AZƏrbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə60/96
tarix03.02.2017
ölçüsü4,41 Mb.
#7380
1   ...   56   57   58   59   60   61   62   63   ...   96

[Misra] 

 

Görək nə dəğacaq hamilə gecə.



428

 

 



[deyiminin] məzmununa əməl edərək, bərk qorxu ilə ramazan ayının 

bitməsini  gözləməyə  başladı.  O  bəyənilməz  işin  baş  verəcəyi  gecə 

ay kimi nurlu bir qasid sürətlə  gələrək,  İsmayıl Mirzənin  vəfatı  və 

[Abbas  Mirzənin]  nicatı  barədə  müjdə  gətirdi.  Həqiqətən  də,  bu 

hadisənin baş verməsi sahibqranın qəribə hallarındandır. 

Dördüncüsü:  Xorasan  və  İraq  əmirləri  arasında  İlahi 

təqdirin  hökmü  ilə  başlayan  müxalifətə  görə,  yuxarıda  yazıldığı 

kimi,  İskəndər  şanlı  nəvvab  və  ali  məkanlı  şahzadə  Sultan 

Məhəmməd Mirzə Xorasana ləşkər  çəkdi, tərəflər  arasında  Ğuryan 

[vilayətinin] Tirpol adlanan yerində qızğın hərb baş  verdi, nəticədə 

Xorasan ləşkəri məğlubiyyətə uğradı. Bu vaxt az yaşlı əlahəzrət bir 

neçə mülazimi ilə həmin xətərli mərəkədən salamat qurtula bildi. 

Beşincisi:  Əlahəzrət  Heratda  yaşayırdı.  Onun  qəza 

lövhəsində  həmin  şəhərin  özbəklər  tərəfindən  tutulacağı  və 

mühasirəyə  düşəcək  adamların  qətl  və  əsir  olacaqları  haqqında 

sözlər  yazılmışdı.  Bir-birləri  ilə  iki  dost  olan  Əliqulu  xan  Lələ  və 

Mürşidqulu  xan  arasında  vəhşət  və  inadkarlıq  yarandı,  işlər  qətllə 

nəticələndi.  [O  zaman]  İlahinin  təqdiri  ilə  o  həzrətin  səadətli 

bayrağının  kölgəsi  altında  olan  şamlı  tayfası  bərk  gözə  gələrək 

(çeşme-zəxme-qəvi)  qəhrə  məruz  qaldı.  O  mərəkədə  əlahəzrətin 

zirehli  döyüş  libasına  (dər)  bir  neçə  yerdən  ox  və  nizə  zərbələri 

dəyməsinə  baxmayaraq  onun  müqəddəs  zatına  heç  bir  xətər 

toxunmadı.  O  həzrət  əl-cinn  və-l-ünsün  (İmam  Rzanın  -  Ş.F.) 

müqəddəs  ruhunun  cazibə  qüvvəsib  müqəddəs  Məşhədə  təşrif 

apardı, beləliklə də, həmin iki böyük xətadan sağ-salamat qurtardı. 

Altıncısı:  O  həzrətə  böyük  (əzim)  xəstəliklərin  üz 

verməsinə baxmayaraq, Allahın inayəti sayəsində şəfa tapdı. Şirazda 

atdan yıxılıb bir neçə müddət yatağa düşdüsə də İlahinin iltifatı onu 

qorudu. 

Yeddincisi: Müqəddəs məiyyətin mülazimləri Cığaloğlu ilə 

cəng  zamanı  bir  neçə  əsiri  şaha  göstərmək  üçün  gətirdikləri  vaxt 

                                                           

428

 İfadənin ərəbcəsi: 



Əl-leylu hobla. 

631 

 

məkri  kürdlərindən  iri  cüssəli  və  qüvvəli  bir  adam  öz  uzun  qılıncı 



çəkməsindən (muze) iti bir xəncər çıxarıb o həzrətin üstünə cumdu, 

özünü  onun bənzərsiz  bədəninə  çatdırdı.  O  həzrət  isə  İlahi  inayətin 

köməyi  və  sonsuz  mərhəməti  ilə  həmin  bədniyyət  adamın  əlini  öz 

mübarək əliylə sıxaraq, xəncəri onun əlindən çəkib aldı, böyük məkr 

şahın mübarək zatına pislik gətirə bilmədi ki, bu əhvalatların hər biri 

haqqında  öz  məqamında  məlumat  veriləcəkdir  inşaallah-təala  və 

həddəl-əziz.

429


 

 

BEŞİNCİ MƏQALƏ 



 

[O HƏZRƏT TƏRƏFİNDƏN] ƏDALƏTPƏRVƏRLİYİN, 

YOLLARIN ƏMNİYYƏTİNİN VƏ İNSANLARIN YAŞAYIŞ 

ŞƏRAİTİNİN YÜKSƏLDİLMƏSİ BARƏDƏ 

 

Səltənət  işlərinin  ən  əzəmətlisi  məmləkətin  düzgün 



istiqamətlə  inkişafı  və  yolların  əmniyyətidir.  İran  məmləkətlərində 

bu  məsələ  tamamilə  unudulmuş,  əhalinin  gediş-gəlişləri  olduqca 

çətinləşmişdi. O həzrət, hakimiyyətinin əvvəllərində (bədayete-hal) 

bu vəziyyətin aradan qaldırılmasına diqqət yetirdi, hər  vilayətdə ən 

məşhur 

quldurların 



kimlər 

olduqlarını 

öyrəndi, 

onların 


zərərsizləşdirilməsinə  və  edamına  başladı,  az  vaxt  ərzində  dəstə 

sərdarlarını  öz  səyi  və  tədbiri  ilə  ələ  keçirdi.  Bu  qəbil  dövlət 

bədxahları  olan  bəzi  şəxsləri  isə  öz  uzaqgörənliyi  ilə  düzgün  yola 

çəkdi  və onları cəzalandırmadı,  müxtəlif iltifatlarla arxayınlaşdırdı, 

həmin  adamlar  da  o  iltifat  və  əfvin  (canbəxşi)  müqabilində  şahın 

xidmətində  dayandılar,  xətakarlıq  yolundan  dönərək,  fərmana  itaət 

etməyə  başladılar.  [Şah]  bəzilərini  də  heç  fikirləşmədən  cəza 

(siyasət)  səhnəsinə  tapşıraraq  əhalini  onların  şərindən  qurtardı.  Bu 

hal  yollarda  əmniyyətin  bərpasına  səbəb  oldu,  ətraf  ölkələrdən  bu 

qorunan  (məhrusə)  ölkəyə  tacir  və  sövdəgərlər  gəliş-gediş  etməyə 

başladılar.  [Beləliklə],  rəiyyətin  rifah  vəziyyətinin  yüksəlməsi 

həmişə  o  nurlu  insanın  nəzəri  altında  oldu.  Onun  Haqqa  niyyət 

məqsədi  [təviyyət]  buna  yönəldilmişdir  ki,  hakimiyyətdə  olacağı 

dövrdə  insanlar  (xəlayeq  və  ibadullah)  əmin-amanlıq  yatağında 

(məhad) asudə dincəlsinlər. Buna görə də o həzrət Allah bəndələrinə 

                                                           

429

 İfadənin ərəbcədən tərcüməsi: 



"Əgər yalnız əziz Allah-təala istərsə". 

632 

 

doğru uzanan zülm əllərini ölkələrdən uzaqlaşdırdı, rəiyyəti çoxsaylı 



divan  vergisindən azad  etdi.  Birincisi,  İraq [vilayətindəki] hər sürü 

üzərinə qoyulan on beş min İraq tüməni məbləğinə yaxın "sərgəlle" 

vergisini sahibinə bağışladı ki, bu da İranın mərkəzində yerləşən və 

bu  əbədi  əsaslı  səltənətin  mərkəzi  olan  İraq  mülkünün  əhalisinə 

böyük  bir  töhfə  olmaqla  başqa  yerlərin  əhalisinə  nisbətən  böyük 

imtiyaz  oldu.  İkincisi,  mübarək  ramazan  ayında  [o  həzrət]  bütün 

məmləkətlərin  şiələrini  divan  vergilərindən  azad  etdi.  Divan 

məmurlarının  əməlləri  səbəbindən  təxminən  iyirmi  min  tümənə 

çatan  bir  vergini  (male-yekmahe)  və  bütün  ölkələrin  ehdas 

vergisini*  (ehdase-cəme-məmalek)  rəiyyətlərə  bağışladı  ki,  onlar 

məhz  taət  və  ibadət  ayı  olan  mübarək  ramazan  ayında  divan 

işçilərinin tələblərindən azad olundular ki, həqiqi məbuda (Allaha  - 

Ş.F.)  öz  bəndəlik  borclarının  yerinə  yetirilməsinə  başlasınlar.  O, 

həzrətin  şərafətli  xisləti  həmişə  yoxsul  insanların  varlanmalarına 

meyilli  olmuşdur.  [Həmçinin]  onun  diqqəti  daim  hökmranlığı 

altında  olan  ölkələrin  bütün  əhalisinin  sərvət  sahibi  olmaları  və 

yoxsulluqdan  yaxa  qurtarmalarına  yönəldilmişdir.  O  həzrət  dövrün 

gərdişindən  pis  dolanan  bir  neçə  əyan-əşrafın  qayğısına  qalaraq, 

onlara xasseye-şərifə sərkarından rəsül-mal

430 


köməyi edir ki, həmin 

məbləği  məişətlərinin  yaxşılaşmasına  yönəltsinlər,  güzəranlarını 

asudəliklə  keçirsinlər,  sələmçilərin  qarşısında  məzəmmət  altında 

qalmasınlar.  O  həzrət  kasıb  şiələrə  dəfələrlə  köməklik  göstərdi, 

sədəqə  (təsəddəq)  payladı,  əvəzindəsə  savaba  çatdı.  [Beləliklə  də] 

bu  kitabın  yazılışı  dövründə  baş  verən  [bir  sıra]  hadisələr  qələmə 

alındı. Bu beyt yazdıqlarımız üçün bir dəlildir: 

 

Beyt: 



 

Heç kim niyyətini bilmir sən təhər, 

Yarəb, xeyirxahın xeyrini göndər

431


 

 

İlahinin kərəminə ümidvarıq ki, qoy o həzrət hələ uzun illər 



şahlıq  taxtında  əyləşəcək,  başqa-başqa  xeyratlara,  yaxşı-yaxşı 

                                                           

430

 

 



Rəsül-mal: Mal-qaranın sayını hesablayan rəis (bax: M.Moin. Göst. Lüğət. Cild II, 

səh. 1633). 

431

 Beytin farscası: 



İlahi, ço bər neyyətəş agəhi,  

Ço neyyət bexeyrəst xeyrəş dəhi. 



633 

 

əməllərə  (mobərrat)  və  gözəl-gözəl  işlərə  (mərziyyat)  müvəffəq 



olsun. 

 

ALTINCI MƏQALƏ 

 

[O HƏZRƏT TƏRƏFİNDƏN] İLAHİ HİKMƏTLƏRDƏN 

OLAN SƏRT HÖKMLƏRİN İCRASI HAQQINDA 

 

O  həzrət  xasiyyətinin  təşəkkül  tapmasından  başlayaraq 



sərtlik (qəhhari) və tündməzaclıq səriştəsini özündə ehtiva etmişdir. 

Cəzalanmaları zəruri olan qüsur sahiblərinin cəzalandırılmalarına öz 

mərd  xislətinə  uyğun  tərzdə  əməl  etmiş,  sipəhdarlıq  və  məmləkət 

işlərində,  həmçinin  rəiyyətpərvərlikdə  tərkib  hissə  olan 

günahkarların və aqibətsiz adamların cəzalandırılmalarında dünyəvi 

qərəzkarlığı,  izzət  sahibi  olan  ərbabları  və  başqa  adamları  nəzərə 

almadan  etinasızlığa (mosamehe)  və ləngitmələrə  yol  verməmiş  və 

hal-hazırda  da  yol  vermir.  Belə  əməl  tərzinin  hakimiyyətin  ilk 

çağlarında  külli  faydası  olmuş,  onun  əzəməti  (setvət)  və  sərtliyi 

(səlabət) hər  yana  yayılmış, zülmkarların zülm  və  əzab əlləri  aşağı 

məqamlı  adamların  (zirdəst)  amal  yaxasından  üzülmüşdür.  Onun 

cəzasının  qorxusu  və  ədalətinin  icrası  təsirindən  qurdla quzu  birgə 

yaşayır,  müxalif  və  müvafiq  adamlar  eyni  fərş  üstündə  yatır,  bir-

birlərinə zərər yetirmirlər. Onun iş tapşırdığı şəxsin haqqı yoxdur ki, 

həmin işi bir an belə təxirə salsın. Məsələn, əgər bir ataya öz oğlunu 

qətl etmək hökmünü verirsə o hökm elə həmin dəm qəzavü qədərin 

fərmanı  kimi  icra  olunur.  Əgər  həmin  şəxs  rəhmdilliyi  üzündən 

oğlunun  qətlini  təxirə  salırsa  hökm  oğul  tərəfindən  əksinə,  atanın 

özünə  qarşı  çevrilir.  Əgər  oğul  da  bu  işdə  tərəddüd  edirsə,  hər 

ikisinin qətli başqa adam tərəfindən icra olunur. Məhz buna görə də 

əmrinin  icrası  özünün  ən  yüksək  həllini  tapır  və  heç  kəsin  cürəti 

çatmır ki, onun fərmanından bir  ləhzə belə yayına bilsin. Şah hələ 

taxta  cülus  etməzdən  əvvəl  yasaq  işi  qarşıya  çıxdıqda  qızılbaş 

tayfaları  onu  icra  etməkdən  boyun  qaçırır,  mülazimlərdən  və 

məvacib  sahiblərindən  başqa,  çox  adam  evlərində  əyləşib  yasağa 

getmirdi. Bu  məsələ şahın nurlu  vücuduna (zəmir) işıq saçdı  və o, 

məmləkət  hərbçilərinin,  ellərinin,  oymaqlarının  bu  vəziyyətini 

təhqiq  edərək  hökm  verdi  ki,  əgər  yasaq  elan  olunarsa  bütün 

hərbiçilər - istər mülazim olsunlar, istəsə yox - hamı din qeyrəti və 

namus  hifzi  ilə  öz  el  və  əşirətlərinin  qorunmasından  ötrü  (yasağa) 



634 

 

hazır  olsun.  Yazsaq  vaxtı  evlərində  qalıb  yasağa  getməyən  şəxs 



haqqında  həmin  elin  camaatından,  əgər  kimsə  xəbər  verər  və 

həqiqəti ərz edirsə, yəni "filan adam yasağa getməyə qadirdir, amma 

bundan sərfnəzər etmişdir", bu vaxt hökmə əsasən onun qətli yerinə 

yetirilir,  mal-dövləti  əlindən  almaraq  həmin  xəbəri  verənə  verilir. 

Əgər o elin camaatı həmin şəxsin tərəfini tutub bu işi gizlədərsə və 

xəbər  verməzsə  bu  zaman  həmin  tayfa  elliklə  cəzalandırılır. 

[Məsələn,]  bir  neçə  dəfə  elan  olunmuş  yasaqda  iştirak  etməyən 

şəxslər  cəzalandırılmış  və  onların  var-dövlətləri  xəbər  gətirən 

şəxslərə verilmişdir. Bu hal əhali arasında qorxu və vahiməyə səbəb 

oldu,  yasaq  elan  olunan  kimi  bütün  piyadalar  və  süvarilər  təcili 

surətdə  yasağa  yollanmağa  başladılar.  Heç  kəsin  cürət  və  qüvvəti 

yoxdur ki, [yasaqdan yayınıb] evdə qala bilsin. 

 

YEDDİNCİ MƏQALƏ 

 

[O] HƏZRƏTİN CAHANDARLIQ TƏRZİ (AYİN) VƏ 

HÖKMRANLIQ ETMƏ QAYDALARI HAQQINDA 

 

Əgər  bilik  sahibi  olan  alimlər  o  həzrəti  səltənət 



qanunlarının yaradıcısı (vaze) hesab edilərsə haqlıdırlar. Əgər cahan 

sultanlarını  o  həzrətin  şagirdi  adlandırırlarsa,  o  buna  da  layiqdir, 

çünki  hökmranlığın  tam  ölçülüb-biçilmiş  (səncide)  qayda-

qanunlarını  o  tətbiq  etmişdir.  O  cümlədən,  ixtilaflar  vaxtı  tayfa 

məsuliyyətsizliyi  üzündən  müxtəlif  tayfa  aqibətsizlərindən  xeyli 

yayınmalar  və  ixtilaflar  baş  vermiş,  müqəddəs  səfəvi  dudmanına 

qarşı onların əqidələri dəyişmişdi. Bu zaman cahanı bəzəyən şahın 

rəyi belə oldu: Dövlət işlərinin nizamlanmasından ötrü şan-şöhrətli 

padşahlara  xas  olan  asimani  bir  ilhamla,  həmçinin  surət  aləmi 

zahirpərəstlərinin 

məlumatı 

olmadığı 

gizli 

məsləhətlərlə 



[qızılbaşlardan  qeyri]  başqa  adamları  da  hərbiçilər  silkinə  gətirsin. 

Buna görə də o, bir çox gürcü qulamlarını, çərkəsləri  və başqalarını 

hərbiçilər silkinə daxil etdi, bu dudmanda  mövcud olmayan  "qullar 

ağası"  vəzifəsini  yaratdı.  Həmçinin  Xorasanın,  Azərbaycanın  və 

Təbəristanın  çığatay  oymaqlarından,  ərəb  tayfalarından,  əcəm 

qəbilələrindən bir neçə min tüfəngçini şah ordusunun mülazimi etdi. 

Hər  vilayətdə  baş  qaldıran  quldur  və  soyğunçular  çevik  (cəld) 

insanlar  olduqlarından,  həmişə  həmin  vilayətlərin  əhalisi  onların 

əllərində  aciz  qalıb  zərərə  düşdüklərindən,  o  həzrət  həmin  şəxsləri 


635 

 

ordunun tüfəngçilər silkinə daxil etdi ki, rəiyyət  və acizlər bundan 



sonra həmin kəslərin xətasından (şər) nicat tapıb rahat olsunlar, həm 

də  şah  məiyyətində  xidmət  etsinlər,  döyüş  (karzar)  zamanı 

göstərdikləri  bacarığa  görə  mükafatlandırılsınlar.  Şah  onların 

hamısının adını qulamlar cərgəsinə daxil etdi. Həqiqətən də, onların 

iştirakı şəhər və qala fəthlərində olduqca zəruri idi və bu iş [dövlətə] 

külli miqdar fayda  verdi. Bundan başqa, əmirlərin  və əyanların hər 

birinə  layiqli  vəzifələr  tapşırıldı,  yolların  mühafizəsinə  elə  şəxslər 

təyin  edildi  ki,  həmin  şəxslər,  zəruri  inzibatçılıq  yolu  ilə,  oğrular 

tərəfindən  şəhər  sakinlərindən  və  tacirlərdən  qarət  olunan  malları 

tapıb  öz  sahiblərinə  çatdırsınlar,  əks  halda  onların  elə  özləri  o 

insanlara  dəyən  zərəri  ödəsinlər.  O  bu  qayda-qanunu  bütün 

məmləkətlərə  tətbiq  etdi.  Beləliklə  də,  əhalinin  var-dövləti  hifz 

olundu,  insanların  məhrusə  ölkələrə  gediş-gəliş  qapıları  açıldı. 

Qoşun idarəçiliyi (sepəhdari) və məsləhət-məşvərət tərzi bunu tələb 

edir ki, əgər o həzrət hər hansı şəxsdən bir məsələ xüsusunda sorğu-

sual  etdikdə  o  şəxs  öz  vəlinemətinə  yalan  danışarsa,  bu  böyük  bir 

haramnəməklik  sayılsın.  Yalançılıq  edən  və  ixtilaf  törədən  hər  kəs 

hökmən cəzalanmalı,     arzuolunmaz (mərdud)    sayılmalıdır, əks 

təqdirdə [elə pis vəziyyətin] nəticəsi sələflərdən xələflərə sirayət edə 

bilər.  Belə  işlərdə  şahın  özü  olduqca  möhkəm  (rosux)  və 

qətiyyətlidir  (ğolovv).  Əgər  kimdənsə  hər  hansı  pis  əməl  baş 

verərsə, o adamın mükafatı öldürülməkdən başqa heç nə olmazsa və 

o  həzrət  ondan  törətdiyi  işin  həqiqəti  haqqında  soruşarsa,  həmin 

biçarənin dəğru söyləməkdən başqa bir çarəsi qalmır. Əhali arasında 

belə  fikir  vardır  ki,  əgər  hər  hansı  şəxs  ona  yalan  söylərsə,  dərhal 

qeyb aləminin xəbər gətirənləri (monhiyane-aləme-ğeyb) bu haqda o 

həzrətə  xəbər  verirlər.  Bundan  sonra  heç  bir  oğrunun  (tərrar) 

xəyalına belə gəlmir ki, şahın müqabilində özündən hansısa kiçicik 

ləkəli  yalandan  ibarət  hekayət  uydursun.  Belə  iş  tərzindən  gələn 

faydaların  cahandarlıq  və  ədalət  baxımından  bəyana  ehtiyacı 

yoxdur. 

 

 

 


636 

 

SƏKKİZİNCİ MƏQALƏ 



 

O HƏZRƏTƏ XAS ANLAŞILMAZ XASİYYƏTİ 

(BİTƏƏYYONİ), DƏRVİŞANƏ XİSLƏTİ (DƏRVİŞNEHADİ), 

XUDBİN OLMAMASI (BİTƏKƏLLOFİ) VƏ ONDA İKİ 

TƏZADLI XÜSUSİYYƏTİN MÖVCUDLUĞU HAQQINDA 

 

Bu  kamkar  şəhriyar  ruzigar  əhlinin  qayda-qanunlarının 

əksinə  olaraq  özündə  su  ilə  atəşi  bir-biri  ilə  qarışdırmış,  iki 

ziddiyyətli  xisləti  cəmləşdirmişdir.  Belə  ki  kamal  təbinin  çoxluğu, 

sərtliyi, rəhmsizliyi, əzəməti, cah-cəlalı və şahanəliyi ilə yanaşı onda 

olduqca  mülayim  davranış,  düzgünlük  (həmvari),  dərvişxislətlilik 

vardır: 

 

Nəzərində onun bərabərdir  



Şah taxtıyla dərvişin fərşi

432


  

 

O  həzrət  yumşaq  və  sadə  məzaclı  (kuçekdeli)  olduğu 



vaxtlarda  əhali  nədimlər,  mülazimlər  və  başqaları  ilə  elə  xüsusi 

tərzdə davranır  və elə qaynayıb qarışır ki, sanki onlar bir-birlərinin 

dostu  və  qardaşıdırlar.  Əhvalı  dəyişəndə  isə  xüsusilə  rəhmsiz, 

əzəmətli, qüdrətli (setvət) və cah-cəlallı olduğu vaxt onun hümayun 

çöhrəsində  elə  qəzəb  əlamətləri  parlayır  ki,  onunla  həmsöhbət, 

ünsiyyətli  (ənis),  həmçinin  (cəlis)  olan  və  ondan  yaxşı  rəftar 

(yaranə,  bəradəranə  və  bitəkəlləfanə)  görən  şəxslərin  həddi  və  elə 

bir  cürəti  olmur  ki,  münasibətsiz,  azacıq  da  cürətli,  ədəbdən  kənar 

sözləri dilə gətirsinlər. Əmirlər, sultanlar, hətta zarafatcıl və müdrik 

adamlar  (zorəfa)  və  nədimlər  də  danışmağa  cürət  etmirlər, 

susmaqdan başqa çarə tapmır və əllərindən heç nə gəlmir. O həzrət 

bu iki rəftarı (şive) özündə yanaşı saxlayır, onları ucalıq tağı (taqe-

bələndi) üzərinə qoyur. 

 

BEYT[LƏR] 



 

Məslək sahibi tək gah təvazökar,  

                                                           

432


  Beytin farscası: 

Həst yeksan bərəş ze xoşkişi  

Təxte-şahi və nəte-dərvişi 


637 

 

Gah da məliklərə hirslə od vurar.  



Riyakar xislətdən uzaq olubdur,  

Qürurdan, ədadan iraq olubdur.  

Təkəbbürü qoymur əsla yaxına,  

Yar olmuş ucalıq aləmi ona.

433

 

 



DOQQUZUNCU MƏQALƏ 

 

[O HƏZRƏTİN] XİDMƏTKARLARIN HÜQUQİ HAQLARINI 

QORUMASI VƏ ONLARIN MÜLKİYYƏTLƏRİNƏ 

TOXUNMAMASININ ZİKRİ 

 

O həzrətin gözəl xislətlərindən [başqası da] bütün sədaqətli 



mülazimlərə qarşı olan şəfəqqəti və mərhəməti, eləcə də halalnəmək 

və doğru ayinli xidmətçilərin və canlarından keçən insanların hüquqi 

haqlarının qoruması və tərəflərini saxlamasıdır. Bu məsələyə o, əzəl 

vaxtlardan  indiyəcən  çox  diqqət  yetirir.  O  həzrət  bu  bəyənilən 

rəftara  o  qədər  riayət  edir  ki,  ruzigar  sultanlarının  və  mərdanə 

ərbabların  heç  biri  onunla  bərabərlik  iddiası  edə  bilməz. 

Halalnəməklikdə və düzgünlükdə sabitqədəm olan adamlara qarşı [o 

şah]  öz  şahanə  diqqətini  əsirgəmir.  Əgər  hər  kimdənsə  savadsızlıq 

və qafillik üzündən hər hansı bir xəta, günah (zeləl) və qüsur (təqsir) 

görünərsə,  onu  doğru  yoldan  (menhace-qəvim)  yayındırmır,  böyük 

səbrlə şahanə əfvə məruz qoyur, şərafətli xatirini incitmir. Hər hansı 

bir  əqidə  sahibi  və  canfəda  mülazim  öz  ömür  əmanətini  (vəqiəte-

həyat)  əcəl  qazisinə  tapşırdıqda  (yəni  vəfat  etdikdə  -  Ş.F.),  yaxud 

din  və  dövlət  yolunda  gedən  hərblərdə  (moharebat)  öz  dəyərli  can 

nəqdini  şəhadət  yolunda  fəda  etdikdə,  [şah]  onun  sağ  qalan  ailə 

üzvlərinə  onların  xahiş  etdiklərindən  də  çox  mərhəmət  göstərir. 

Əgər vəfat edən şəxslərin ali mənsəbləri olmuşsa, onların fərzəndləri 

azyaşlı  olsalar  belə,  öz  zatındakı  mərdanəlik  və  təbiətindəki 

mürüvvət  ilə  onların  sülaləsinin  kəsilməməsi  naminə  atalarının 

                                                           

433

 Beytlərin farscası: 



Gəhi dər təvazo ço əhle-soluk, 

Gəhi əz təfe-qəhr suzəd moluk.  

Ze rahe-təkəllof keşide ənan,  

Ze kebr-o məni gəşte damənfəşan.  

Be ocb-o təkəbbor nədarəd səri,  

Əz anəst bər aləməş bərtəri. 



638 

 

daşımış  olduqları  mənsəbi  oğullarına  verir.  Dünyəvi  var-dövlət  və 



ehtiyat  mal  toplamaq  o  həzrətə  xas  gələcəyi  görmə  (aqibət-bin) 

nəzərincə  olduqca  qiymətsiz  və  az  etibarlıdır.  Əgər  sədaqətli  vəfat 

edənlərdən  var-yox  (alaf  və  oluf)

434


  qalarsa  [şah]  əksər  şahların 

əksinə  olaraq  öz  himmətinin  çoxluğu,  mürüvvət  qayda-qanununun 

zərurəti,  şoriot  rəsminin  qorunub-saxlanılması  baxımından  həmin 

mülkiyyətə  iltifat  nəzəri  salmır,  onu  varislərə  verir  ki,  Allahın 

istədiyi kimi vərəsəçilər arasında bölünsün. Bu gözəl davranış tərzi 

həqiqətən də agah adamların nəzərincə bütün gözəl xüsusiyyətlərdən 

və  bəyənilən  əməllərdən  üstündür.  Çünki,  yeddi  (səbəə)  iqlimin 

əksəriyyətindəki  cahan  sultanları  bu  səxavətli  xisləti  haqqı 

tanımağın  və  hüququ  qorumağın  ən  yaxın  (ədna)  mərtəbəsi  hesab 

edirlər.  Elə  bu  səbəbə  görə  də,  o  həzrət  rəbbani  təsdiq  və  asimani 

köməklik  (tovfi-qat)  sayəsində,  görmüş  olduğu  işləri  bəyənilən 

(moəyyed) və uğur qazanan şəxs olmuşdur. 

 

ONUNCU MƏQALƏ 

 

[O HƏZRƏTİN] XOŞ XİSLƏTİ (ŞEKOFTETƏBİ), ONUN 

ALƏMDƏKİ VƏZİYYƏT VƏ ÜMMƏT TƏBƏQƏLƏRİ İLƏ 

TANIŞLIĞI HAQQINDA 

 

[O  həzrət]  cahandarlıq,  səltənət  və  xilafət  karxanasının 



zəruri  məsələlərindən,  habelə  ədalətin  (daddehi)  bərpasından  rahət 

olduqdan sonra öz şərafətli vaxtını nişat və şadimanlıqla keçirir, tez-

tez eyş-işrət məclisləri qurur, cavanlıq nəşəsinin tələbi və şadyanalıq 

məclisləri  bəzəyən  adamların  təhriki  ilə  qurtum-qurtum  (təcərro) 

ləziz şərab içir, ağ bənizli gözəllərdən kam alır, öz həyat və yaşayış 

çəməninin  təravətini  artırır.  O,  bu  işləri  böyük  ağıl,  dərrakə  və 

fərasətlə  həyata keçirir, [lakin] bir ləhzə də ölkənin idarəçiliyindən 

və səltənət işlərinin tədbirlərindən qafil olmur. İran məmləkətlərində 

və dünyada baş verən on kiçik və böyük hadisələr sanki onun daxili 

aləmində cilvələnir, elə bil ki, hadisələrdən xəbər gətirən münhiləri 

(xəbərçiləri  - Ş.F.) o, baş verən məsələlərdən xəbər tutmaqdan ötrü 

özünə  xidmətə  cəlb  etmişdir.  Belə  ki,  heç  kim  öz  evində,  hətta 

yaxınlarına da deyilməsi mümkün olmayan bir söz danışmır, sözün 

                                                           

434

    Alaf  və  oluf:  Bu  sözlər  ələfə  və  ülufə  istilahlarından  olmaqla  məişət  malları 



mənasını özündə ehtiva edir - Ş.F. 

639 

 

şaha çatacağından qorxur. Bu cür hadisələr dəfələrlə baş vermişdir. 



İstər  müsəlman,  istərsə  də  qeyri-müsəlman  olan  və  dünyanın  dörd 

tərəfində  yaşayan  cahan  şahlarının  vəziyyətlərindən,  qoşunlarının 

kəmiyyətindən  keyfiyyətindən,  bu  və  ya  başqa  ölkənin  din  və 

ayinlərindən, hər bir diyar yollarının abad, yaxud xarab durumundan 

ətraflı  xəbərdardır.  O,  dünyanın  əksər  hökmranları  ilə  tanışlıq 

tədbirlərinə  başlamış,  uzaq  (əqsa)  avropa,  rus  və  hind  padşahları 

onunla  ülfət  və  dostluq  münasibətləri  qurmuşlar.  Onun  məhəbbəti 

bütün dost-düşmənlərin, tanışların  və biganələrin qəlblərində özünə 

yer  tutmuşdur.  Uca  sarayının  qapıları  padşah  elçilərinin  üzünə  açıq 

olmuş,  ona  dünyanın  dörd  bir  tərəfindən  hədiyyə  və  töhfələr 

göndərilmişdir.  O  həzrətin  dövründə  bu  kimi  məsələlərlə  əlaqədar 

fəaliyyətlər  onun  yüksək  məqamlı  ata-babalarının  hakimiyyətləri 

vaxtı  nadir  hallarda  görünmüşdür.  Şah  hər  təbəqə  ilə  özünə  xas 

tərzdə  rəftar  edir,  aləmin  məlum  və  qeyri-məlum  (motəaref  və 

ğeyre-motearef) bir çox dillərini bilir və hər tayfa ilə onun öz dilində 

danışır. Fars şerini yaxşı bilən şah şeri yaxşı da başa düşür, ondan 

bəhrələnir, hətta bəzən özü də şer  yazır. Musiqidə, elmi-ədvarda

435 


söz verməkdə və ona əməl etməkdə dövrün ən qabaqcıl adamıdır. O 

həzrətin  bəstələdiyi  bəzi  ahəng  və  havalar  musiqiçilər  (əhle-saz) 

yanında  məşhurdur,  çalğıçıların  dillərinin  əzbəridir.  Onun  ürəyə 

yatımlı  şirin  lətifələri  (lətayef),  rəngarəng  məzəli  zarafatları,  təbiət 

xoşluğu barədə tez-tez söhbətlər eşidilir. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin