196
meydana çıxmasına səbəb olur. Çuğundurun tərkibində
çoxlu miqdarda manqan və yod elementlərinin olması
nəticəsində damarların tonusu nizamlanır və qanda əmələ
gələn trombunin qarşısı alınır. Çuğundurun tərkibindəki
kobalt elementi B
12
vitaminin sintezində böyük rol oynayır
ki, bu da öz növbəsində foli turşusunun B
9
vitamininin əmələ
gəlməsinə şərait yaradır. B
9
vitaminin təsiri nəticəsində
qanda erotrositlərin, qara ciyərdə isə metonin zülalının əmələ
gəlməsi (sintezi) meydana çıxır. Sonra elmi əsaslarla isbat
edilmişdir ki, başda tükün tökülməsi hormon pozuntularının
baş verməsi ilə yanası, metanin amin turşusunun çatışmazlığı
ilə də baş verir. Çuğundurun tərkibindəki dəmir elementinin
çoxluğu nəticəsində qanda dəmir elementi nizamlanır, bunun
nəticəsində hemoqlobinin tərkibində olan dəmir elementi
özünə O2-i birləşdirib toxuma və hüceyrələri O2-lə təmin
edir. Çuğundurun tərkibindəki kalsium elementinin natrium
elementinə 10:1 nisbəti qanda kalsiumu həll edib orqa-
nizmdən təmizlənməsinə şərait yaradır. Çuğundur orqanizmi
kalium, kalsium, fosfor, natrium və xlor elementləri ilə
təmin etdiyi üçün insanı gərgin əsəb sistemlərindən qoruyur.
Həkimlər profilaktiki olaraq bir sıra xəstəliklərin qabaqcadan
qarşısını almaqdan ötrü bir neçə ay müddətində hər gün 1-2
xörək qaşığı yeməkdən qabaq çuğundur şirəsi qəbul etməyi
məsləhət görürlər.
Çuğundurun tərkibindəki fenol xüsusiyyətli antosian
maddələri əlavə yardımçı vasitə kimi xərçəngin orqanizmdə
yaranmasının qarşısını alır. Çuğundurun tərkibində olan fe-
nol və antosian birləşmələrinin xərçəng xəstəliklərinə olan
təsir mexanizmi dazıotundan, qara qarağatdan, qaragilədən,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com