Şah Abbasın Əbdülmömin xana məktubu:
Bu hadisələrin baş verdiyi vaxt şahın nurlu xatiri istədi
ki, müqəddəs məiyətin canfəda mülazimlərinin birini elçi sifətilə
Əbdülmömin xanın yanına göndərib, ona şəfəqqətli nəsihətlər,
padşahanə kəlmələr, vədlərlə dolu bir məktub yazsın. Söhbət
yasovulu Ruhulla bəy Zülqədər bu xidməti qəbul etdi və həmin
936
məktub yazıldı. Məktubun xülasəsi belədir: "Əbdülmömin xan bir
neçə ildir ki, mülklər tutmaqdan ötrü hər il Xorasana tərəf yürüşlər
edir. Mənim başım İraqda və sərhəd yerlərində bəzi işlərə qarışdığı
üçün o, fürsət tapıb müqəddəs Məşhədi və Xorasanın bəzi
mahallarını işğal edib və daha bir neçə yeri əlinə keçirdi. Mənim,
onunla qarşılaşmaqdan ötrü, hər dəfə uzaq yol qət edib İraqdan
Xorasana gəldiyim vaxt o, müzəffər əskərlərimin önünə çıxmayır və
özünə fərar qərarı verirdi. O, belə bəhanə edirdi ki, onun padşah
olan atası (Abdulla xan -Ş.E) qızılbaş padşahı ilə müharibə etməyə
icazə vermirmiş. Həmin get-gəllər nəticəsində Xorasan vilayəti hər
iki tərəf ləşkərlərinin at təpikləri altında qalmış, rəiyyət və yoxsul
əhali didərgin və ev-eşiksiz olmuşlar. İndi, sizin möhtərəm atanız
fani dünyaya vida etmişdir və Mavərənnəhr, Türküstan, Bəlx və
Bədəxşan səltənəti siz böyük nəsildən olan şəxsin əlinə keçmişdir.
Siz artıq sizə qarşı olanları və əmi oğlanlarınızı dəf etmişsiniz və
başqa düşməniniz qalmamışdır. Artıq taxta tam əyləşmiş və
müstəqil olmuşunuz. Bütün özbək qoşunları sizin əmrinizə
tabedirlər. Biz isə, indi irsi mülkümüz olan Xorasanın xilası üçün
gəlmişik və bundan ötrü belimizə himmət kəməri bağlamışıq. Əgər,
inşallah, bu dəfə oranı tutmaq bizə müyəssər olmazsa, dövlət
mərkəzimizə qayıtmaq imkammız olmayacaqdır. Siz əgər bizim
şəfəqqətli nəsihətlərimizi razılıq qulağı ilə dinləsəniz, yaxşısı budur
ki, qədimdən bəri İrana daxil olan və bu xanədanın irsi mülkü kimi
tanınan Xorasandan əl çəkib birlik, ülfət və üzrxahlıq məqamına
gələsiniz ki, biz də didərginlərin geri qayıtmaları və Xorasan
diyarındakı biçarələrin asudəliyindən ötrü "uzaq keçmişdə olduğu
kimi"
629
, hərb və intiqam büsatı qurmayaq, sizinb məhəbbət, dostluq
və ülfət edək, dövlətinizin düz yola düşməsinə çalışaq, malımıza və
ləşkərimizə köməkçi olaq. Siz indi məsləhət qulağınıza qəflət
pambığı salmayın, dostluq qapılarını bağlamayın, müxalifət və
inadkarlıqda israr etməyin, keçən illərdə olduğu kimi məkr və hiylə
məqamında olmayın. İstiqlal və iqtidar mövcud olduğu bir vaxtda
fərar etmək aləm tərəfindən bəyənilməz bir işdir. Bu barədə
fikirləşərək, yubanmadan döyüş meydanına mərdanəlik qədəmi at
ki, daha bəhanəyə yer qalmamışdır. Haranı məsləhəl bilsən, oranı
da, illərdən bəri bütün aləmin intizar gözü ilə gözlədiyi
tərəflərimizin qarşılaşmasına qərar ver ki, İlahinin istəyi örtülü
629
İfadənin ərəbcəsi: "əl-madi və yuzkəru".
937
pərdədən çıxıb cilvələnmiş olsun, xalqlar hər iki ləşkərin get-
gəlindən xilas olsunlar. Yoxsa, bunu[da] bil ki, biz Xorasanın
viranəyə çevrilməsinə dözməyib, Allah-təalanın köməyi ilə öz iti
fikrimizi son ali-nejadla hərəkətə gətirərək, Bəlxə və Buxaraya
qədər atımızın cilovunu çəkməyəcəyik. Allah özü bilir ki,
qiyamətəsər ləşkərin zərbəsindən o diyarda bəla tufanı necə
[şiddətlə] qalxacaqdır!". Bu beytlər də həmin məktuba əlavə olundu:
Şer
Kərəm dudmanının ey nihalı, sən
Dinlə aqilanə sözü ürəkdən:
Nə Bəlxə təmənnam var hücum edəm,
Nə də Buxaranı tutmaq istərəm.
Ləşkərimdən azdır səhradakı qum,
Sənin diyarına edərsəm hücum
Xalqın əsir düşər, yoxalar malı,
Boynuna götürmə belə vəbalı.
Eşit sözlərimi, vaxtı yubatma,
Daha macəram belə uzatma,
Torpaqlar Bəlxədək səninki olsun,
O gözəl Bəlx gərək səninki olsun.
630
Məktubu aparan söhbət yasovulu Ruhulla bəy Zülqədəri
yola salandan sonra müzəffər məiyyət müqəddəs Məşhədə tərəf
hərəkət etdi. Əlahəzrət zilləllah şah əzəmətli əmirləri böyük bir işin
əncamına yolladısa da, elə özü böyük bir xətər vadisinə öz təvəkkül
qədəmini basmış oldu. O, başqa adamların xəbərləri olmayan, yalnız
padşahların ürəklərində (zəmir) və ilahi dərgahın seçdiyi şəxslərdə
630
Şerin farscası:
Ke ey duheye-xanədane-kərəm,
Ze mən guş kon aqilane soxən.
Nədarəm tomənnaye-an mərz-o bum,
Ke arəm be Bəlx-o Boxara hocum.
Gər in kinevər ləşkəre-bişomar
Gozər avarəd canebe-an diyar,
Şəvəd mal tarac-o mərdom əsir,
Vəbale-çenin-ra be gərdən məgir. Soxən beşno, əz qofte-mən sər məpiç,
Bedin macəra biş əz in dər məpiç Ke ta Bəlx payənde manəd be to,
Çenan molke-fərxonde manəd be to.
938
cilvələnən gizli məsləhətlərin səsinə qulaq asıb, belə qərara gəldi ki,
azyaşlı şahzadə Məhəmməd Bağır Mirzəni özü ilə bu səfərə
aparmasın və şahzadə qoy bu xətərli meydandan uzaq olsun. Elə
orada da Məhəmməd Bağır Mirzəni hərəm eşikağası Şeyx Əhməd
bəyə tapşırdı və onu İsfahan darüssəltənəsinə rəvan etdi.
Hümayun ordu qurban bayramından sonra (eyde-əzha*)
oradan çıxdı. Kalpuş mahalı dərya təlatümlü ordu ilə dolduqda fəth
və zəfər bayraqları dalğalandı, qələbə və xoş gün əlamətləri
göründü, iqbalın doğuşundan hümayun fallı ulduz parlamağa başladı
və əvvəlcə Nişapur vilayəti bu güclü dövlət övliyalarının əlinə
keçdi.
Məsələ belə olmuşdur: O vilayətin hakimliyi özbək
sultanlarının nəslindən olan Əhməd Sultan adlı bir şəxsə verilmişdi.
Abdulla xanın vəfatı və hümayun fallı şah ordusunun gəlişi
xəbəri Əhməd Sultana yetişdikdə, həmin diyar əhalisinin
qızılbaşlara tərəfdar olduğunu görüb, özündə qaladarlıq qüvvəsi
görmədi, [amma] Əbdülmömin xanın cəzasından qorxaraq
özbəklərin yanına da gedə bilmədi. Fikirləşdi ki, Nişapurun quldur-
qaçaqları özbəklərin mallarına əl uzada bilərlər, buna görə də,
beytül-hərama (Həcc ziyarətinə - Ş.F.) getmək diləyi ilə şəhərdən
çıxdı, şah dərgahının mülazimi olmaq ehramını* əyninə geyib bir
neçə adamla öz məqsədinə doğru rəvan oldu, Nişapurun özbəkləri
isə bəzisi müqəddəs Məşhəd, bəziləri Herat iqamətinə getdilər.
Əhməd Sultan hələ şəhər darvazasından çıxmamışdı ki,
Nişapurun əhalisi hümayun şahın adı şərəfinə şadimanlıq
nağaralarını çalmağa başladı. Bu xəbər Kalpuşa yetişəndə, o mülkün
ali məqamlı seyidlərindən, böyüklərindən və qiymətli adamlarından
olan Əmir Əbülməalı Nişapuri ki, özbəklərin vaxtında onda
dövlətxahlıq hissi baş qaldırdığına görə müzəffər orduya gəlmişdi,
Nişapuru zəbt etməkdən ötrü o səmtə rəvan oldu, həmin vilayət
hakimliyini o vaxt Səbzvar hakimi olan Mirzə Məhəmməd Sultan
Bayata verdi. Əhməd Sultan özbək isə Həccə rüsxət alıb oraya
yollandı, amma onun sonrakı vəziyyəti məlum olmadı. Kalpuşdan
çıxan iqbal ordusu Şəqan və Curbod yolu ilə, ordunun önündə gedən
Fərhad xanın və əmirlərin ardınca Məşhədə tərəf hərəkətə başladı.
Onlar Şəqan mahallarından Əsbahi adlanan yerə çatdıqda müzəffər
ordu orada dayandı. Bu vaxt Fərhad xanın yanından və müqəddəs
Məşhəddən münhilər gələrək Əbdülmömin xanın öldürülməsini və
yuxarıda yazıldığı kimi, müqəddəs Məşhədin fəth olunma müjdəsini
939
gətirdilər. Əlahəzrət zilləllah şah Allahın ətası kimi gələn bu gözəl
xəbərə görə, habelə bu hümayun və xeyrli yürüşün səbabkarı olan
mələk aşiyanlı İmaməl-cinn və-l-ünsüə səcdələr və şükürlər etdi.
Bütün döyüşçülərin şadlıq və mübarəkbadlıq sədaları günəşə və
ayadək ucaldı. Zilhəccə ayının iyirmi dördündə (miladi 1598, 28
iyul) şah Tus şəhərinin çayı kənarına gəlib orada dayandı.
Fərhad xan, əmirlər və Məşhədin əyanları hümayun
məiyyəti istiqbala çıxaraq Tusda ona səcdə etməklə şərəfləndilər,
dua, səna və təbriklərini çatdırdılar. Hökm olundu ki, Fərhad xan və
çərxçi əmirləri Heratın fəthinə rəvan olsunlar və o fəxarətli şəhəri
tutsunlar. Hələliksə Dinməhəmməd xanın padşahlığı, özbəklərin bir
yerə toplaşmaları və xanın fikri, olduğu kimi, gəlib onlara
çatmamışdı. Ertəsi gün, həmin ayın iyirmi beşində [şah] mələklərin
səcdəgahı olan səkkisinci imamın rövzəsinin təvaf ehramını əyninə
geyinib, rəvan oldu. İlahi nurunun təcəlla etdiyi mübarək günbəzin
aləmi işıqlandıran şüaları parlamağa başlayanda əlahəzrət zilləllah
şah atdan düşdü, Allahm bu töhfəsinə şükranlıq əlaməli kimi alnını
onun torpağına sürtdü, gözlərindən şadimanlıq yaşları axıtdı. Oradan
cahan-cahan sədaqət və aləm-aləm ehtiyacla, ayaqyalın alnıaçıq
halda rövzəyə məsafə qət etdi. O vaxt şahın və ordunun vəziyyətinin
tərifi belə tərənümə gəldi:
Beytlər
Allaha şükür ki, bəxtim oldu yar,
Xudadan diləyim yerinə yetdi.
Ondan istədiyim o dövlət ki, var,
Haqq onu lütfüylə qismətim etdi.
631
Bütün əhali bu ayin ilə yola qədəm basdı, onların
ayaqlarının altı tikanlardan güllər açdı, sanki gül-çiçəklər sadiq
qazilərin sipərinin arxasınca boylanmaqdaydılar.
Xülasə, [şah] böyük sövq ilə pak rövzəyə gəlib çatdı,
müqəddəs məzarı ziyarət edib öz ixlas üzvünü həmin pak torpağa
631
Beytlərin farscası:
Şokr Xoda ke, əz mədəde-bəxte-kamsaz
Kami ke, xastəm ze Xoda şod moyəssərəm.
An dövləti ke, mitələbidəm ze salha
İnəst əz enayəte - Həqq dər bərabərəm.
940
sürtdü, dua və ziyarət ləvazimatı hazırlığına başlayaraq o müqəddəs
astananı olduqca səliqəsiz və qızıl-gümüş qəndillərdən xali gördü.
Orada qızılbaş əyyamındakı ziynət və zivərlərdən fəqət qızıl
məhəccərdən başqa heç nə qalmamışdı. [Şah] elə oradaca Budaq xan
Çekənini müqəddəs Məşhəd hakimliyi ilə sərəfraz etdi. Əlahəzrət
müqəddəs astanadan Çəharbağa təşrif apardı. Orada, qana susayan
qazilər tərəfindən Camda əsir götürülən özbəklərə öz müqəddəs
nəzərini yetirdi, onların sözlərindən, həmçinin vəziyyəti təhqiq
etmək üçün göndərilən Seyid Məhəmməd Sultanın dediklərindən
məlum oldu ki, Dinməhəmməd xan Heratda taxta çıxmış, Xorasan
vilayətini qorumaq qərarına gəlmiş, deyilənə görə, əskərinin sayı
iyirmi min nəfərə çatmışdır. Amma, Xorasan əhli olanlar bu rəqəmi
təkzib edərək onların sayının altı-yeddi min nəfərdən çox olmadığını
söyləyirlər ki, aqil adamlar son rəqəmə üstünlük verirlər.
Sözün qısası, [əlahəzrət] Fərhad xanı çərxçi əmirləri ilə
birlikdə elə həmin gün Herata tərəf rəvan etdi ki, özbəklər hələ bir
fikrə gəlib qaladarlıq ləvazimatı hazırlamadıqlarına görə həmin
vilayəti
onlardan
boşaltsınlar.
Dinməhəmməd
xanın
mülazimlərindən olan bir neçə əsiri müqəddəs Məşhədən yola
saldılar ki, xana [bu mətləbi] çatdırsınlar: "Sən mənimlə sədaqət
iddiası etdiyin halda üstümə adamlar göndərdin. Əgər öz sözünə
sadiq qalsan, biz sənin mülazimlərinə xələt və yaraq verib, sən
harada olsan, onları oraya göndərərik". Başqa əsir özbəklərsə qətl
olundular.
Xülasə, ali hümayun məiyyət sərkarın işlərinin nizama
salınmasından ötrü üç gün müqəddəs Məşhəddə qaldı və sərkarın
tövliyyət vəzifəsini [məsələlərin mütəvəllisi kimi] Xorasanın
Türbəte-Heydəriyyə" seyidlərindən olan, özbək işğalı zamanı İraqa
gələn və İsfahanın daruğəsi işləyən Qazi Sultan Türbətiyə inayət
etdi, "Türbəte-Heydəriyyə"ni tiyul kimi ona tapşırdı. [Əlahəzrət]
Budaq xan Çekəni və Şahqulu Sultan Bayatı müqəddəs ordunun beş
yüz nəfər qorçi və mülazimi ilə Nurməhəmmədxanla birlikdə Nisa,
Əbivərd və Mərvə göndərdi ki, xanın irsi məmləkətini ələ keçirib
ona versinlər.
[Şah] zilhəccə ayının iyirmi səkkisində müqəddəs
Məşhəddən çıxdı, Camın Fərhadçerd adlı yerinə çatdıqda, orada
özbək işğalı vaxtı Hindistana gedən, elə bu vaxtlarda oradan qayıdıb
Herata gələn, şəhərin bütün işlərindən hali olan İslam bəy
Yüzbaşının qardaşı Mahmudbəy Şamlı gəlib çatdı, Herat barədə
941
məlumat verib bildirdi: "Dinməhəmməd xan Xorasan səltənətinə elə
ürəkdən bağlanmışdır ki, oradan asanlıqla əl çəkməyəcəkdir.
Hazırda onun on iki min döyüşkən özbəyi və iki-üç min nəfər də
hezarecat qəbilələrindən olan adamı vardır. Amma, o, hümayun şah
məiyyətinin buraya gəlməyindən hələlik xəbərsizdir, heç gümanı da
yoxdur ki, siz Bəstam hüdudundasınız və onunla qarşılışmaqdan
ötrü Fərhad xanı və əzəmətli əmirləri irəli göndərmisiniz. Hümayun
məiyyətin gəlişi xəbəri ona çatdıqdan sonra əgər qarşı çıxmaq
qüdrəti olmazsa, o, qardaşı Baqi Sultanı iki-üç min nəfərlə Herat
qalasında saxlayacaq, özü isə ləşkər toplamaqdan ötrü
Mavərənnəhrə gedəcəkdir ki, Xorasana qayıtsın. [Dinməhəmməd
xan] heç vəchlə Xorasanla əlaqəni kəsməyəcəkdir, çünki o,
məmləkətin asanlıqla əldən çıxmasını istəmir".
Mahmud bəy Şamlının sözləri əsaslı və inandırıcı olduğu
üçün, əlahəzrət məqsədinə yetməkdən ötrü nə edəcəyini bilməkdən
ötrü bir qədər tərəddüdlə fikrə daldı, Rəbbani ilham tədbiri ilə belə
düşündü: Gərək təqdir kitabında yazılana bel bağlanılsın ki, onun
mətləbi istəyinə uyğn yerinə yetirilsin.
Məsələ belə baş verdi: [Əlahəzrət] Heratdakı vəziyyətdən
xəbərdar olduqdan sonra qüvvətli dövlət adamlarını çağırıb ilham
dili ilə belə bəyan etdi: "Özbək ləşkərinin böyük hissəsi Heratdadır.
Əgər irəliyə getmiş Fərhad xan və əmirlərlə özbəklər qorxmazcasına
döyüşərlərsə, bu bizim dövlətimizə layiq iş olmaz, çünki onların
padşahı onlarla birlikdədir. Özbək döyüşçülərinin müharibəsi və
padşahla birgə döyüş meydanına qədəm basmalarına heç də əmir və
sərdarların müharibəsi demək olmaz. Elə olan halda qızılbaş
qoşununa böyük zərər dəyə bilər, düşmən isə ürəklənər. Əgər
müzəffər ordu [gedib Fərhad xan və əmirlərə çatan vaxta qədər]
onları ləngidə bilsə, özbəklər qaladırlıq ləvazimatı hazırlığına
başlayaraq, qalada ləşkər saxlayıb Mavərənnəhrə gedəcəklər. Yox,
əgər qala mühasirəyə məruz qalarsa, qalanın möhkəmliyinə və
qaladarlıq məharətinə görə, ehtimal ki, məsələ çox uzana bilər. Buna
görə də, gərək Fərhad xanın yanına adam göndərib ona bir mənzil
geriyə çəkilməsini tapşıraq, qoy o, belə söz yaysın ki, guya
rumilərin əlinə fürsət düşdüyü və onların bizim məhrusə
məmləkətlərimizə gəldikləri barədə İraq və Azərbaycandan qorxulu
xəbərlər gəldiyindən, hümayun şah məiyyəti pərişan olub İraqa tərəf
qayıtmışdır. Əgər qızılbaşların məcburiyyət üzündən geri qayıtma
xəbəri özbəklərə çatarsa, qaladarlıq etmək fikrindən daşınarlar, heç
942
şübhəsiz onlar əmirləri təqib etmək, Məşhədi və ətraf yerləri tutmaq
əzmi ilə tez-tələsik Heratdan çıxarlar, biz də yorğun atları olan əğrəq
qoşununu orada saxlayıb, kutəl* atları olan dəstə ilə hücuma keçərək
Fərhad xana birləşərik, Fars və Kirman ləşkərinin gəlib-çatmasını
gözləmədən hücuma keçərik, onlara qaladarlıq etmək imkanı
vermərik, inşallah, əgər Allah-təala istərsə və bizim tədbirimiz baş
tutarsa, ehtimal ki, işlər istədiyimiz kimi yerinə yetər".
Bütün aqil adamlar və fikir sahibləri bu fikri bəyəndilər,
dərhal Fərhad xana məktub (rəqəm) yazıb, yuxarıda söylənilən
qayda üzrə, bir mənzil geri çəkilmələrini və hümayun məiyyətin
gəlişini gözləməyi buyurdular. Onlar əmrə əməl edib bir mənzil
geriyə döndülər, Fars və Kirman ləşkərləri ilə gəlib artıq Xorasan
ülkasına daxil olan Allahverdixan və Gəncəlixanın yanına adam
yolladılar ki, buraya ləşkər gətirməklə məşğul olmasınlar, bir dəstə
adamla gələrək Guryan yaxınlığında özlərini hümayun məiyyətə
çatdırsınlar. Sonra cənab etimadüddövlə Hatəm bəy Vəziri, habelə
Çeşmgəzək əmiri (mir) Şahəli Sultanla başqa əskərləri əğrəq
qoşununda saxladılar ki, yavaş-yavaş gələrək özlərini çatdırsınlar.
Məhərrəm ayının ğorresində" yekşənbə günü isə Camın
Fərhadcerdindən atlara süvar olub, iqbala bel bağladılar və hücuma
yollandılar. Yolda, Bağənd qalasından bir mənzil məsafə geri
qayıdan Fərhad xan və əmirlər hümayun məiyyətə birləşdilər, habelə
Allahverdi xan və Gəncəli xan da öz ordularından ayrılıb, yaxşı
yürüş atları olan bir dəstə ilə gələrək, Herat körpüsü üstündə
hümayun məiyyətə qoşuldular.
Xülasə, hümayun məiyyət on günlük məsafəni dörd gün
yanına keçib məhərrəm ayının beşində (miladi 1602, 25 iyun)
pəncşənbə günü, şəhərdən dörd fərsəx aralı olan Pole-Salar
yaxınlığında müxaliflərə çatdılar. Ertəsi gün, ayın altısında (miladi
1602,26 iyun) cəng səflərini bəzədilər, Rübate-Poryan adlanan yerdə
hərb başlandı.
CƏM MƏQAMLI HƏZRƏT ŞAHIN DİNMƏHƏMMƏD
ÖZBƏKLƏ HƏRBİ VƏ HƏZRƏT ALLAHIN KÖMƏYİ İLƏ
ZƏFƏR ÇALMAĞININ ZİKRİ
Yuxarıda qələm belə yazmışdı ki, Dinməhəmməd xanın şah
məiyyətinin gəlişindən xəbəri yox idi. O, Fərhad xan və əmirlərin
gəlişini eşidib şəhərdən təzəcə çıxmışdı ki, yuxarıda deyildiyi kimi,
943
qızılbaş əmirlərinin geri qayıtma xəbəri özbəklər arasında yayıldı.
Xan qala və qaladarlıq ləvazimatı hazırlamaq fikrindən əl çəkib,
onlan cəzalandırmaq əzmi ilə getməyə başladı. Pole-Salarda
dayanarkən, gecə vaxtı əlahəzrət şahı tanıyan və onu körpü üstündə
(Səre-pol)
632
görən Mişməst ərəblərindən bir nəfər gəlib hümayun
şah məiyyətinin gəlişindən xəbər yetirdi. Ondan şah ləşkərinin
keyfiyyət və kəmiyyəti barədə soruşulduqda dedi: "O həzrətin
yanında az adam vardı, amma qızılbaş ləşkəri arxadan
gəlməkdədir". Əmirlər və ağsaqqallar məsləhətləşərək qızılbaşlarla
hərb etməyə razı olmadıqları üçün belə məsləhət gördülər: "Qayıdıb
Herata gedək, əvvəl yazdığımız tərzdə şaha bir dostanə məktub
yazaq, onu dilli-dilavər bir adamla göndərib sülh danışığına
başlayaq, sonra isə Baqi xanı qalada qoyub Mavərənnəhrə gedək.
Biz qızılbaş padşahı ilə müharibə etməyi qətiyyən dövlətimizə layiq
bilmirik".
Dinməhəmməd əmirlər və ağsaqqallara cavabında belə
demişdi: "Bu fikir tərəfimizdən bəyənilir, amma vaxt olduqca azdır.
Qızılbaşlar çox yaxınlaşmışlar. Əgər bu gecə buradan çıxıb şəhərə
üz tutsaq, ləşkərimizin yarısı dağılacaq, biz cəng etmədən fərar arına
giriftar olacağıq. Yaxşısı budur ki, mərd-mərdanə halda döyüş
meydanına gedək. Əgər qalib gəlsək mətləbimiz yerinə yetmiş olar,
yox, əgər məğlub olsaq, elə bir alişan padşah tərəfindən
məğlubiyyətimizin heç bir eybi olmaz".
[Beləliklə] özbək bahadırları bədbinliyə qapılmamaqdan
ötrü naçar halda hərbə razı oldular.
Şah Abbasın Dinməhəmməd xanla hərbi və qələbəsi:
Xülasə, Dinməhəmməd xan öz
cəhalət və qürurunun
çoxluğundan qızılbaşlarla müharibənin asan olacağını güman etdi.
Daxilindəki kin və qürur şöləsi elə zəbanə çəkdi ki, onu iti qılıncdan
başqa heç nə ilə söndürmək olmazdı. O günün ertəsi, məhərrəm
ayının altısında (miladi 1603, 16 iyun) qızılbaş ləşkərinin qaraltısı
göründü. Dinməhəmməd xan çərxçi cinahım, habelə bərənğar və
cəvanğan bəzəyib, qardaşı Baqi Sultanı Mirzə Abdulla Mənqət və
632
Bu sətirlər müəllifi Əfqanıstanda bir neçə Səre-pol adlı yer tanıyır ki, həmin
yerlərin birində - Bədəxşan vilayətinin Səre-pol şəhərində üç il (1963-1966)
işləmişdir - Ş.F.
944
Herat hakimi Hacı bəylə birlikdə sağ qola, bəzi əmirləri isə sol qola
təyin etdi. Qərara aldı ki, qızılbaş ləşkərinin çoxluğu görünərsə,
təxirə salmadan qol ləşkəri ilə irəli gedib, onları məğlub etməyə
çalışmaq lazımdır. Xanın özü isə özü ilə götürdüyü etibarlı və seçkin
min nəfər cavanla sol qolda dayandı. Bu qərara gəlmişdi ki, əgər
özbək ləşkəri qalib gələrsə, yaxud məğlub olarsa, o min nəfər cavan
adamın əksəriyyəti qoy ondan aralanmasın. Cah-cəlal ordusu Pole-
Salara çatdıqda havanın hərarətindən və hücumdan atların çoxu
gücdən düşmüşdü, müqəddəs ordunun mülazimlərindən isə
hümayun məiyyətə fəqət üç-dörd min adam gəlib çata bilmişdi.
Onlar Fərhad xanın qoşunu və çərxçi əmirləri ilə Hezar kəndinə
çatar-çatmaz şah Allahın inayətinə və padşah iqbalına güvənib
Fərhad xanı, Zülfüqar xanı və çərxçi əmirlərini dörd-beş min nəfər
döyüşçü ilə irəli göndərdi, hümayun qol isə şahın müqəddəs vücudu
ilə bəzəndi, əmirlər, qorçilər və qulamlar isə sağ və sol qollarda hərə
öz yerində qərar tutdu.
Robate-Pəryanda tərəflər bir-birilərinə yaxınlaşdılar və hər
iki dəstənin çərxçiləri bir-birilərinə qarışdılar. Əzəmətli qazilər atları
tez sürərək, toplum halda özlərini müxalif dəstələrə vurdular, özbək
çərxçilərini məğlub etdilər. Bütün ləşkər mərdanəlik şövqü ilə baş
və əxtərmə gətirməkdən ötrü* müxaliflərə üz tutdu. Belə ki, Fərhad
xanın yanında o qədər də çox adam qalmamışdı.
Çərxçi ləşkərinin basıldığını müşahidə edən Baqi xan öz
atını cəvanğar qoşunu ilə birlikdə irəli sürdü. Qızılbaşların çərxçi
döyüşçüləri isə o ləşkərin hücumuna tab gətirməyərək geri
qayıtdılar. Ləşkər sərdarının əlaməti olan bayraq (ələm) Fərhad
xanın yanında olmadığı üçün, çərxçi əsgərləri o mərəkədə Fərhad
xanı tapmadılar ki, onun başına toplaşsınlar. Bu vaxt, özbəklər
hücuma keçdiklərindən, qızılbaş [çərxçiləri] böyük məğlubiyyətə
uğradılar. Onların məğlub edilmələri xəbəri hümayun qola gəlib
çatdıqda bu məsələ az qalmışdı ki, qolun çaxnaşmaya düşməsinə
səbəb olsun.
Döyüş meydanında bir neçə nəfərlə qalan Fərhad xan hərbə
başladı, tutuşma zamanı yaralandı, məğlub edildi, həmkarları
arasında fərar və məğlubiyyət damğası ilə töhmətləndirildi, üzünə
fərar tozu qondu. Fərhad xanın, çərxçi əmirlərinin və Azərbaycan
ləşkərinin məğlub olduqlarını müşahidə edən əlahəzrət Allahverdi
xan Qorçibaşıya, əzəmətli əmirlərə, qorçilərə və sağ və sol
qulamlarına hərbə başlama icazəsi verdi. Onlar ali əmrə əməl
945
edərək, düşmən ləşkərinə hücuma keçdilər. Qarşı tərəfdən də
cəvanğar və bəranğar ləşkərləri cəng meydanına tərəf cumdular. Hər
iki qoşun bir-birinə qarışdı, döyüş meydanının toz-torpağı iti
fırlanan fələyədək ucaldı. O gün özbəklərin əksəriyyətinin müzəffər
şah məiyyətinin buraya gəlişini bilərək məyus olmalarına
baxmayaraq, onlar irəli çıxaraq mərdanə cənglər etdilər. Nəhayət
hümayun qol və müqəddəs məiyyət tərəfindən cəngə çıxarılan
dilavərlərin qorxunc zərbələrindən özbəklərin arasına çaxnaşma
düşdü, döyüşdən aciz olub məğlubiyyətə məruz qaldılar, fəth və
zəfər küləyi isə canfəda qazilər tərəfə əsməyə başladı.
Özbək ləşkərinin basıldığını müşahidə edən Dinməhəmməd
xan yanındakı min nəfər adlı-sanlı bahadırla, hümayun qolun sağ əli
tərəfindəki öz sol qolu ilə birgə döyüşməkdən ötrü atını irəli sürdü.
Toz-torpağın çoxluğundan onlar qaziləri görə bilmirdilər. Əlahəzrət,
təxminən iki yüz nəfər olan bəzi yaxın adamları və mülazimləri ilə
birlikdə meydanda dayanmışdı. Hümayun məiyyətin önündə duran
Budaq xanın oğlu Sultanəli Sultan Çekəni o yaxınlıqdakı
qamışlıqdan (neyzar) papaq və paltarları parıldayan bir ləşkərin
göründüyünü müşahidə etdi və bunu əlahəzrətə söylədi. Müqəddəs
ordu mülazimləri müxalif qoşunun çoxluğundan və bu məsud
döyüşçülərin azlığından bir qədər kədərlənmişdilər. Məsələdən hali
olan əlahəzrət öz fərasət nuruna əsasən başa düşdü ki, bu gələn
Dinməhəmməd xandır və hümayun şahla döyüşməkdən ötrü
çəkinmədən
mərdanəliklə
gəlməkdədir.
Müzəffər
ordu
mülazimlərinə xitab edərək dedi: "Nə durmusunuz? Fərarın arı
barədə düşünün və döyüş meydanına mərdanəliklə qədəm atın.
Mərdanəliklə öldürülmək binamus yaşamaqdan yaxşıdır".
Yaxşısı budur ki, hamımız ölək,
Məbadə düşmənə biz fürsət verək.
633
Dostları ilə paylaş: |