189
qaydaya salır, qidanın həzminə kömək edir, bağırsaqlarda
baş verən nasazlıqları aradan qaldırır. Böyrəklərdə olan daş-
ların tökülməsində, yel xəstəliyi və podaqranın müalicəsində
sarımsağın spirtli məhlulundan istifadə olunur. Sarımsaqdan
hazırlanan preparatlar sarılıq, islah, kor bağırsaq iltihabına
qarşı tətbiq edilir.
Avropada və Kubada sarımsaq yağı ilə sarılıq xəstə-
liyini müalicə edirlər. Sarımsaqdan ən çox hipertoniya və
aterosklerozun müalicəsində istifadə olunur. Bundan əlavə,
baş gicəllənməsində, başağrısında, yuxusuzluqda işlədilir.
Bunun üçün gündə 2-3 diş sarımsaq yemək məsləhət
görülür. Çin xalq təbabətində sarımsaqdan fiziki yorğun-
luğun aradan qaldırılmasında, Yaponiyada isə dəri xəstəlik-
ləri və skleroz əleyhinə istifadə olunur. Rus xalq təbabətində
sarımsaq sidikqovucu, qurdqovucu, sayıqlamaqla baş verən
qızdırmalarda işlədilir.
Xalq təbabətində sarımsaqla bəzi yoluxucu xəstəliklə-
rin qarşısı almır, qarın yatalağı, ishal xəstəlikləri müalicə
edilir. Aparılan tədqiqatlar nəticəsində belə qərara gəlmişlər
ki, ən güclü fitonsidlər sarımsaq bitkisindədir. Fitonsidlərin
güclü bakterosid təsirə malik olduğu müəyyən edildikdən
sonra onlardan müxtəlif dərman preparatları hazırlamaq
mümkün olmuşdur. Sarımsaqda tapılan fitonsidlər strepko-
ku, stafilak çöpünü, yatalaq bakteriyalarını, vərəm çöplərini
və başqa mikrobları məhv edir. Bu bitki mədə-bağırsaq üzv-
lərində olan vəzilərin şirə ifrazetmə fəaliyyətini artırır. Sa-
rımsağı çeynədikdə o, bir neçə dəqiqədən sonra ağız boşlu-
ğundakı bakteriyaları məhv edir. Sarımsaq həm də qrip və
angina xəstəliklərini sağaldır. Bunun ücün sarımsağı əzib
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com