179
yarpaqlarında da alkoloidin olması müəyyən edilmişdir.
Xalq təbabətində yaranı sağaltmaq üçün nar meyvə-
sinin qurudulmuş qabığını narın döyüb yaraya səpirlər ki,
bunun da nəticəsində yara sağalır. Yaranı qabığın tərki-
bindəki aşı maddəsi sağaldır. Qədim vaxtlarda nar şirəsini
qaynadıb bal ilə qarışdıraraq, ondan burunda əməl gələn
polip və habelə babasil xəstəliyinin müalicəsində istifadə
edirlər. Narın meyvəsinin qabığında 56,2% su, 28,4% büzüş-
dürücü (aşı) maddə var. Şirin meyvələrinin qabığında aşı
maddələri az, turş narlarda isə çoxdur. Narın meyvə, kök,
gövdə və oynaqlarının qabığında büzüşdürücü və rəngverici
maddələr var. Nar şirəsi iştah artırır, müxtəlif yeməklərin
asan həzm olunmasına kömək edir.