113
nadıb həlimini içmək məsləhətdir.
Dişi ağrıyan adama məsləhətdir ki, ağrıyan dişin üzə-
rinə mixək qoysun.
Göy öskürək xəstəliyinə tutulanlara at və eşşək südü
içmək məsləhətdir.
Sətəlcəm olan adama gülxətmini qaynadıb suyunda
çimmək və onu dəmləyib içmək məsləhətdir.
Zob xəstəliyinə tutulanlara bağayarpağını dəmləyib iç-
mək və qaynadılmış yarpağından zob olan yerə təpitmə qoy-
maq məsləhətdir.
Böyürtkən kökünü qaynadıb dəmləməsini içmək öd
kisəsində olan daşı tökür, saçları tez ağarmasının qarşısını
alır, gözə işıq verir, görmə qabiliyyətini yaxşılaşdırır.
Babasil xəstəliyinə tutulanlara böyürtkən yemək, şirə-
sini içmək çox faydalıdır.
Qərənfili dəmləyib içmək zehni artırır, hafizəni qüv-
vətləndirir. Mədə-bağırsaq xəstəliyinə də yaxşı təsir göstərir.
Qızılgülün şirəsi gözün işığını artırır. Hər iki cinsdə
gümrahlıq yaradır, aktivliyi artırır. Mədə-bağırsaq xəstəli-
yinə yaxşı təsir edir.
Arıq, zəif adamlara kökəlmək üçün qırx gün cirə ilə
əncir yemək məsləhətdir.
Ürək-damar xəstəliyi olanlara, dalağı şişənlərə, təng-
nəfəs olanlara əncir yemək, şirəsini içmək məsləhətdir.
Zeytunun göy yarpağını, körpə budağını həvəngdəs-
tədə döyüb, ağrıyan yerə yaxmaq babasil xəstəliyinə olduqca
yaxşı təsir edir.
Qaraciyəri ağrıyanlara şanı üzümü, yarpız çiyidi
(tumu), bişmiş çuğundur yemək və hil qatılmış çay içmək
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com