98
İnama görə: bağırsaqlarda olan qurdları tökmək üçün
xəstə gicitkənin kökünü dəmləyib 10-15 gün, gündə üç dəfə
yeməkdən əvvəl içməlidir.
İnama görə: saçı tökülənlərə gicitkən kökünü qayna-
dıb suyunda başı həftədə üç dəfə yumaq məsləhətdir. Bu, saç
dibini də möhkəmlədir.
İnama görə: daxili qanaxmanı kəsmək üçün üzərliyin
çiçəyini dəmləyib içmək məsləhətdir.
İnama görə: əncir, üzüm, tut, heyva, bağayarpağını
dəmləyib içmək şəkər xəstəliyini tənzimləyir. Bunların qarı-
şıq dəmləməsini 20-25 gün, gündə üç dəfə, yeməkdən əvvəl
iki fincan içmək məsləhətdir. Bu cür müalicə qan təzyiqini
də tənzimləyir.
İnama görə: yaxşı yuxunu suya, pis yuxunu zibilliyə
söyləmək məsləhətdir.
İnama görə: hamilə qadın doğuş ərəfəsində ilk dəfə
başını sağ çiyninə çevirsə oğlu, sol çiyninə çevirsə qızı olar.
İnama görə: gecə-gündüz bərabərləşəndə kim, ayağını
suya salıb niyyət etsə, niyyəti baş tutar.
İnama görə: gecə-gündüz bərabərləşəndə axar sudan
su gətirib xəmir yoğursa, həmin ailənin unu-urvatlı, çörəyi
bərəkətli olar.
İnama görə: gecə-gündüz bərabərləşəndə, kim yerdən
daş götürüb axar suya atsa, qada-baladan uzaq olar.
İnama görə: öd kisəsində daşı olan xəstələrə yarpızı
dəmləyib, hər gün acqarına üç dəfə, yeməkdən əvvəl içmək
məsləhətdir.
İnama görə: qan təzyiqini aşağı salmaq üçün cəfərini
ətçəkən maşında çəkib, tənzifdən keçirmək, onu təmiz ban-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com