Sarımsaq
Sarımsağın tərkibi bioloji-aktiv maddələrlə zəngindir.
Onun tərkibində 35%-ə qədər quru maddə, 27% sulukarbon-
lar, 8% zülal, inulin, fitonsid, yod, şəkər və s. maddələr ta-
pılmışdır. Yaşıl yarpaqlarından isə karotin, B, PP, B, 140
mq% C vitamini aşkar edilmişdir. Sarımsaqda 0,23-0,74%
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
188
efir yağı olur. Efir yağının əsas tərkibini allin təşkil edir. Bu,
kükürd tərkibli amin turşusudur. Sarımsaq əzildikdə amilaza
fermentinin təsirindən efir yağı parçalanaraq allisin, ammon-
yak və piroüzum turşusu əmələ gətirir. Bundan əlavə, soğa-
nağından 3,25% kül (mq/q), 18,40 mq% K, 0,50 mq% Ca,
1,00 mq% Mg, Fe 0,04 mq% makroelementləri, Pb 0,02, B
0,90 mikroelementləri aşkar edilmişdir. İtalyanlar sarımsağı
insana qüvvət verən, onun yuxusunu artıran bir vasitə kimi
tərənnüm etmişlər. Yunanlar isə sarımsağı ilan sancmasına
qarşı bir vasitə kimi tətbiq edirdilər.
Sarımsağın kəskin iyli olmasında əsas rolu allisin mad-
dəsi oynayır. O, bakterisid xassəli olmaqla sarımsağın əsas
iyini təşkil edir. Sarımsaqda olan efir yağının 60%-ni allisin
maddəsi təşkil edir.
Sarımsağın müalicəvi xüsusiyyətləri haqqında ilk mə-
lumatları tibb elminə Dioskorid vermişdir. Qədim zamanlar-
dan sarımsaqdan iştahasızlıqda, dispresiyada, halsızlıqda, ös-
kürəkdə, qarın ağrılarında, dəri və s. xəstəliklərin müalicə-
sində istifadə edilmişdir. Bitki Şərq təbabətində çox qə-
dimdən faydalı dərman bitkisi kimi geniş təbliğ olunur. Təzə
şirəsi və cövhəri (tinktura) qüvvətli bakterisid və funkisid
kimi mədənin ifrazetmə fəaliyyətini artırır, bağırsaqlarda ge-
dən qıcqırma və çürümə proseslərinin qarşısını alır. Nəfəs
yollarının iltihabında, xroniki bronxitlərdə, bronxiolastmada,
aterosklerozun profilaktikasında və müalicəsində də yaxşı
nəticə göstərir. Qurdqovucu təsirə malikdir. Sarımsaq qədim
Misir və yunan xalqları tərəfindən ölüm gətirən simvol kimi
təsvir edilmişdir.
Sarımsaq iştahı artırır, mədə-bağırsağın fəaliyyətini
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|