99
kaya yığmaq, sərin yerdə saxlamaq və 20-25 gün yeməkdən
əvvəl, gündə üç dəfə yarım fincan içmək məsləhətdir.
İnama görə: ürək ağrısından, köpdən, qaz yığılmasın-
dan əziyyət çəkən xəstələrə yarpızı, nanəni qaynadıb suyuna
tənzifdən keçirib bankaya yığmaq, soyuduqdan sonra 10-15
gün yeməkdən əvvəl gündə üç dəfə, bir fincan qəbul etmək
məsləhətdir.
İnama görə: vərəm xəstəliyinə tutulan xəstələrə 20-25
gün nar çiçəyini dəmləyib bir fincan yeməkdən əvvəl gündə
üç dəfə içmək məsləhətdir.
İnama görə: qızıl yeldən əziyyət çəkən xəstələrə 20-
25 gün zirinc şirəsindən, mürəbbəsindən istifadə etmək məs-
ləhətdir.
İnama görə: şəkər xəstəliyi olanlara əzgil ağacının kö-
künü dəmləyib 20-25 gün yeməkdən əvvəl gündə üç dəfə bir
fincan içmək məsləhətdir.
İnama görə: ayağı tez-tez tərləyən pis qoxu verən
şəxslərə 15-20 gün dəvətikanı və qırxbuğum bitkilərini qay-
nadıb suyunda ayağı 30-35 dəqiqə vanna etmək məsləhətdir.
İnama görə: ağzında xora, səpinti olan adamlara ye-
məkdən qabaq hər gün gündə üç dəfə tut yarpağını çey-
nəmək məsləhətdir.
İnama görə: qəbzlikdən əziyyət çəkən xəstələrə 15-20
gün pərpətöyünü qaynadıb, şüşə bankalarda sərin yerdə sax-
layıb, hər gün yeməkdən əvvəl gündə üç dəfə bir fincan iç-
mək məsləhətdir. Bu üsul bağırsaqlarda olan qurdları tökür,
bağırsaq boşluğunu yumşaldır, ifrazetməni asanlaşdırır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com