gedib, öz ləşkəri ilə təyin
olunan yerə gəlməsindən ötrü Qum hakimi Əliqulu Sultan
Zülqədəri irəli yolladılar. Amma, İlahinin təqdiri ilə şahzadənin
zühurunun əlamətləri dövlətin dayağı və Əbu Talib Mirzəçilər
səltətinin tərəfdarı olan Məhəmmədi Sarı Solaqa aydın olduqda,
xəstələndiyinə görə on günədək İsfahanın Cərbərxar adlı yerində
dayanıldı. Elə o əsnada əlahəzrətin və Mürşidqulu xanın Xar və
Semnan yolu ilə gəlişləri xəbəri dəqiqləşdi. Ordu köçüb, Vəlican
608
xanın düşmənçilik etməsi səbəbindən Kaşan yolundan yana dönərək,
Cərpadqan yolu ilə rəvan oldu.
Dostları ilə paylaş: |