238
4,5% pektin tapılmışdır. Spanaq zülalın miqdarına görə
ətdən sonra ikinci yeri tutur. Buna görə də spanaqdan ən çox
raxitdə, qocalıqda və qanazlığında istifadə olunmasını
məsləhət görürlər.
Spanağın yaşıl hissəsinin kimyəvi tərkibi onun becəril-
mə şəraitindən, torpağın quruluşundan, ekologiyadan ona ve-
rilən gübrələrin kimyəvi tərkibindən və s. çox asılıdır. Apa-
rılan təcrübələrdən aydın olmuşdur ki, mineral gübrələrin
köməyi ilə spanağın tərki də olan yodun miqdarını 3 dəfə
artırmaq olar. Belə ki, suya C dəmir kuporos daxil edilib
bitki suvarıldıqda dəmirin miqdarı çoxalır. Torpaqda azotun
miqdarı çoxaldıqca, C vitamininin miqdar artır.
Spanağın yaşıl kütləsindən bir çox xörəklərin – şorba,
borş hazırlanmasında geniş istifadə edilir. Spanağın yarpaq-
ları qurudulub narın toz halına salınır və tünd rəngli şüşə
qablara doldurulur.
Spanaqdan yaşıl rəngli ekoloji cəhətdən təmiz təbii bo-
yaq alınır. Bundan da konserv sənayesində geniş istifadə
edilir.