191
bul etmək məsləhət görülür. Sarımsaqdan alınan şirə ilə də-
ridə əmələ gələn ziyillərin, ekzema və səpgilərin, yaraların
müalicəsində istifadə edilir. Şirəsini başın dərisinə sürtərək
tükün tökülməsinin qarşısı alınır. Son iki ildə Amerikanın
milli institutunda aparılan tibbi təcrübələr zamanı isbat
olunmuşdur ki, hər gün qida ilə 5 qram sarımsaq yedikdə
xərçəng xəstəliyinə tutulmağı 10% aşağı salır.
Qidalılıq və müalicə əhəmiyyətinə görə hər adam il ər-
zində 8-8,5 kiloqram sarımsaq və soğan yeməlidir. Sa-
rımsağın soğanağından tamlı qatqı kimi bir çox soyuq, isti
və müalicəvi xörəklərin, eləcə də müxtəlif salatların hazır-
lanmasında, kolbasa və konserv sənayesində istifadə olunur.
Sarımsaqdan turşuya qoyulmuş tərəvəz məhsullarının
tərkibinə qatılır və tamlı şorabalar qoyulur.
Çox dərdlərin dərmanıdır. Ağız boşluğunda əmələ gə-
lən səpgiləri, dişdibi xəstəlikləri, mədə-bağırsaqda əmələ
gələn səpgiləri, orqanizmin daxilində əmələ gələn yaman
(xərçəng) şişləri yandırır və büzüşdürür. Sarımsağın iyi xoşa
gəlməsə də, bağırsaqda olan bütün qurdları tökür. Sarımsaq
göz qişalarında olan qızartıları yox edir, görmə qabiliyyətini
artırır, dırnaq qırılmasının qarşısını alır, boyatma vəzilərini
inkişaf etdirir, qan təzyiqini aşağı salır.