Badımcan Badımcan şirəsi iştahanı artırır, ondan hazırlanan təpit-
mə (maska) üzdə əmələ gələn qırmızı ləkələri təmizləyir.
Bunun üçün axşam yatmazdan qabaq badımcan şirəsindən
hazırlanmış təpitməni üzə çəkmək, 30-35 dəqiqədən sonra
onu ilıq su ilə silmək lazımdır. Müalicəni 14-15 gün davam
etdirmək məsləhətdir.
Kələm Kələm mədə-bağırsaq xəstəliklərinə, qan təzyiqinin
aşağı salınmasına müsbət təsir edir. Kələmin yuxugətirici
xassəsi güclüdür. Onu qaynadıb həlimini içmək qan damar-
larını genişləndirir. Bu, bəlğəm və göyöskürəyə yaxşı təsir
edir. Bel, boyun, oynaq ağrılarını azaldır. Kələm suyu və
ondan hazırlanmış xörək bədənin temperaturunu tənzimləyir,
lakin kələm həlimini çox içmək qanı qatılaşdıra bilər.
Kələmi bişirib arpa unu ilə təpitmə etdikdə irinli yaraları
sağaldır. Yel xəstəliyi, bel və oynaq ağrıları zamanı da belə
təpitmənin qoyulması məsləhətdir. Kələm təpitməsi yumurta
ağı ilə qarışdırılanda, yanıq yaralarına da yaxşı kömək edir.
Kələm təpitməsi saçın tökülməsinin qarşısını alır.