Adı Din Məhəmməd Sultan olan Yetim
Sultanın Herat taxtına cülus etməsi:
Heratın özbək əyanları pərişan olub belə qərara
gəldilər kı, şücaətli və dilavər adam olan Yetim Sultanı Herata
gətirsinlər və ona uca “xan” ləqəbi versinlər, bütün Xorasan əmirləri
onun ətrafına toplaşsınlar və məmləkəti qorumaqla məşğul olsunlar.
Hamının məsləhəti ona itaət etmək oldu. Elə həmin gün Hacı bəy
onun yanına adam yollayıb məsələni bildirdi. Bundan belə
"Dinməhəmməd xan" adlandırılacaq Yetim Sultan bu şad xəbərin
doğru olub-olmadığını müəyyənləşdirdikdən sonra, şadimanlıq
papağını öz iqbal başına əyri qoydu, beyin sarayına qürur havası
doldu, səltənət və padşahlıq etmək qərarına gəldi. Ona qarşı
inadkarlıq etmiş Molla Qara və Məhəmməd Sultan qorxudan
qaçdılar və əsgərlər Dinməhəmməd xana birləşdilər. Şəhərin özbək
əyan-əşrafı ilə orada olan Hacı bəy silahsız halda onu qarşılamağa
927
çıxdı və Pole-Malanda onun mülazimətinə yetişdi, qarşısında diz
çökdü və xanın ali ordusu ilə birlikdə şəhərə gəldi.
Amma, həmin gün bəd bir saatda başlamışdı və ay (qəmər)
alovlanma yolunda (təriqeye-mohtəreqe) idi. Nəsə başqa bir əməlin
başlanmasından qorxan Dinməhəmməd xan saatın yaxşı, ya pis
olmasının fərqinə varmayıb, həmin nəhs saatda şəhərə daxil oldu,
sultanların iqamət yeri olan "Bağe-şəhr"də dayandı, səltənət işləri
tədbirlərinə başladı, Xorasanda yaşayan seyidlərə, varlı adamlara,
əhaliyə, qala və şəhər mühafizlərinə nəvazişanə yərliğlər yolladı.
Həcc səfərindən qayıdıb onun yanına gələn babası Yarməhəmməd
xan çingizilərə xas qaydaya rəğmən onu "padşah" adlandırdı, xütbə
və sikkəni onun adıyla bəzədi. Xorasan əmirləri də itaət qədəmlərini
irəli atıb Dinməhəmməd xanın ətrafında toplaşdılar. O isə, əhahəzrət
zilləllah şah ilə başladığı dostluğu unudub (nesyan) Xorasan
məmləkətlərini zəbt etmək məqamına gəldi. Özbək əmir və
əyanlarının hər birini öz istəyinə uyğun olaraq ali mənsəblərə təyin
etdi, asudəliklə səltənət balışına baş qoydu.
Şer
Saqinin zülfünü tutmuş o həriflər necə xoş!..
Yaxşıdır qoysa fələk onları bu halətdə.
627
Əbdülmömin xan və qızılbaş ləşkərinin Xorasana gəlişi
xəbərinin yayıldığı ilk gün bu xəbər Xorasan özbəklərini elə təlaşa
salmışdı ki, onların hamısı savab yolu itirib boş əndişələrə və
mənasız fikirlərə dalaraq, öz vəziyyətləri barədə düşünməkdəydilər.
O cümlədən, o vaxt Əbdülmömin xanın fərmanı ilə Mərvin Şahican
adlı mahalının hakimi olan mötəbər özbək əmiri Süleyman
Yasovul, deyildiyinə görə, Canı bəy xanın nəslindən və Abdulla
xanın qohumu olan və dərvişlik libası geyib homin vilayətdə
avaralanan Qasım Sultan adlı bir şəxsi yanına gətirib, ona hakimlik
verərək Mərv Şahicanına, Çaharsuya, Nisaya, Xorasana Bavərdə və
o hüduddakı yerlərə göndərdi. Dinməhəmməd xanın Xorasanda
xəbəri eşidiləndən sonra Süleyman Yasovul etdiyi bu cürətdən
627
Şerin farscası:
Xoş qereftənd hərifan səre-zolfe-saqi,
Gər fələkşan begözarəd ke qərari girənd.
928
peşiman oldu, xana sədaqət və fədakarlıq izhar edən bir məktub
göndərdi, Qasım Sultana da, xana məktub yazaraq, öz itaətini və
sədaqətini bildirməyi təklif etdi.
Mülk və mal işlərində fərasəti və hakimlikdə adından başqa
heç nəyi olmayan Qasım Sultan, Süleyman Yasovulun
davranışından özünə qarşı peşimançılıq hissi olduğunu güman edib,
onu aradan götürmək və müstəqil olmaq qərarına gəldi. Mərv
hadisələrindən xəbərdar olan Dinməhəmməd xana Süleyman
Yasovuldan sədaqət məktubları gəldiyi üçün Vəli Məhəmməd
Sultan öz kiçik qardaşını Mərvə göndərib Süleyman Yasovulun
adına istimalət məktubu yazdı, oranın pis-yaxşı bülün işlərini öz
istədiyi kimi həll etmək üçün onun iqtidar əlinə tapşırdı və bildirdi
ki, Mərvdə sikkə babası Yarməhəmməd xanın adına kəsilsin. [Buna
görə də,] Vəli Məhəmməd Sultan gedib Mərvə çatdıqda, Süleyman
Yasovul onu qarşıladı, Qasım Sultanı da Vəli Məhəmmədin istiqbalı
üçün zorla onun yanına apardı. Amma, şəhər darvazasına gedib
çatdıqda, "on dərviş bir xalça üstündə otura bilər, iki padşah isə bir
ölkəyə yerləşə bilməz" misalına uyğun hərəkət etdi, mülazimləri
onun işarəsi ilə o günahsız biçarənin boynunu Taxta körpünün
üstündə vurdular, Vəli Məhəmməd Sultanı isə izzət və ehtiramla
şəhərə gətirdilər, ona xidmət etməyə başladılar. Vəli Məhəmməd
Sultan hələ Mərvdə rahatlana bilməmişdi ki, həmin bir neçə gün
ərzində, əlahəzrət zilləllah şahın zəfər ayəli ordusunun təntənə ilə
Xorasana gəlişi, həmçinin ata-babadan Mərv Şahicanının varisi
Nurməhəmməd xanın oraya gəlib çatması xəbəri həmin vilayətdə
eşidildi. Onlar orada qalmağa macal tapa bilməyib, bu dəftərin zeyl
hissəsində yazılacağı kimi, mülk və maldan keçərək Çəharcu
yoluyla Mavərənnəhrə getdilər. Müqəddəs Məşhədin hakimi olan
Əbülməhəmməd bəy qızılbaş ləşkərinin gəlişi və Nişapurun
tutulmasından xəbərdar olub, qala silahı hazırlamaq və qaladarlıqla
məşğul olmaq fikrində ikən, elə həmin gecə Əbdülmömin xanın
öldürülməsi xəbəri gəlib yetişdi və bu xəbər təsdiqləndi.
Əbülməhəmməd bəy balıq kimi iztirab burulğanına düşüb,
belə fikrə düşdü: Əgər məmləkətin ərbabları və əhalisi dövlətxahlıq
məqamında durub qaladarlıq işlərində kömək edərlərsə, özbək
qoşununun padşahının kim olacağı bilinənədək şəhəri hifz etməyə
çalışmaq olar. O elə bu fikirdəydi ki, Dəstcerd qalasından belə bir
xəbər gəldi: On iki min qızılbaşla Fərhad xan Dəstcerdə gəlib-çatdı.
929
Bu xəbərdən çaşıb-qalan Əbülməhəmməd bəyin ləngimək
və qaladarlıq etmək macalı olmadı və bütün özbəklər pərişan olub
dedilər: "Fələyin hökmü ilə hakimiyyət özbək dudmanından kənar
olmuş, bu tayfaya bəla üz tutmuşdur. Bizim müstəqil padşahımız
yoxdur. Belə bir vəziyyətdə, qızılbaşların yüz illik ülkası olmuş,
bizim əlimizə isə təzəliklə düşmüş məmləkətdə qalmaq ağıldan uzaq
bir haldır. Nə qədər ki, fürsət var və hələlik mühasirəyə düşməmişik,
gərək öz əhli-əyalimizi qəm-qüssə bəhrinin təlatümlü dalğalarından
qoparıb nicat sahilinə çatdıraq, xətərsiz bir yerə gedək".
Bəzi cahillərsə dedilər: "Nə üçün biz abad bir şəhəri
qızılbaşlara verək? Oranı qarət edək, həzrət imaməl-cinn və-n-naşın
zərihinin qızıl məhəccərini qoparaq, mübarək gümbəzin üstündəki
qiymətli daş-qaşlarla bəzənmiş mili və rövzədə mövcud olan bütün
zər-zivəri götürüb yolumuza rəvan olaq".
O zaman müqəddəs Məşhəddə olan sey idlər və ağıllı
şəxslər [özbəklərin] bu fikirlərindən xəbər tutub, Əbülməhəmməd
bəyi o quldurların fitnəsindən və bədnamlıq qorxusundan, habelə
dargöz özbəklərin meylini bu fikirdən daşındırdılar. Bəy bu istəyi
tərk edib, aşiqanə dəlillərlə özbək cahillərinə belə bir iş görməyi
qadağan etdi [və dedi]: "Siz on ildir ki, bu mülkün çörəyini
yeyirsiniz. Gərək duz-çörəyi unutmayıb, böyük fitnə-fəsad ehtimalı
görünən bu şəhər əhalisinin torpağı, namusu və qarəti barədə
düşünməyəsiniz, sağ-salamat buradan çıxasınız", O, şəhər
seyidlərinə və böyük adamlarına isə belə xitab etdi: "Sizdən
xahişimiz belədir: Məhəllə ağsaqqallarına deyin ki, qoy qarətçi və
avara adamlar heç bir özbəyə və əhl-əyala hücum etməsinlər, üç gün
müddəti bitməyənədək qızılbaşların yanına adam yollamayın və bu
vəziyyət barədə onlara məlumat verməyin ki, özbəklər arxayınlıqla
buradan çıxıb özlərini əmin-amanlıq olan yerələrə çatdırsınlar". Elə
həmin gecə köç təbilini döyərək, süvari, yaxud da piyada olan bütün
özbəklər şəhəri tərk etməyə hazırlaşdılar, "Mir Əli Amu"
darvazasından çıxaraq, Sərəxs yoluna rəvan oldular.
Özbəklərin çıxıb-getmələrindən sonra elə həmin gün
seyidlər, əhali və müqəddəs şəxslər Dəstcerddə olan Fərhad xanın və
əmirlərin yanına adam yollayıb, onları vəziyyətdən hali etdilər. O
saat Dəstcerddən çıxan Fərhad xan müqəddəs Məşhədə gəldi, həzrət
imaməl-cinn və-l-ünsün mələk aşiyanlı astanasını ziyarət etməklə
şərəfləndi, şaha baş verən əhvalatı əks etdirən və müqəddəs
Məşhədin fəthini xəbər verən bir məktub və ziyarətnamə göndərdi.
930
Hümayun şah Əsbahi, Şəqan və Cürbəda çatan vaxt Fərhad xanın
yolladığı adam və müqəddəs Məşhəd əhalisi də gəlib şaha çatdılar,
bu şad xəbəri ona bildirdilər. Əbülməhəmməd bəy və yoldaşları
Sərəxsdən keçib Zurabada gəldikdən sonra eşitdilər ki,
Dinməhəmməd xan Herat darüssəltənəsində səltənət taxtına cülus
etmişdir və Xorasan əmirləri onun dərgahına gedərək ona tabe
olmuşlar. Əbülməhəmməd bəyin Məşhəddən çıxmasını və o
müqəddəs şəhəri əldən verməsi xəbərini eşidən Dinməhəmməd
xəbər yollayaraq, onu öz əskərləri və yoldaşları ilə birlikdə Herata
aparmış, Əbülməhəmmədi yərğu* məzəmmətinə tutmuş və
danlamağa başlamışdı: "Sən nə üçün müqəddəs Məşhədi tərk edib
oradan çıxdın?" Əbülməhəmməd xanın üzrxahlıq etməsinə və
ağılabatan dəlillər gətirməsinə baxmayaraq Dinməhəmməd xan heç
nə eşitmək istəmədi. Xan hətta bəylə görüşə üç gün icazə vermədi
və yalnız üç gündən sonra dövlət başçılarının vasitəçiliyi və səyi ilə
görüş icazəsi hasil oldu. Dinməhəmməd xan özünün əmisi oğlu olan
Seyid Məhəmməd Sultanı dərhal müqəddəs Məşhədə hakim təyin
etdi, dörd yüz bacarıqlı bahadırla onu təcili olaraq həmin istiqamətə
yolladı ki, qızılbaş ləşkərindən əvvəl özünü müqəddəs Məşhədə
çatdırıb o mübarək şəhəri zəbt etsin. Xan həmçinin Şahım kəltəni"
bir dəstə əskərlə Guryan qalasını qorumağa göndərdi və bu kəltə
qalaya daxil olaraq, o vilayətin zəbtinə başladı.
Amma, Seyid Məhəmməd xan və yoldaşları Cam türbətinə
gəlib çatdıqları vaxt qızılbaşların artıq gedib müqəddəs Məşhədə
girdiklərindən xəbərsiz idilər. Cam şəhərinin kələntəri iti sürətli bir
qasidi müqəddəs Məşhədə yollayıb o camaatın gəlişindən xəbərdar
etdi. Fərhad xan elə o saat qardaşı Zülfüqar xanı bəzi əmirlərlə
onların dəfinə namizəd etdi və o, hücumla yola düşdü. Qızılbaş
ləşkərinin qaraltısını görən özbəklər pis hala düşdülər, səf bəzəməyə
və hərb etməyə macal tapmadılar, fərar etdilər. Qızılbaş ləşkəri isə
onlara çatdı, əksəriyyətini qətlə yetirdi, həştad nəfərə yaxın özbəyi
isə tutub, müqəddəs Məşhədə qayıtdı.
Məğlubiyyət və pərişanlıqla Herata gəlib çatan Seyid
Məhəmməd Sultan Dinməhəmməd Sultanı qızılbaş ləşkərinin
gəlişindən xəbərdar etdi. Özbəklər arasında bu xəbərlər də eşidildi:
"Fərhad xan və Kirman hakimi Gəncəli xan Abdulla xanın vəfatını,
Əbdülmömin xanın isə öldürülməsini eşidərək Xorasana gəlmişlər.
Xorasanın bəzi mahallarında qalan Budaq xan və qızılbaş əmirləri
931
onlara qoşulub Xorasanı zəbt etmək məqamındadırlar, özbəklər
qalibiyyətli şah ordusunun gəlişindən bixəbər olmuşlar".
Amma əmirlər, ağsaqqallar və atalıqlar qızılbaşlarla
müharibə etməyi düşünürdülər. Dəfələrlə məsləhət püşkü atdılar.
Aqil adamlar və ağsaqqallar, xüsusilə mənqət tayfasından olan
sultanzadələrdən dünyagörmüş fikir sahibi və tədbirli adam olan
Hacı bəy və Əbülməhəmməd bəy dedilər: "Xorasan vilayəti
qızılbaşların yüzillik yurd və məskəni olmuşdur və özbəklər heç
vaxt orada tam üstünlüyə malik olmamışlar. Bizim isə yurdumuz və
məskənimiz Mavərənnəhrdir. Qədim yurdumuzu qoyub, Xorasan
üstündə təlaş etmək məsləhət deyildir. Mavərənnəhrdəsə padşahlığa
layiqli adam olmadığı üçün hər şeydən üstün budur ki, o tərəfə üz
tutaq və o vilayətdə yaşayaq. Yox əgər Xorasandan tamam əl
çəkmək istəmirsinizsə, qoy Dinməhəmməd xan öz qardaşı Baqi
Sultanı iki-üç min nəfər və bir illik azuqə ehtiyatı ilə Herat qalasında
saxlasın, həmçinin Tun, Qayin, Sistan qalalarını və Heratın bu
tərəfindəki başqa mahalları öz etibarlı adamlarına versin.
Qızılbaşların əzəmətli padşahı ilə dostluq və səadət izhan edib,
yenidən məhəbbət üslublu bir məktub yazsınlar, onu bir adam
vasitəsilə göndərsinlər və elan etsinlər ki, Allah-təalanın köməyi və
əlahəzrətin razılığı ilə Əbdülmömin xanın istilası bitmiş, rahatlıq
yaranmışdır, özbək əmirləri artıq öz boyunlarına itaət boyunduruğu
salmışlar. İndi ərz etdiyimiz kimi, sözümüz sözdür və Xorasan sizin
mülazimlərinizindir. Biz isə bu sülalənin dövlət mərkəzi olan
Mavərənnəhrə üz tutmuşuq. Biz müqəddəs Məşhəd, Nişapur, Tərşiz
və bəzi mahalların qalalarını boşaldaraq sizin mülazimlərinizə
vermişik. Öz xanəköçümüzü buradan aparmaq zərurəti olduğundan
sizin inayətinizə, lütfünüzə və fitri (cəbəli) mürüvvətinizə arxalanıb
öz fərzəndlərimizi, əhl-əyalımızı, həmçinin qardaşım Baqi ilə Herat
qalasında saxladığımız özbək əmir və əyanını və namusumuzu siz
həzrətin mülazimlərinə tapşırırıq. Himmətinizi əsirgəməyin.
İnşaallah öz əsl yurdumuzu ələ keçirdikdən sonra bizim səltənət
kökümüz möhkəmlənəcəkdir və Heratın və Xorasanın başqa
mahallarını da o tərəfin fərmanı altına verəcəyik. İndi isə böyük
güman hissi ilə düşünürük ki, qızılbaşların padşahı öz comərdliyinə
(fotovvət) sadiq qalıb bizim bu səmimi xahişimizi razılıq qulağı ilə
dinləyəcək, müvafiqət və dostluğun üstünü müxalifət dırnaqı ilə
qaşımayacaq, bu yürüş zamanı müqəddəs Məşhəd və özbəklər
tərəfindən boşaldılan sair mahallarla kifayətlənəcək, Herat və onun
932
ətrafına hücum etməyəcəkdir. Bizim işlərimiz Mavərənnəhrdə,
Türküstanda, Bəlxdə və Bədəxşanda istədiyimiz kimi yoluna
qoyulduqdan və səltənət işləri qaydaya salındıqdan sonra, əgər
Xorasanın meylində olsanız, iqtidarla oraya gələrək, həmin yerin
fəthi, işlərinin tənzimlənməsi və yoluna qoyulması ilə məşğul olarıq,
yox, əgər belə olmazsa zəmanəyə müvafiq hərəkət edərik".
Aqil adamların və ağsaqqalların əksəriyyəti bu fikri
bəyəndilər, qərarnamə yazmağa və qaladarlıq ləvazimatı
hazırlamağa başladılar. Onlara qarşı olan bir neçə Herat əhlini və
qəbilə başçılarını tuıub həbs etdilər. Amma, bəzi cahillər və dava
axtaranlar bu məsləhətlə razılaşmayıb dedilər: "Hal-hazırda qızılbaş
padşahından xəbər-ətər yoxdur, onların qarşımıza gələn adamlarının
sayı isə on-on iki min nəfərdən artıq deyil. Onların çox yaxına
gəlmələrinə baxmayaraq on-on beş min qızılbaşa arxa çevirib [geri
çəkilməyimiz] zəifliyimiz və məğlubiyyətimiz deməkdir. Əgər,
beləliklə, Mavərənnəhrə qayıdıb Xorasanı əldən verərsək, bədnam
olarıq və şücaətli bahadırların tənəsinə məruz qalarıq. Belə olan
halda, məlumdur ki, əlimizdən nələr çıxacaqdır. Bizim hələ
Mavərənnəhrin vəziyyətindən və oranın əmirlərinin qərarlarından
xəbərimiz yoxdur. Xorasan məmləkətlərindən əl çəkmək və nəğdi
nisyəyə vermək ağıl və mərdanəliyə dəlalət etməz. Bu camaatın hərb
kəmərini belimizə bağlayaraq, gərək mərdliklə onların dəf
olunmasına başlayaq. Əgər qalib gəlsək, xanlıq iqtidarının səsi
ucalar və bütün işlər məqsədimizə uyğun qaydaya düşər, yox, əgər,
Allah eləməsin, başqa cür olarsa, onlardan bir daha üzr istəyərik".
Dinməhəmməd xan ikinci fikrə meyl etdi. Xorasandakı
hakimliyin ləzzəti başlarından getməyən dalaşqan cahillərin
əksəriyyəti də bu məsləhəti üstün tutdular. Abdulla xanın sağlığında
Xorasanda baş vermiş hərc-mərclik zamanı bəzi tədbirsiz qızılbaş
əmirləri ilə vuruşub qalib gələn Dinməhəmməd xan qızılbaşlarla
hərbi asan anlayıb, qüruru üzündən müharibə etmək qərarına gəldi.
Çıxıb buradan getmək istəyən bəzi adamlar qorxaq (cobn) kimi
görünmək istəmədikləri üçün sakit dayandılar. Aqil və bacarıqlı
adam olan Əbülməhəmməd bəy, xanın qızılbaşlarla hərbini
istəmədiyindən və onun vəziyyətinin ürək istəyincə olmayacağını
müşahidə etdiyindən, bir gecə çoxlu özbəklə ondan ayrılıb fərar
yoluna düşdü. Bu məsələdən agah olan Dinməhəmməd xan artıq
bəyin uzun məsafə qət etdiyini bilib əlini ondan üzdü.
933
Bu əsnada İraqdan qorxulu məlumat gəldiyi üçün
qızılbaşların geriyə qayıtma xəbəri gəlib çatdı. [Özbəklər] qaladarlıq
etmək fikrini başlarından atıb, onları təqib etmək əzmi ilə Xacə Nur
bağçasından çıxaraq irəli gəldilər. Dinməhəmməd xan ürəkləndi və
onunla əlahəzrət arasında Heratın Robate-Pəryan adlı yerində
qarşılaşma vaqe oldu ki, onun şərhi [bu kitabın] Xorasanın fəthi,
Dinməhəmməd xanın itkisi (təzyi) və Mavərənnəhrin başqa
hadisələri hissəsi yazılarkən veriləcəkdir, əgər tək olan Allah
istərsə.
628
XORASAN FƏTHİNİN BAŞLANMASI VƏ BU
HADİSƏLƏRİN BAŞ VERMƏSİ VAXTIALLAH-TƏALANIN
İSTƏYİ İLƏ OLMUŞ BƏZİ MƏSƏLƏLƏRİN BƏYANI
Bundan əvvəl, zirək qələm belə yazmışdı: Bu il əlahəzrət
zilləllah şahın ilhamlı başına Xorasana yürüş etmək fikri düşdü. O
həzrət səfər ləvazimatı hazırlamaqdaydı ki, Abdulla xan özbəyin
vəfatı xəbəri gəlib çatdı. Şahın istəyi daha da şiddətləndi, öz düzgün
əzmi və xoşbəxt taleyinə rəğmən min altıncı ilin mübarək ramazan
ayının üçündə (miladi 1598, 9 aprel) uğurlu bir saatda İsfahan
darüssəltənəsindən çıxıb, bir neçə gün qalibiyyətli əskərlərin
məvaciblərinin ödənilməsi və qarşıdakı səfərin zəruri işlərinin təşkili
ilə bağlı Kaşanda dayandı. Əlahəzrət irsi mülkü olan behiştnişan
Mazandaranda seyr və şikar etmək meylinə düşdü, çünki o mülkün
ələ keçirilməsindən sonra hələ oranı görməmişdi. Fərhad xanın
orada olduğu həmin vilayətə Siyahkuh yoluyla rəvan oldu ki, qoşun
yığılanadək bir neçə gün həmin ürəkaçan yerdə qalsın, seyr və
şikardan sonra həmin yolla Bəstama getsin. Əlahəzrət sərhəd
əmirlərinin və hümayün əsgərlərin çağırışı xüsusunda hökmlər
göndərib qərara aldı ki, qorçibaşı əzəmətli qorçilərlə gəlib müzəffər
orduya birləşsin, Allahverdi xan Fars [vilayətinin] qulam və
əsgərləri ilə, Gəncəli xan isə Kirman ləşkəriylə Yəzd və Biyabanək
yoluyla Xorasana gələrək, cah-cəlal ordusunun dayanacağı hər yerdə
müzəffər ordu ilə birlikdə olsun.
Xülasə, qızılbaş əmir və əskərləri qəza fərmanına uyğun
olaraq, dəstə-dəstə Xorasan səfərinə üz tutdular, gəlib Bəstam
çəmənliyində toplaşdılar. Əlahəzrət də bir neçə gün behiştnişan
628
İfadənin ərəbcə: "in şəə-l-lahi təalə vahdəhu-l-aziz".
934
Mazandaranın gözəl yerlərində seyr və şikara başladı, əsgərlərinin
cəmləşmələrindən sonra Fərhad xanla birlikdə Savə və Çəhardeh
yoluyla Astrabada gəldi, orduya birləşdi. Xarəzm vilayətinin
padşahı Hacı Məhəmmədlə oğlu Ərəb Məhəmməd, habelə Şahican
Mərvinin, Nisanın və Əbivərdin valisi Nurməhəmmədxan ibn
Əbülməhəmməd, yuxarıda yazıldığı kimi, Abdulla xanın hücumuna
görə öz irsi məmləkətlərindən çıxıb hümayun dövlətin kölgəsi altına
sığınmışdılar və indi şah ordusunun tərkibindəydilər. Bəstam
çəmənliyi bir neçə gün müzəffər əsgərlərin dayandıqları yer oldu.
Şah orada qalibiyyətli əsgərlərin rəsmi-keçidinə (san) baxdı, [amma]
Fars və Kirman əsgərləri gəlməmişdilər.
Belə bir vaxtda Əbdülmömin xanın, yuxarıda,
Mavərənnəhrin vəziyyəti bəhsində söylənildiyi kimi, Mir Qulbaba
Kukəltaşı cəzalandırması, onun Bəlx, Buxara, Səmərqənd və
Daşkənddən ləşkər çəkib Hezarə xan və özbək xanla cəng etməsi,
onlara qalib gəlməsi, fitnəkarlığa qurşanan hər bir sultanzadəni
aradan götürməsi, bütün özbəklərin onun hakimiyyəti altına
keçmələri və hal-hazırda isə tam şan-şöhrət, istiqlal, qələbə və ağır
qoşunla Bəlxə və Xorasana yollanması barədə xəbərlər yayıldı. Dar
düşüncəli bəzi şəxslər [şaha] bu il Xorasana getməyi məsləhət
görmədilər və dedilər ki, bu yürüşdə Astrabad işlərinin
tənzimlənməsi ilə məşğul olub bu məmləkətin zəbtindən xatircəm
olduqdan sonra geri qayıtmaq lazımdır ki, qoy Əbdülmömin xanın
gəldiyi qərar məlum olsun və gələn il, vaxta uyğun olaraq, [Xorasan
yürüşünə başlanılsın]. Əlahəzrət zilləllah şahın ucalarda uçan şahin
quşu artıq Xorasan məmləkətlərinin qartalını ovlamaq olduğundan,
şah elə dar düşüncəli şəxslərin səhv fikirlərinə iltifat göstərmədi.
Xülasə, onlar bir neçə gün göylərə ucalan çadır və
bargahlarda qaldıqdan sonra Astrabad işlərinin nizamlanmasından
ötrü oraya yollandılar. Mazandaran hakimliyi Fərhad xana aid
olduğundan, bu məkana yaxın olan Astrabadı da Mazandarana əlavə
edib ona tapşırdılar. Əhalinin, əyanların və hərəsi bir bölüyü (bölük)
özbaşına olaraq özünə tabe etmiş Astabad siyahpuşlarına nəvaziş
hökmləri göndərildi. Fərhad xan özünün Qaraman bəy adlı bir
qohumunu daruğə təyin edərək, onu üç yüz nəfər qaramanlı və
başqa adamlarla oraya yolladı. Astrabadın siyahpuş sərdarları bir-
biriləri ilə düşmənçilik etdiklərindən və hümayun ordu artıq qızılbaş
əsgərləriylə təmtəraqla Bəstama gəldiyi üçün, itaət etməkdən başqa
çarə tapmadılar və adı çəkilən daruğəyə tabe oldular.
935
Bu işlərin baş verdiyi vaxt, Əbdülmömin xanın sağlığında
hələ xan rütbəsi olmayan Yetim Sultanın Yusif Quşbəyi adlı bir
adamı elçi sifətilə [şahın yanına] gəldi. Yetim Sutanın göndərdiyi
məktub bu məzmunda idi: "Abdulla xan dövlətinin yetişdirdiyi biz
dövlətxah qardaşlar, atasından dönmüş Əbdülmömin xandan
dönərək onunla əlaqəni kəsdik və o, elə buna görə də ürəyində bizə
qarşı kin saxlayıb ədavət izhar etdi. Hal-hazırda səltənətdə müstəqil
olan xan, Abdulla xanın sağ olduğu vaxtlarda onunla müttəfiq olan
adamlardan intiqam almaqdadır. Buna görə də, mənim məslək
aşiyanlı astanadan (qızılbaş sarayından - Ş.F.) başqa heç bir
pənahım yoxdur. Əgər hümayun məiyyət günəşi Xorasana vüsal
kölgəsi salarsa, mən şahın tərəfdarları silsiləsinə girib belimə itaət
qayışı bağlayacağam".
Əlahəzrət şah bu xəbərdən sevindi, Herata gedərək Yetim
Sultana Yusif Quşbəyi ilə bir neçə baş tazı at və layiqli hədiyyələr
göndərdi.
Xülasə, Bəstam çəmənliyində müzəffər əsgərlərin
toplanmaları başa çatdıqdan sonra şah Hacı Məhəmməd xanı
Astrabad yoluyla Xarəzmə tərəf rəvan etdi, qədim vaxtlardan
Xarəzm sultanlarına tabe olan, Gürqan və Ətrək çayları kənarında
yaşayan yəqə ürkmanlarının sayinxani qəbilələrinə nəvaziş
məktubları göndərdi, onlan Hacı Məhəmməd xana itaət və
yoldaşlığa dəvət etdi. Hacı Məhəmməd xan da öz nəvələri Bərəndəq
Sultanı və Uluq Mirzəni şahın mülazimətində saxladı ki, qoy həmişə
müqəddəs şah məiyyətinin mülazimləri olsunlar.
Xan özünün ən böyük oğlu Ərəb Məhəmməd Sultan və
başqa övladları ilə [Xarəzmə tərəf] rəvan olduğu vaxt əlahəzrət də
zəfər və iqballa Bəstamdan çıxıb Cacərm yoluyla getdi. Fərhad xan,
Azərbaycan bəylərbəyi Zülfüqar xan və əsgərlərinin sayı on min
nəfərədək olan bəzi əmirləri şah çərxçisi və öndə gedən dəstə
(moqəddemətol - ceyş) şəklində bir mənzil irəli yolladı.
Dostları ilə paylaş: |