237
çiçək və köklərindən hazırlanmış cövhərdən (məlhəmdən)
soyuqdəymə və qankəsmədə, çibanların sağaldılmasında, bir
çox yaraların müalicəsində istifadə edirlər. Yovşanın dö-
yülmüş yarpaqlarını unla qarışdırıb xəşil bişirərək ac qarına
yeyir, qurdların qovulmasına nail olurlar. Kölgədə quru-
dulmuş yaşıl kütləsinin turşumuş südlə qarışığından hazır-
lanmış sıyığından bədənin əzilmiş hissələrinin və sınıqların
müalicəsində işlədirlər. Yovşanla boymadərən bitkisini bir-
birinə qarışdırıb köp əleyhinə istifadə edirlər.
Adi yovşandan qida məqsədi ilə də istifadə etmək olar.
Onun yarpaqları C vitamini, üzvi turşular, efir yağı, nişasta
və s. maddələrlə zəngin olduğundan yeyinti məhsullarına
əlavə edilməsini məsləhət görürlər.
Acı yovşandan spirtli içkilərə, likör, vermurq və s. içki
növlərinə iy və dad vermək üçün istifadə olunur. Yovşanın
tərkibindəki efir yağından isə ətriyyat və sabun sənayesində
istifadə olunur.