114
məsləhətdir. Bu, xəstəliyin müalicəsini asanlaşdırır.
Barmağına dolama çıxan adama bir kasa qatığı, bir
dəstə yarpızı, bir baş soğanı, bir parça sabunu, 50 qram
yağda 5 dəqiqə odun üstündə qaynatdıqdan sonra ağrıyan
yerə yaxmaq məsləhətdir. Bu, müalicəni tezləşdirər.
Qoturluq xəstəliyinə tutulanlara 15-20 gün, gündə bir
dəfə qoz yarpağını qaynadıb, onun suyunda 30-35 dəqiqə
vanna qəbul etmək məsləhətdir.
Təngnəfəs (astma) xəstəliyinə tutulanlara papiros çək-
mək, içki içmək olmaz. Hər gün yeməkdən əvvəl üç dəfə
itburnunu qaynatdıqdan sonra onun ilıq suyunu içmək
məsləhətdir. Yeməkdən əvvəl gündə üç dəfə qızılgül, itburnu
və ya tərxun kökünü qaynadıb ilıq suyundan 100 qram
içmək də məsləhətdir. Müalicəsi effektli olur. Saç tökül-
məsinin qarşısını almaq üçün narı dənələyib, 2-3 gün sirkədə
saxlayıb, ayı piyi və qara noxud suyu ilə qaynadıb saçın
dibinə möhkəm-möhkəm sürtmək məsləhətdir.
Ürəyi şiddətlə döyünən, ağrıyan adamlara 100-150
qram albalının tumunu çıxarıb xırda-xırda doğrayıb, onu ye-
miş (qovun) tumu ilə qaynadıb, 3 gün ağzı örtülü qaranlıq
yerdə saxlayıb, sonra içmək məsləhətdir. Bu, ürək ağrısını
sakitləşdirməyə olduqca yaxşı təsir edir.
Saçı tökülən adamlara ilan qabığını yandırıb, külünü
zeytun yağı ilə qarışdırdıqdan sonra, başına yaxmaq məslə-
hətdir. Bu, yalnız saçın tökülməsinin qarşısını almır, həm də
təzə tük gətirmək xassəsinə malikdir.
Sarı yaradan əzab çəkənlərə quru nar qabığını əzib,
nehrə yağı və süd üzü ilə qarışdırıb, yaranın üzərinə yaxmaq
məsləhətdir. Müalicəsi effektli olur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com