229
almaq məqsədilə istifadə edirlər ki, onun da miqdarı bu
növdə 90%-ə çatır.
Kəklikotu Hündürlüyü 10-18 sm olan çoxillik yarımkol ot bitki-
sidir. Xoş ətirli iyə malikdir. Gövdəsi çoxlu sayda olub, yerə
səriləndir. Çiçəkləri xırda, çəhrayı-bənövşəyi rəngdədir. El
arasında, onu «allahın otu», dağ nanəsi və s. adlandırırlar.
Kəklikotuna xoş iy verən onun yarpaq və çiçəklərin-
dəki efir yağlarıdır. Bitkinin dərman xüsusiyyətləri də elə bu
yağlarla əlaqədardır. Kəklikotu növlərində efir yağının
miqdarı 0,3-1,5%-ə çatır. Bu yağın tərkibində bir sıra təbii
kimyəvi birləşmələr vardır. Həmin birləşmələrin tərkibindəki
xüsusi maddə nanə cövhərini xatırladır. Buna görə də təba-
bətdə antiseptik və dezinfeksiyaedici maddə kimi tətbiq
olunur.
Stomatologiyada ağrıkəsici vasitə kimi istifadə edilir.
Bəzi xəstəlik törədən bakteriya və göbələkləri məhv edir,
qurdqovucu dərman kimi tətbiq olunur. Xalq təbabətində bu
bitkidən soyuqdəymə zamanı, mədə yarası, əsəb, ürək xəstə-
likləri və s. istifadə edilir.
Kəklikotunun cavan yarpaq və zoğlarından salat kimi
istifadə edilir. Ədviyyə kimi tərəvəz, ət və balıq xörəklərinin
tərkibinə qatırlar.
Kəklikotu qatılmış xörəklər iştahgətirici, həzmyaxşı-
laşdırıcı xüsusiyyətinə malikdir.
Kəklikotu iştahanı artırır. Bədən süstləşəndə, ağrılar
artanda kəklikotunu qaynadıb suyunda çimmək məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com