115
Qol, qıç, el, ayaq, bel ağrılarından əziyyət çəkən adam-
lara kişidirsə – dişi keçi, qoyun, qadındırsa – erkək, dıbır,
qoçun isti-isti dərisinə girmək məsləhətdir. Müalicə
əhəmiyyəti effektlidir.
Ağciyəri ağrıyanlara çiy yumurta, çiy qoyun, erkək,
əmlik quyruğu və isti-isti sağılmış köpüklü inək südü içmək
məsləhətdir.
Ürək döyüntüsündən tez-tez əzab çəkən adama hər gün
səhər, günorta və axşam yeməkdən əvvəl yarım stəkan
qızılgül suyu içmək məsləhətdir.
Ürəkkeçməsi olan adama süsən iylətmək məsləhətdir.
Ürək döyüntüsündən əziyyət çəkənlərə almanın içini
çıxarıb, boş qalan yerə zəfəran doldurub və onu qoxulamaq
məsləhətdir. Bu, ürək döyüntüsünün qarşısını alır.
Saçı tökülən adamlara bir həftə, hər gün narın dənələri-
ni ehmalca çıxarıb, yerinə ayı piyi və zeytun yağı doldurub,
sonra onu ocaqda isidib, həmin yağı saçın diblərinə sürtmək
məsləhətdir. Bu, saçın tökülməsinin qarşısını alır.
Sətəlcəm olanların müalicəsi üçün paxla ununu gül
yağı ilə həll edib, xəstəyə içirtmək məsləhətdir. Bu, xəstə-
liyin sağalmasına çox kömək edir.
Sarılıq keçirən adamlara xəstəliyi zamanı inək südü,
badam yağı, turş və şirin nar şirəsi, turş alma şirəsi qəbul
etmək məsləhətdir.
Başı ağrıyan adamlara zəncəfil şirəsini küncüt və gül
yağı ilə qarışdırıb başına sürtmək məsləhətdir. Bu, başda
olan şiddətli ağrıların qarşısını alır.
Ağzından xoşagəlməz iy gələn adamlara hər gün səhər
və axşam naringinin dənəsini qaynadıb onun suyu ilə ağzı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com