Tərəkəmələrin inamına görə: hamilə qadının övladı-
nın qız və ya oğlan olacağını bilmək üçün, dərin bir cama
pak su doldurulur. Həmin suya üç damcı süd damızdırılır.
Əgər süd camın dibinə çökərsə oğlan, yox camın dibinə
çatmamış suda həll olunarsa, qız olacaq.
2
İnama görə: yüksək qızdırma nəticəsində sayıqlama
artanda xəstəyə itburnu çiçəyinin şirəsi və mürəbbəsi ilə çay
içmək məsləhətdir.
1
İnamlarıAzərbaycan Dövlət Texniki Universitetinin dosenti Səfə-
rov Ağamoğlan Hüseynalı oğlu 1996-cı ildə bu sətirlərin müəllifinə təq-
dim etmişdir. İnamlarıvaxtilə mərhum atası – Hüseynalı Məşədi Ələsgər
oğlundan və anası Sayad Ağahüseyn qızından yazıya almışdır.
2
Elat-tərəkəmə müdriklərinin inamları bu sətirlərin müəllifi tərə-
findən 1977-ci ildə Qazax bölgəsinin 92 yaşlı sakini Vəli Mustafa oğlu
Mustafayevdən (Vəli baba kənd arasında Tüyür oğlu Vəli kimi məşhur-
dur. O, xalq ədəbiyyatını sinədəftər bilən müdriklərdəndir), onun həyat
yoldaşı 80 yaşlı Cavahir Məmməd qızının dilindən yazıya alınmışdır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com