170
edilir. M.A.Nosal, I.V.Nosal 1959-cu ildə qeyd etmişdilər ki,
qarağatdan hazırlanan şirəyə şəkər qarışdırıb udlaq, xroniki
xırıltıların, göy öskürəyin, mədə yaralarının, bağırsaqların,
katarakt xəstəliklərin müalicəsində istifadə edilir. Belə hesab
edilir ki, qarağatın yarpaqlarından hazırlanan çay və cövhəri
orqanizmdə toplanıb qalmış sidik və quzuqulağı turşularının
təmizlənib kənar edilməsində qəbul edilir. B.Q.Vohnski və
başqaları 1978-ci ildə qeyd edirdilər ki, qarağatdan ürək-
damar sisteminin tonusunun artırılmasında, infeksiya xəstəlik-
lərinin müalicəsində daxili qanaxmalarda, mədə turşuluğunun
aşağı salınmasında və s. istifadə olunur.
Qarağatın meyvəsindən təzə halda qida kimi istifadə
edilir. Bundan başqa meyvəsindən konserv-qənnadı və likör,
spirtsiz içkilər sənayesində geniş istifadə edilir. Daha sonra
meyvəsindən mürəbbə, marmelad və müxtəlif şirniyyat
növləri, pastila, sərinləşdirici içkilər, kisel, cem, şirə,
müxtəlif şərbət növləri və s. hazırlanır.
Elmi təbabətdə qarağatın meyvələri və yarpaqları poli-
vitaminli maddə kimi skorbitda və digər hipo- və avitami-
nozlarda, diatezlərdə, mədə-bağırsaq xəstəliklərində, qan-
azlığında istifadə edilir ki, bu da onların tərkibində olan
vitaminlərlə, mikro- və makroelementlərlə əlaqədardır. Təzə
meyvələrindən alınan şirədən səs tutulmalarında, göy
öskürəkdə, quru öskürəkdə istifadə edilir.
15-20 ədəd qarağat meyvəsi insanın gündəlik C vita-
mininə olan tələbatını ödəyir. Qarağatın meyvə və yarpaqla-
rından hazırlanan dəmləmə, cövhər, yaxmalardan kosmetika
sahəsində geniş istifadə edilir. Belə ki, meyvəsini əzib
sürtgəcdən keçirib, alınan ətli hissəsindən sifətin dərisinə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com