Nübar Həkimova ___________________________________
106
bərəkətli olsun.
Məhsulun ilkini nə satmazlar, nə də özgəyə verməzlər.
Xırmana ulaq bağlamazlar, yoxsa xeyir-bərəkət yox olar.
Pişiyi yatanda vurmazlar, oyatmazlar, əks halda ada-
mın uğuru xeyir tapmaz.
Hamilə qadının ürəyi alma, nar, pomidor, quzuqulağı,
turşu, zoğal istəyərsə qızı olar.
Hamilə qadın evdə-çöldə, işgüzar olarsa uşağı da cəld
və təmizkar olar.
Ailədə oğlan uşağı olduqda, adları bir-birinə uyğun
qoyularsa, sonra gedən uşaq da oğlan olar. Qızın adını da
əvvəlki qızın adına uyğun qoymazlar ki, sonra gələn də qız
olar.
Heyvanı müdrik, təmiz adama kəsdirərlər. Cümə günü
qoyun qırxılmaz, ağıldan (pəyədən) heyvan çıxarılmaz, şər
qarışanda bıçaq itiləməzlər. Əgər bu deyilənlərə əməl
edilməzsə, heyvan ölər, murdar olar.
Heyvanın qulağı eşidə-eşidə yanında onu satmaq,
almaq haqda danışılmaz. Əks halda, müştərinin pulundan
xeyir görülməz.
Sürü-naxır yanından keçərkən salam verib deyirlər:
"Bərəkətli olsun", "Damazlığı artıq olsun".
Heyvan qapıda, örüşdə, pəyədə mələyərkən qarğış et-
mək günahdır.
Şər qarışanda həyətdə at ayağını aramsız yerə döyərsə,
it ulayarsa, xoruz banlayarsa evdən adam ölər.
Oğlandan sonra qız doğularsa, o qızın ayağı uğurlu
olar, düşdüyü ailəyə xoşbəxtlik gətirər.
Ailədə ev-eşiyə, mal-qaraya göz dəyməsin deyə evin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|