111
məsləhətdir.
Vərəm xəstəliyinə tutulana tülkünün paraciyərini bişi-
rib yedirtmək məsləhətdir.
Dalağı xəstə olanlara toyuğun daşlığının üz pərdəsini
soyub qurutduqdan sonra, ovub qida ilə qəbul etmək, yaxşı
təsir edir.
Bağırsağında qurd olanlara acqarına gicitkəni qaynadıb
həlimini içmək məsləhətdir.
Yaranın qanaxması kəsməzsə, üçyarpaq yoncanı əzib,
yaranın üstünə təpitmə qoymaq məsləhətdir. O, yaranın
qanaxmasını kəsir və onu tez sağaldır.
Yaddaşı zəif olan, huşsuzluq xəstəliyinə tutulanlara
ərik və ərik qaxı (qurusu) yemək məsləhətdir.
Ziyilin qopub düşməsi üçün böyük bir soğanın ortasını
oyaraq oraya duz töküb saxlayır, duz əriyəndən sonra həmin
mayedən götürüb gündə bir neçə dəfə ziyilin üzərinə
sürtmək məsləhətdir.
Cavan qoz ağacı yarpağını suda bişirərək ziyilin üzəri-
nə bağlamaq, yaxud gicitkən yarpağını bal ilə qatıb, təpitmə
kimi qoymaq da məsləhətdir.
Əhəngi sirkə ilə qatıb ziyilə sürtməklə də onu yandırıb
sağaltmaq mümkündür.
Ziyili müalicə etmək üçün əncir yarpağının südünü və
ya yaş qaratikanın çubuğunu ocaqda yandırıb, onun digər
ucunda əmələ gələn köpük yağını ziyilin üzərinə yaxmaq
məsləhətdir.
Əsəb xəstəliklərinə tutulan, yuxusuzluqdan əziyyət çə-
kən xəstələrə yemişan çiçəkləyəndə, kölgəsində uzanmaq
məsləhətdir. Müalicə əhəmiyyəti effektlidir. Bu həm də qan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com