[Misra]
Görək nə dəğacaq hamilə gecə.
428
[deyiminin] məzmununa əməl edərək, bərk qorxu ilə ramazan ayının
bitməsini gözləməyə başladı. O bəyənilməz işin baş verəcəyi gecə
ay kimi nurlu bir qasid sürətlə gələrək, İsmayıl Mirzənin vəfatı və
[Abbas Mirzənin] nicatı barədə müjdə gətirdi. Həqiqətən də, bu
hadisənin baş verməsi sahibqranın qəribə hallarındandır.
Dördüncüsü: Xorasan və İraq əmirləri arasında İlahi
təqdirin hökmü ilə başlayan müxalifətə görə, yuxarıda yazıldığı
kimi, İskəndər şanlı nəvvab və ali məkanlı şahzadə Sultan
Məhəmməd Mirzə Xorasana ləşkər çəkdi, tərəflər arasında Ğuryan
[vilayətinin] Tirpol adlanan yerində qızğın hərb baş verdi, nəticədə
Xorasan ləşkəri məğlubiyyətə uğradı. Bu vaxt az yaşlı əlahəzrət bir
neçə mülazimi ilə həmin xətərli mərəkədən salamat qurtula bildi.
Beşincisi: Əlahəzrət Heratda yaşayırdı. Onun qəza
lövhəsində həmin şəhərin özbəklər tərəfindən tutulacağı və
mühasirəyə düşəcək adamların qətl və əsir olacaqları haqqında
sözlər yazılmışdı. Bir-birləri ilə iki dost olan Əliqulu xan Lələ və
Mürşidqulu xan arasında vəhşət və inadkarlıq yarandı, işlər qətllə
nəticələndi. [O zaman] İlahinin təqdiri ilə o həzrətin səadətli
bayrağının kölgəsi altında olan şamlı tayfası bərk gözə gələrək
(çeşme-zəxme-qəvi) qəhrə məruz qaldı. O mərəkədə əlahəzrətin
zirehli döyüş libasına (dər) bir neçə yerdən ox və nizə zərbələri
dəyməsinə baxmayaraq onun müqəddəs zatına heç bir xətər
toxunmadı. O həzrət əl-cinn və-l-ünsün (İmam Rzanın - Ş.F.)
müqəddəs ruhunun cazibə qüvvəsib müqəddəs Məşhədə təşrif
apardı, beləliklə də, həmin iki böyük xətadan sağ-salamat qurtardı.
Altıncısı: O həzrətə böyük (əzim) xəstəliklərin üz
verməsinə baxmayaraq, Allahın inayəti sayəsində şəfa tapdı. Şirazda
atdan yıxılıb bir neçə müddət yatağa düşdüsə də İlahinin iltifatı onu
qorudu.
Yeddincisi: Müqəddəs məiyyətin mülazimləri Cığaloğlu ilə
cəng zamanı bir neçə əsiri şaha göstərmək üçün gətirdikləri vaxt
428
İfadənin ərəbcəsi:
Əl-leylu hobla.
631
məkri kürdlərindən iri cüssəli və qüvvəli bir adam öz uzun qılıncı
çəkməsindən (muze) iti bir xəncər çıxarıb o həzrətin üstünə cumdu,
özünü onun bənzərsiz bədəninə çatdırdı. O həzrət isə İlahi inayətin
köməyi və sonsuz mərhəməti ilə həmin bədniyyət adamın əlini öz
mübarək əliylə sıxaraq, xəncəri onun əlindən çəkib aldı, böyük məkr
şahın mübarək zatına pislik gətirə bilmədi ki, bu əhvalatların hər biri
haqqında öz məqamında məlumat veriləcəkdir inşaallah-təala və
həddəl-əziz.
429
BEŞİNCİ MƏQALƏ
[O HƏZRƏT TƏRƏFİNDƏN] ƏDALƏTPƏRVƏRLİYİN,
YOLLARIN ƏMNİYYƏTİNİN VƏ İNSANLARIN YAŞAYIŞ
ŞƏRAİTİNİN YÜKSƏLDİLMƏSİ BARƏDƏ
Səltənət işlərinin ən əzəmətlisi məmləkətin düzgün
istiqamətlə inkişafı və yolların əmniyyətidir. İran məmləkətlərində
bu məsələ tamamilə unudulmuş, əhalinin gediş-gəlişləri olduqca
çətinləşmişdi. O həzrət, hakimiyyətinin əvvəllərində (bədayete-hal)
bu vəziyyətin aradan qaldırılmasına diqqət yetirdi, hər vilayətdə ən
məşhur
quldurların
kimlər
olduqlarını
öyrəndi,
onların
zərərsizləşdirilməsinə və edamına başladı, az vaxt ərzində dəstə
sərdarlarını öz səyi və tədbiri ilə ələ keçirdi. Bu qəbil dövlət
bədxahları olan bəzi şəxsləri isə öz uzaqgörənliyi ilə düzgün yola
çəkdi və onları cəzalandırmadı, müxtəlif iltifatlarla arxayınlaşdırdı,
həmin adamlar da o iltifat və əfvin (canbəxşi) müqabilində şahın
xidmətində dayandılar, xətakarlıq yolundan dönərək, fərmana itaət
etməyə başladılar. [Şah] bəzilərini də heç fikirləşmədən cəza
(siyasət) səhnəsinə tapşıraraq əhalini onların şərindən qurtardı. Bu
hal yollarda əmniyyətin bərpasına səbəb oldu, ətraf ölkələrdən bu
qorunan (məhrusə) ölkəyə tacir və sövdəgərlər gəliş-gediş etməyə
başladılar. [Beləliklə], rəiyyətin rifah vəziyyətinin yüksəlməsi
həmişə o nurlu insanın nəzəri altında oldu. Onun Haqqa niyyət
məqsədi [təviyyət] buna yönəldilmişdir ki, hakimiyyətdə olacağı
dövrdə insanlar (xəlayeq və ibadullah) əmin-amanlıq yatağında
(məhad) asudə dincəlsinlər. Buna görə də o həzrət Allah bəndələrinə
429
İfadənin ərəbcədən tərcüməsi:
"Əgər yalnız əziz Allah-təala istərsə".
632
doğru uzanan zülm əllərini ölkələrdən uzaqlaşdırdı, rəiyyəti çoxsaylı
divan vergisindən azad etdi. Birincisi, İraq [vilayətindəki] hər sürü
üzərinə qoyulan on beş min İraq tüməni məbləğinə yaxın "sərgəlle"
vergisini sahibinə bağışladı ki, bu da İranın mərkəzində yerləşən və
bu əbədi əsaslı səltənətin mərkəzi olan İraq mülkünün əhalisinə
böyük bir töhfə olmaqla başqa yerlərin əhalisinə nisbətən böyük
imtiyaz oldu. İkincisi, mübarək ramazan ayında [o həzrət] bütün
məmləkətlərin şiələrini divan vergilərindən azad etdi. Divan
məmurlarının əməlləri səbəbindən təxminən iyirmi min tümənə
çatan bir vergini (male-yekmahe) və bütün ölkələrin ehdas
vergisini* (ehdase-cəme-məmalek) rəiyyətlərə bağışladı ki, onlar
məhz taət və ibadət ayı olan mübarək ramazan ayında divan
işçilərinin tələblərindən azad olundular ki, həqiqi məbuda (Allaha -
Ş.F.) öz bəndəlik borclarının yerinə yetirilməsinə başlasınlar. O,
həzrətin şərafətli xisləti həmişə yoxsul insanların varlanmalarına
meyilli olmuşdur. [Həmçinin] onun diqqəti daim hökmranlığı
altında olan ölkələrin bütün əhalisinin sərvət sahibi olmaları və
yoxsulluqdan yaxa qurtarmalarına yönəldilmişdir. O həzrət dövrün
gərdişindən pis dolanan bir neçə əyan-əşrafın qayğısına qalaraq,
onlara xasseye-şərifə sərkarından rəsül-mal
430
köməyi edir ki, həmin
məbləği məişətlərinin yaxşılaşmasına yönəltsinlər, güzəranlarını
asudəliklə keçirsinlər, sələmçilərin qarşısında məzəmmət altında
qalmasınlar. O həzrət kasıb şiələrə dəfələrlə köməklik göstərdi,
sədəqə (təsəddəq) payladı, əvəzindəsə savaba çatdı. [Beləliklə də]
bu kitabın yazılışı dövründə baş verən [bir sıra] hadisələr qələmə
alındı. Bu beyt yazdıqlarımız üçün bir dəlildir:
Beyt:
Heç kim niyyətini bilmir sən təhər,
Yarəb, xeyirxahın xeyrini göndər
431
İlahinin kərəminə ümidvarıq ki, qoy o həzrət hələ uzun illər
şahlıq taxtında əyləşəcək, başqa-başqa xeyratlara, yaxşı-yaxşı
430
Rəsül-mal: Mal-qaranın sayını hesablayan rəis (bax: M.Moin. Göst. Lüğət. Cild II,
səh. 1633).
431
Beytin farscası:
İlahi, ço bər neyyətəş agəhi,
Ço neyyət bexeyrəst xeyrəş dəhi.
633
əməllərə (mobərrat) və gözəl-gözəl işlərə (mərziyyat) müvəffəq
olsun.
ALTINCI MƏQALƏ
[O HƏZRƏT TƏRƏFİNDƏN] İLAHİ HİKMƏTLƏRDƏN
OLAN SƏRT HÖKMLƏRİN İCRASI HAQQINDA
O həzrət xasiyyətinin təşəkkül tapmasından başlayaraq
sərtlik (qəhhari) və tündməzaclıq səriştəsini özündə ehtiva etmişdir.
Cəzalanmaları zəruri olan qüsur sahiblərinin cəzalandırılmalarına öz
mərd xislətinə uyğun tərzdə əməl etmiş, sipəhdarlıq və məmləkət
işlərində, həmçinin rəiyyətpərvərlikdə tərkib hissə olan
günahkarların və aqibətsiz adamların cəzalandırılmalarında dünyəvi
qərəzkarlığı, izzət sahibi olan ərbabları və başqa adamları nəzərə
almadan etinasızlığa (mosamehe) və ləngitmələrə yol verməmiş və
hal-hazırda da yol vermir. Belə əməl tərzinin hakimiyyətin ilk
çağlarında külli faydası olmuş, onun əzəməti (setvət) və sərtliyi
(səlabət) hər yana yayılmış, zülmkarların zülm və əzab əlləri aşağı
məqamlı adamların (zirdəst) amal yaxasından üzülmüşdür. Onun
cəzasının qorxusu və ədalətinin icrası təsirindən qurdla quzu birgə
yaşayır, müxalif və müvafiq adamlar eyni fərş üstündə yatır, bir-
birlərinə zərər yetirmirlər. Onun iş tapşırdığı şəxsin haqqı yoxdur ki,
həmin işi bir an belə təxirə salsın. Məsələn, əgər bir ataya öz oğlunu
qətl etmək hökmünü verirsə o hökm elə həmin dəm qəzavü qədərin
fərmanı kimi icra olunur. Əgər həmin şəxs rəhmdilliyi üzündən
oğlunun qətlini təxirə salırsa hökm oğul tərəfindən əksinə, atanın
özünə qarşı çevrilir. Əgər oğul da bu işdə tərəddüd edirsə, hər
ikisinin qətli başqa adam tərəfindən icra olunur. Məhz buna görə də
əmrinin icrası özünün ən yüksək həllini tapır və heç kəsin cürəti
çatmır ki, onun fərmanından bir ləhzə belə yayına bilsin. Şah hələ
taxta cülus etməzdən əvvəl yasaq işi qarşıya çıxdıqda qızılbaş
tayfaları onu icra etməkdən boyun qaçırır, mülazimlərdən və
məvacib sahiblərindən başqa, çox adam evlərində əyləşib yasağa
getmirdi. Bu məsələ şahın nurlu vücuduna (zəmir) işıq saçdı və o,
məmləkət hərbçilərinin, ellərinin, oymaqlarının bu vəziyyətini
təhqiq edərək hökm verdi ki, əgər yasaq elan olunarsa bütün
hərbiçilər - istər mülazim olsunlar, istəsə yox - hamı din qeyrəti və
namus hifzi ilə öz el və əşirətlərinin qorunmasından ötrü (yasağa)
634
hazır olsun. Yazsaq vaxtı evlərində qalıb yasağa getməyən şəxs
haqqında həmin elin camaatından, əgər kimsə xəbər verər və
həqiqəti ərz edirsə, yəni "filan adam yasağa getməyə qadirdir, amma
bundan sərfnəzər etmişdir", bu vaxt hökmə əsasən onun qətli yerinə
yetirilir, mal-dövləti əlindən almaraq həmin xəbəri verənə verilir.
Əgər o elin camaatı həmin şəxsin tərəfini tutub bu işi gizlədərsə və
xəbər verməzsə bu zaman həmin tayfa elliklə cəzalandırılır.
[Məsələn,] bir neçə dəfə elan olunmuş yasaqda iştirak etməyən
şəxslər cəzalandırılmış və onların var-dövlətləri xəbər gətirən
şəxslərə verilmişdir. Bu hal əhali arasında qorxu və vahiməyə səbəb
oldu, yasaq elan olunan kimi bütün piyadalar və süvarilər təcili
surətdə yasağa yollanmağa başladılar. Heç kəsin cürət və qüvvəti
yoxdur ki, [yasaqdan yayınıb] evdə qala bilsin.
YEDDİNCİ MƏQALƏ
[O] HƏZRƏTİN CAHANDARLIQ TƏRZİ (AYİN) VƏ
HÖKMRANLIQ ETMƏ QAYDALARI HAQQINDA
Əgər bilik sahibi olan alimlər o həzrəti səltənət
qanunlarının yaradıcısı (vaze) hesab edilərsə haqlıdırlar. Əgər cahan
sultanlarını o həzrətin şagirdi adlandırırlarsa, o buna da layiqdir,
çünki hökmranlığın tam ölçülüb-biçilmiş (səncide) qayda-
qanunlarını o tətbiq etmişdir. O cümlədən, ixtilaflar vaxtı tayfa
məsuliyyətsizliyi üzündən müxtəlif tayfa aqibətsizlərindən xeyli
yayınmalar və ixtilaflar baş vermiş, müqəddəs səfəvi dudmanına
qarşı onların əqidələri dəyişmişdi. Bu zaman cahanı bəzəyən şahın
rəyi belə oldu: Dövlət işlərinin nizamlanmasından ötrü şan-şöhrətli
padşahlara xas olan asimani bir ilhamla, həmçinin surət aləmi
zahirpərəstlərinin
məlumatı
olmadığı
gizli
məsləhətlərlə
[qızılbaşlardan qeyri] başqa adamları da hərbiçilər silkinə gətirsin.
Buna görə də o, bir çox gürcü qulamlarını, çərkəsləri və başqalarını
hərbiçilər silkinə daxil etdi, bu dudmanda mövcud olmayan "qullar
ağası" vəzifəsini yaratdı. Həmçinin Xorasanın, Azərbaycanın və
Təbəristanın çığatay oymaqlarından, ərəb tayfalarından, əcəm
qəbilələrindən bir neçə min tüfəngçini şah ordusunun mülazimi etdi.
Hər vilayətdə baş qaldıran quldur və soyğunçular çevik (cəld)
insanlar olduqlarından, həmişə həmin vilayətlərin əhalisi onların
əllərində aciz qalıb zərərə düşdüklərindən, o həzrət həmin şəxsləri
635
ordunun tüfəngçilər silkinə daxil etdi ki, rəiyyət və acizlər bundan
sonra həmin kəslərin xətasından (şər) nicat tapıb rahat olsunlar, həm
də şah məiyyətində xidmət etsinlər, döyüş (karzar) zamanı
göstərdikləri bacarığa görə mükafatlandırılsınlar. Şah onların
hamısının adını qulamlar cərgəsinə daxil etdi. Həqiqətən də, onların
iştirakı şəhər və qala fəthlərində olduqca zəruri idi və bu iş [dövlətə]
külli miqdar fayda verdi. Bundan başqa, əmirlərin və əyanların hər
birinə layiqli vəzifələr tapşırıldı, yolların mühafizəsinə elə şəxslər
təyin edildi ki, həmin şəxslər, zəruri inzibatçılıq yolu ilə, oğrular
tərəfindən şəhər sakinlərindən və tacirlərdən qarət olunan malları
tapıb öz sahiblərinə çatdırsınlar, əks halda onların elə özləri o
insanlara dəyən zərəri ödəsinlər. O bu qayda-qanunu bütün
məmləkətlərə tətbiq etdi. Beləliklə də, əhalinin var-dövləti hifz
olundu, insanların məhrusə ölkələrə gediş-gəliş qapıları açıldı.
Qoşun idarəçiliyi (sepəhdari) və məsləhət-məşvərət tərzi bunu tələb
edir ki, əgər o həzrət hər hansı şəxsdən bir məsələ xüsusunda sorğu-
sual etdikdə o şəxs öz vəlinemətinə yalan danışarsa, bu böyük bir
haramnəməklik sayılsın. Yalançılıq edən və ixtilaf törədən hər kəs
hökmən cəzalanmalı, arzuolunmaz (mərdud) sayılmalıdır, əks
təqdirdə [elə pis vəziyyətin] nəticəsi sələflərdən xələflərə sirayət edə
bilər. Belə işlərdə şahın özü olduqca möhkəm (rosux) və
qətiyyətlidir (ğolovv). Əgər kimdənsə hər hansı pis əməl baş
verərsə, o adamın mükafatı öldürülməkdən başqa heç nə olmazsa və
o həzrət ondan törətdiyi işin həqiqəti haqqında soruşarsa, həmin
biçarənin dəğru söyləməkdən başqa bir çarəsi qalmır. Əhali arasında
belə fikir vardır ki, əgər hər hansı şəxs ona yalan söylərsə, dərhal
qeyb aləminin xəbər gətirənləri (monhiyane-aləme-ğeyb) bu haqda o
həzrətə xəbər verirlər. Bundan sonra heç bir oğrunun (tərrar)
xəyalına belə gəlmir ki, şahın müqabilində özündən hansısa kiçicik
ləkəli yalandan ibarət hekayət uydursun. Belə iş tərzindən gələn
faydaların cahandarlıq və ədalət baxımından bəyana ehtiyacı
yoxdur.
636
SƏKKİZİNCİ MƏQALƏ
O HƏZRƏTƏ XAS ANLAŞILMAZ XASİYYƏTİ
(BİTƏƏYYONİ), DƏRVİŞANƏ XİSLƏTİ (DƏRVİŞNEHADİ),
XUDBİN OLMAMASI (BİTƏKƏLLOFİ) VƏ ONDA İKİ
TƏZADLI XÜSUSİYYƏTİN MÖVCUDLUĞU HAQQINDA
Bu kamkar şəhriyar ruzigar əhlinin qayda-qanunlarının
əksinə olaraq özündə su ilə atəşi bir-biri ilə qarışdırmış, iki
ziddiyyətli xisləti cəmləşdirmişdir. Belə ki kamal təbinin çoxluğu,
sərtliyi, rəhmsizliyi, əzəməti, cah-cəlalı və şahanəliyi ilə yanaşı onda
olduqca mülayim davranış, düzgünlük (həmvari), dərvişxislətlilik
vardır:
Nəzərində onun bərabərdir
Şah taxtıyla dərvişin fərşi
432
O həzrət yumşaq və sadə məzaclı (kuçekdeli) olduğu
vaxtlarda əhali nədimlər, mülazimlər və başqaları ilə elə xüsusi
tərzdə davranır və elə qaynayıb qarışır ki, sanki onlar bir-birlərinin
dostu və qardaşıdırlar. Əhvalı dəyişəndə isə xüsusilə rəhmsiz,
əzəmətli, qüdrətli (setvət) və cah-cəlallı olduğu vaxt onun hümayun
çöhrəsində elə qəzəb əlamətləri parlayır ki, onunla həmsöhbət,
ünsiyyətli (ənis), həmçinin (cəlis) olan və ondan yaxşı rəftar
(yaranə, bəradəranə və bitəkəlləfanə) görən şəxslərin həddi və elə
bir cürəti olmur ki, münasibətsiz, azacıq da cürətli, ədəbdən kənar
sözləri dilə gətirsinlər. Əmirlər, sultanlar, hətta zarafatcıl və müdrik
adamlar (zorəfa) və nədimlər də danışmağa cürət etmirlər,
susmaqdan başqa çarə tapmır və əllərindən heç nə gəlmir. O həzrət
bu iki rəftarı (şive) özündə yanaşı saxlayır, onları ucalıq tağı (taqe-
bələndi) üzərinə qoyur.
BEYT[LƏR]
Məslək sahibi tək gah təvazökar,
432
Beytin farscası:
Həst yeksan bərəş ze xoşkişi
Təxte-şahi və nəte-dərvişi
637
Gah da məliklərə hirslə od vurar.
Riyakar xislətdən uzaq olubdur,
Qürurdan, ədadan iraq olubdur.
Təkəbbürü qoymur əsla yaxına,
Yar olmuş ucalıq aləmi ona.
433
DOQQUZUNCU MƏQALƏ
[O HƏZRƏTİN] XİDMƏTKARLARIN HÜQUQİ HAQLARINI
QORUMASI VƏ ONLARIN MÜLKİYYƏTLƏRİNƏ
TOXUNMAMASININ ZİKRİ
O həzrətin gözəl xislətlərindən [başqası da] bütün sədaqətli
mülazimlərə qarşı olan şəfəqqəti və mərhəməti, eləcə də halalnəmək
və doğru ayinli xidmətçilərin və canlarından keçən insanların hüquqi
haqlarının qoruması və tərəflərini saxlamasıdır. Bu məsələyə o, əzəl
vaxtlardan indiyəcən çox diqqət yetirir. O həzrət bu bəyənilən
rəftara o qədər riayət edir ki, ruzigar sultanlarının və mərdanə
ərbabların heç biri onunla bərabərlik iddiası edə bilməz.
Halalnəməklikdə və düzgünlükdə sabitqədəm olan adamlara qarşı [o
şah] öz şahanə diqqətini əsirgəmir. Əgər hər kimdənsə savadsızlıq
və qafillik üzündən hər hansı bir xəta, günah (zeləl) və qüsur (təqsir)
görünərsə, onu doğru yoldan (menhace-qəvim) yayındırmır, böyük
səbrlə şahanə əfvə məruz qoyur, şərafətli xatirini incitmir. Hər hansı
bir əqidə sahibi və canfəda mülazim öz ömür əmanətini (vəqiəte-
həyat) əcəl qazisinə tapşırdıqda (yəni vəfat etdikdə - Ş.F.), yaxud
din və dövlət yolunda gedən hərblərdə (moharebat) öz dəyərli can
nəqdini şəhadət yolunda fəda etdikdə, [şah] onun sağ qalan ailə
üzvlərinə onların xahiş etdiklərindən də çox mərhəmət göstərir.
Əgər vəfat edən şəxslərin ali mənsəbləri olmuşsa, onların fərzəndləri
azyaşlı olsalar belə, öz zatındakı mərdanəlik və təbiətindəki
mürüvvət ilə onların sülaləsinin kəsilməməsi naminə atalarının
433
Beytlərin farscası:
Gəhi dər təvazo ço əhle-soluk,
Gəhi əz təfe-qəhr suzəd moluk.
Ze rahe-təkəllof keşide ənan,
Ze kebr-o məni gəşte damənfəşan.
Be ocb-o təkəbbor nədarəd səri,
Əz anəst bər aləməş bərtəri.
638
daşımış olduqları mənsəbi oğullarına verir. Dünyəvi var-dövlət və
ehtiyat mal toplamaq o həzrətə xas gələcəyi görmə (aqibət-bin)
nəzərincə olduqca qiymətsiz və az etibarlıdır. Əgər sədaqətli vəfat
edənlərdən var-yox (alaf və oluf)
434
qalarsa [şah] əksər şahların
əksinə olaraq öz himmətinin çoxluğu, mürüvvət qayda-qanununun
zərurəti, şoriot rəsminin qorunub-saxlanılması baxımından həmin
mülkiyyətə iltifat nəzəri salmır, onu varislərə verir ki, Allahın
istədiyi kimi vərəsəçilər arasında bölünsün. Bu gözəl davranış tərzi
həqiqətən də agah adamların nəzərincə bütün gözəl xüsusiyyətlərdən
və bəyənilən əməllərdən üstündür. Çünki, yeddi (səbəə) iqlimin
əksəriyyətindəki cahan sultanları bu səxavətli xisləti haqqı
tanımağın və hüququ qorumağın ən yaxın (ədna) mərtəbəsi hesab
edirlər. Elə bu səbəbə görə də, o həzrət rəbbani təsdiq və asimani
köməklik (tovfi-qat) sayəsində, görmüş olduğu işləri bəyənilən
(moəyyed) və uğur qazanan şəxs olmuşdur.
ONUNCU MƏQALƏ
[O HƏZRƏTİN] XOŞ XİSLƏTİ (ŞEKOFTETƏBİ), ONUN
ALƏMDƏKİ VƏZİYYƏT VƏ ÜMMƏT TƏBƏQƏLƏRİ İLƏ
TANIŞLIĞI HAQQINDA
[O həzrət] cahandarlıq, səltənət və xilafət karxanasının
zəruri məsələlərindən, habelə ədalətin (daddehi) bərpasından rahət
olduqdan sonra öz şərafətli vaxtını nişat və şadimanlıqla keçirir, tez-
tez eyş-işrət məclisləri qurur, cavanlıq nəşəsinin tələbi və şadyanalıq
məclisləri bəzəyən adamların təhriki ilə qurtum-qurtum (təcərro)
ləziz şərab içir, ağ bənizli gözəllərdən kam alır, öz həyat və yaşayış
çəməninin təravətini artırır. O, bu işləri böyük ağıl, dərrakə və
fərasətlə həyata keçirir, [lakin] bir ləhzə də ölkənin idarəçiliyindən
və səltənət işlərinin tədbirlərindən qafil olmur. İran məmləkətlərində
və dünyada baş verən on kiçik və böyük hadisələr sanki onun daxili
aləmində cilvələnir, elə bil ki, hadisələrdən xəbər gətirən münhiləri
(xəbərçiləri - Ş.F.) o, baş verən məsələlərdən xəbər tutmaqdan ötrü
özünə xidmətə cəlb etmişdir. Belə ki, heç kim öz evində, hətta
yaxınlarına da deyilməsi mümkün olmayan bir söz danışmır, sözün
434
Alaf və oluf: Bu sözlər ələfə və ülufə istilahlarından olmaqla məişət malları
mənasını özündə ehtiva edir - Ş.F.
639
şaha çatacağından qorxur. Bu cür hadisələr dəfələrlə baş vermişdir.
İstər müsəlman, istərsə də qeyri-müsəlman olan və dünyanın dörd
tərəfində yaşayan cahan şahlarının vəziyyətlərindən, qoşunlarının
kəmiyyətindən keyfiyyətindən, bu və ya başqa ölkənin din və
ayinlərindən, hər bir diyar yollarının abad, yaxud xarab durumundan
ətraflı xəbərdardır. O, dünyanın əksər hökmranları ilə tanışlıq
tədbirlərinə başlamış, uzaq (əqsa) avropa, rus və hind padşahları
onunla ülfət və dostluq münasibətləri qurmuşlar. Onun məhəbbəti
bütün dost-düşmənlərin, tanışların və biganələrin qəlblərində özünə
yer tutmuşdur. Uca sarayının qapıları padşah elçilərinin üzünə açıq
olmuş, ona dünyanın dörd bir tərəfindən hədiyyə və töhfələr
göndərilmişdir. O həzrətin dövründə bu kimi məsələlərlə əlaqədar
fəaliyyətlər onun yüksək məqamlı ata-babalarının hakimiyyətləri
vaxtı nadir hallarda görünmüşdür. Şah hər təbəqə ilə özünə xas
tərzdə rəftar edir, aləmin məlum və qeyri-məlum (motəaref və
ğeyre-motearef) bir çox dillərini bilir və hər tayfa ilə onun öz dilində
danışır. Fars şerini yaxşı bilən şah şeri yaxşı da başa düşür, ondan
bəhrələnir, hətta bəzən özü də şer yazır. Musiqidə, elmi-ədvarda
435
söz verməkdə və ona əməl etməkdə dövrün ən qabaqcıl adamıdır. O
həzrətin bəstələdiyi bəzi ahəng və havalar musiqiçilər (əhle-saz)
yanında məşhurdur, çalğıçıların dillərinin əzbəridir. Onun ürəyə
yatımlı şirin lətifələri (lətayef), rəngarəng məzəli zarafatları, təbiət
xoşluğu barədə tez-tez söhbətlər eşidilir.
Dostları ilə paylaş: |