__________________________________ Nübar Həkimova
173
1/4 hissəsi qədər qəbul edin.
Qan azlığında, hipertoniyada, quru öskürəkdə, difteriya
zamanı: bunun üçün qara, qırmızı, ağ, sarı qarağatın
giləmeyvəsindən istifadə olunur.
Ərik
Ərik növ və sortları xoş ətirə malikdir, hissəsindən 4,7-
27%-ə qədər şəkər, pektin, alma, limon, çaxır turşuları,
askorbin turşusu, B
1
, B
2
, B
5
, P, PP, vitaminləri, askorbin
turşusu, çoxlu miqdarda karotin maddələri, mineral duzları
və s. aşkar edilmişdir.
Meyvəsi polivitaminlərlə, eləcə də kalium duzları ilə
zəngin olduğundan ondan ürək-damar xəstəliklərinin müali-
cəsində geniş istifadə edilir.
Toxumlarında 50-60%-ə qədər donmayan yağ, tər-
kibində 20 %-ə qədər zülal və 10%-ə qədər karbohidratlar
olan yağ müəyyən edilmişdir ki, bunlardan da tibbdə geniş
istifadə olunan kamfora yağı hazırlanır. Bundan əlavə, tər-
kibində mühüm müalicə əhəmiyyəti olan panqam turşusu
(vitamin B
15
) da vardır.
Ərikdən qanın tərkibində dəmir çatışmazlığı zamanı
baş verən anemiya (qan azlığını) xəstəliyinin qarşısının alın-
masında, Çin xalq təbabətində isə 20-30 q toxumlarından
alınan cövhərlə bronxit, göy öskürək, kəskin böyrək
xəstəliklərində istifadə edilir. Xəstəlikdən yenicə durmuş
zəifləmiş insanlara, xroniki bronxit, vərəm, hamiləli qadınla-
ra və zəif uşaqlara gündə 100-150 qram şirin ərik meyvəsi
yeməyi məsləhət görürlər. Meyvəsinin tərkibində çoxlu miq-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|