Tut Tutun respublikamızın ərazisində 3 növü yayılmışdır:
ağ tut, qara tut, qırmızı tut. Bunlardan Azərbaycanın
ərazisində ən çox yayılanı ağ və qara tut növləridir.
Azərbaycanda ağ tut yabanı halda Samur-Dəvəçi zona-
sının tuqay meşələrində, Kür-Araz, Alazan-Əyriçay ova-
lıqlarında yayılmışdır. Bundan əlavə Azərbaycanın əksər
rayonlarında, o cümlədən Abşeronda geniş becərilir. Qara
tut Azərbaycanın aran və dağətəyi rayonlarında becərilir.
Qırmızı tut – Hündürlüyü 15-20 m olan ağacıdır. Qa-
bığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə
olur. Yarpaqları yumurtavaridir. Yarpaq arası 5-7 sm-dir.
Qırmızı tutun oduncaq hissəsi çox qiymətlidir. Özək
hissəsi sarı rəngli olub, illik həlqələri aydın görünür. Qırmızı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com