Nübar Həkimova ___________________________________
108
TÜRKAÇARƏLƏRƏ AİD
TÜTYƏLƏR
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
109
TÜRKAÇARƏLƏRƏ AİD TÜTYƏLƏR
Ağız nahiyəsində qaynaşma, bəz, yara, səpinti əmələ
gəldikdə qoz ləpəsi yemək məsləhətdir.
İflic vurmuş adamı qoz yağı ilə yağlayıb, həvəngdəstə-
də əzilmiş ləpə ilə bir ay təpitmə etmək xəstənin sağalmasına
yaxşı təsir göstərir.
Qulağı ağrıyan adamın qulağına ilk uşağı olan gəlinin
südündən sağıb töksən, ağrısı kəsər.
Pürrəngi çayı südlə qarışdırıb, qurtum-qurtum içmək
əsəbləri sakitləşdirər, yorğunluğu alar.
Zökəm olan adama zoğallı çay və ya turş nar şirəsi iç-
mək məsləhətdir.
İştahası olmayan adamlara səhər-səhər acqarına turş
nar şirəsi içmək məsləhətdir. Bu, iştahanın açılmasına çox
yaxşı təsir göstərir.
Göyöskürəyə, mədə-bağırsaq xəstəliyinə tutulanlara
acqarına tut bəhməzi (doşabı) içmək məsləhətdir.
Böyrək və öd kisəsi ağrılarından əziyyət çəkənlərə ac-
qarına təbii yarpız yemək və ya yeməkdən qabaq yarpız yar-
pağının şirəsini içmək məsləhətdir. Bu, xəstənin halını yax-
şılaşdırar, müalicəsinə kömək edər.
Sarılıq xəstəliyinə tutulanlara çoxlu acı qıcı yemək
məsləhətdir.
Bənövşəni iyləyən zökəm xəstəliyinə tutulmaz. Bənöv-
şəni təbii halda yedikdə qulaq ağrımaz, əsəblər sakit olar.
Qırxbuğumu dəmləyib içmək böyrək ağrısına yaxşı
təsir edir.
Gəndəlaş çiçəyi ilə başı yuduqda saç tökülməz, həm də
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|