Nübar Həkimova ___________________________________
180
tut yarpaqlarından boyaq, tərləmə dərmanı kimi, köklərindən
isə bağırsaq qurdlarının təmizlənməsində istifadə edilir.
Meyvələrindən spirt, sirkə, şərab hazırlanır. Meyvə-
sinin tərkibində 22% şəkər vardır. Toxum və qələm vasi-
təsilə çoxaldılır. Bu, ağ tuta nisbətən az yayılmışdır. Bu növ
Azərbaycanda əsasən Naxçıvan, Şəki, Şamaxı, Ağsu,
Göyçay rayonunda mövcuddur.
Tutun yarpaqlarında 0,75% üzvi turşular, 50-60 mq%
askorbin turşusu 1,5-2,0% şəkərli maddələr, 2-3% aşı mad-
dələri vardır. Meyvələrində 23-24% şəkər, 2,5% üzvi tur-
şular, 70-80 mq% askorbin turşusu, 4% limon turşusu, pek-
tin maddələri və s. müəyyən edilmişdir. Göstərilənlərdən
başqa tərkibində müxtəlif amin turşuları (alanin, valin, qlüta-
min, asparağin, fenilalanın və s. aşkar edilmişdir), flavonoid-
lərdən izokversetin, efir yağı, karotin, B, B
2
, C, PP vita-
minləri tapılmışdır.
Ağ tutun toxumlarında 25-30% piyli yağ vardır. Ağ
tutun qurudulmuş yarpaqlarından hazırlanmış sulu dəmlə-
mənin, spirtli cövhələrinin (tinkturasının), ürək-damar sis-
temi xəstəliklərində müsbət göstərdiyi kliniki təcrübədə
aşkar edilmişdir.
Tut yarpaqlarından xalq təbabətində çox qədimdən isti-
fadə edilir. Onlardan çay dəmləyib şəkər xəstəliyində, ürək
ağrıları içirlər. Meyvələri təzə halda yeyilir, həm də onlardan
doşab hazırlayıb ürək zəifliyində, qanazlığında qəbul edirlər.
Bundan baş meyvələrindən hazırlanan şirələrindən xərçəng,
boğaz ağrıları mədə xəstəliklərində qəbul edilir. Ağ tutun
yarpaqlarından çay dəmləyib qəbizlikdə, soyuqdəymə xəstə-
liklərində içirlər. Ondan tərlədici və hərarəti aşağı salıcı va-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|