172
mürəbbələrdən ürək xəstəliklərində, mədə turşuluğunun
aşağı salınmasında istifadə edilir.
Qarağatdan yüksək keyfiyyətli, müalicəvi təsirə malik
mürəbbə və şəkər tozu ilə basdırılmış ətirli tutma (qarışıq),
cem, kompot, konfet, çaxır, likör, spirtsiz içkilər, təbii
rənglər və s. hazırlanır. Bu mürəbbə və tutmanı uzun müddət
saxlamaq mümkündür.
Qarağatın yalnız meyvəsindən deyil, həm də tumurcu-
ğundan, yarpağından da istifadə edilir. Qarağatın tumur-
cuğunu qışda və yaxud erkən yazda toplayırlar. Bu qiymətli
xammaldan yeyinti sənayesində meyvə essensiyası və şərbət
hazırlanır. Tumurcuğun tərkibində çoxlu miqdarda C vi-
tamini və efir yağı tapılmışdır. Yarpaqlarından turşu və kvas
hazırlanır ki, bundan da ədviyyat kimi istifadə edilir. Yar-
pağından həmçinin surroqat çayı hazırlanır.
Meyvə və yarpaqlarını bənövşə yarpaqları ilə qarışdırıb
alınan cövhərindən uşaqlarda baş verən vərəm xəstəlik-
lərində istifadə edilir. Hipertoniya və aterosklerozda işlədilir.
Nektar bitkisidir. Bəzək bitkisi hesab edilir.