195
məsləhət görürlər;
Çuğundurun müalicəvi xüsusiyyətləri bizim eradan
çox-çox əvvəl o dövrün məşhur tibb alimlərinə Hippokrata,
Qalenə, Dioskoridə, İbn Sinaya, Paraselə və s. tanış idi. On-
lar şəkər çuğundurundan hazırladıqları reseptlərlə qanazlı-
ğını, mədə və onikibarmaq bağırsaqda baş verən nasasız-
lıqları, qaraciyərdə baş verən pozğunluqları müalicə edər-
mişlər. İbn Sina təzə çuğundurdan hazırladığı məlhəmi limfa
düyünlərində əmələ gələn Şişlərin üzərinə yaxıb müalicə
edərmiş. Hippokrat çuğundurdan 10-dan artıq müalicə pre-
paratları hazırlamışdır. Qədim əlyazmalarında çuğundurla
bir çox xəstəliklərin müalicəsi haqqında maraqlı məlumat-
lara rast gəlmək olar. Keçmişdə çuğundurla müalicə edilən
xəstəliklərin nəzəri və praktiki xüsusiyyətləri işlənib hazır-
lanmışdır. Qırmızı çuğundurun tərkibində alkoloid təbiətli
betain və betanin zülal maddələrinin aşkar olunması çuğun-
durun dietologiya sahəsində birincilər sırasına sıxmasına
səbəb olmuşdur. Çuğundur şirəsi zülalın həzm olunmasını
asanlaşdırır, xolin maddəsinin əmələ gəlməsində iştirak edir,
qanda normadan artıq olan xotesterini normaya salır, yağ
mübadiləsini yaxşılaşdırır və s. Betain və betanin lipid
təbiətinə yaxın olub qaraciyərdə gedən piy mübadiləsini qay-
daya salır. Orqanizmdə olan ağır metalların, zəhərli toksiki
maddələrin kənar olunmasında çuğundur şirəsi böyük rol
oynayır. Bu yaxınlarda çuğundurun tərkibindən tapılan U
vitamininin bişirilmiş çuğundurun tərkibində parçalanmadan
qaldığı aşkar olunmuşdur. U vitamini orqanizmdə azlıq
edərsə, onda mədədə və onikibarmaq bağırsaqda yaraların və
eləcə də müxtəlif təbiətli bir sıra allergiya xəstəliklərinin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com