Pulqar yarpızı. Gövdəsi düz, yatan və yaxud dır-
maşan, budaqlanan, 15-30 sm hündürlüyündə, çoxillik, qısa
tükcüklərlə örtülən bitkidir. Yarpaqları 1-2 sm uzunluğunda
gövdə üzərində düzülmüş ovalvari küt, azca dişvaridır. Çi-
çək tacı parlaq çəhrayı rəngdədir. Meyvəsi dairəvi, kiçikdir.
Yarpız yarpaqlarında bir sıra bioloji-fəal maddələrin
kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spek-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
232
trə malikdir. Yarpaqlarından reflektor, tac qan damarlarının
genişləndirici, sakitləşdirici, ödqovucu, antiseptik və
ağrıkəsici xassəyə malik preparatlar hazırlanır. Yarpız pre-
paratları həzmə kömək edən vəzilərin sekresiyasını qüvvət-
ləndirir, iştahanı artırır, ödün ifrazını fəallaşdırır, spazmaları
aradan qaldırır, bağırsaq, öd və sidik yollarının saya
əzələsinin tonusunu azaldır. Yarpız yağında olan mentol
antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları
xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentol
və yarpızın digər preparatlarından selikli qişalara yaxılır,
eləcə də damcı formasında buruna damızdırılır. Bundan
əlavə, mentol karandaşından başağrısında, mentolun 2 faizli
spirtində və ya 10 faizli yağında həll edilmiş məhsulundan
isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəliklərdə
xaricə sürtmə dərmanı kimi işlədilir. Ondan «inqafen» inqal-
yatorunun tərkibində də istifadə olunur. Yarpızın yarpağı və
yağı fitonsid, antiseptik xassəyə malikdir. Mentol və yarpız
yağı validol, valokardin, «yaşıl damcı» yevgenol, pektusin,
menovazin, efkamon, olimetiri və s. kimi preparatların
tərkibinə daxildir. Mentolun pişikotu, xanımotu və s. otlarla
birlikdə hazırlanan cövhərindən sakitləşdirici, qəbizliyə və
hemoroidə qarşı istifadə olunur.
İstiot yarpızı. İstiot və ya əkilən yarpızdan süfrədə və
xörəklərdə ətirli ədviyyat kimi çox işlədilir. İstiot nanəsinin
tərkibində bir sıra müalicə əhəmiyyətli üzvi maddələr –
mentol spirti, mentol, asetat efiri və s. vardır. Onlar orqa-
nizmdə gedən maddələr mübadiləsini normallaşdırır, mədə-
bağırsaqda əmələ gəlmiş spazmanı, köpü aradan qaldırır,
həzm prosesini sürətləndirir, böyrək və sidik yollarını dezin-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|