112
təzyiqini tənzimləyir, xəstədə iştahanı artırır, onu
gümrahlaşdırır.
Göy öskürək xəstəliyinə tutulanlara gülxətmini dəmlə-
yib çay dəmini içmək məsləhətdir. Gülxətmi suyu ilə başı
yuduqda saç tökülmür, dibində qov (kəpək) əmələ gəlmir.
Zahı qadınların döşündə süd vəzilərinin iltihabı vaxtı,
duranda qəfildən onu soyuq su, əşya toxundurmaqla səksən-
dirmək və ya qarağat qabığını qaynadıb məlhəm kimi döş
nahiyəsinə yaxmaq məsləhətdir.
Beyin silkələnməsinin müalicəsi üçün, xüsusilə, şid-
dətli beyin, əmgək ağrılarından əziyyət çəkən xəstələrin tez
sağalması üçün 40 ədəd qozu (cəvizi) iyun ayının 15-i ilə 25-
i arasında dərib onu təmiz yumalı, yaxşı silib ətçəkən
maşında çəkməli. Sonra onu 3 litrlik bankaya doldurub,
üzərinə 1 kq şəkər tozu (pesok) tökməli. Bankanın ağzını
möhkəm bağlayıb, ən tezi bir həftədən sonra (bu qəbil
bankanı bir il ağzı qapalı saxlamaq olar. O öz müalicə
əhəmiyyətini itirmir) səhər, günorta, axşam yeməyindən
qabaq hər dəfə bir çay qaşığı qəbul etmək məsləhətdir.
Sümükdə çat olanda yumurtanın sarısını un və bal ilə
qarışdırıb, çat olan yerə yaxmaq məsləhətdir. Bu, sümüyün
bitişməsinə yaxşı təsir edir.
Bel ağrısından əzab çəkənlərə qara saqqızı mumla qa-
rışdırıb, ağrı olan yerə bağlamaq məsləhətdir.
Bədəndə tez-tez keyimə olanda, onu gicitkənlə ovmaq
məsləhətdir.
Ürəyi ağrıyan adama dəvədabanını qaynadıb həlimini
vermək (içirtmək) məsləhətdir.
Öd kisəsində daş olan adamlara itburnu meyvəsini qay-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com