243
məsinə müsbət təsir göstərir. Yazda gündə üç dəfə yemək-
dən yarım saat əvvəl onun bir stəkan həliminə bir çay qaşığı
süd əlavə edib içmək orqanizm üçün çox xeyirlidir. Qara yel,
son dərəcə şiddətli oynaq ağrıları xəstəliklərindən əziyyət
çəkənlərə yatmamışdan əvvəl hər axşam gicitkəni qaynadıb
suyunda çimmək və ya yarım saat vanna qəbul etmək
məsləhətdir. Bu, bədəni yumşaldır, ağrıları aradan qaldırır.
Müalicə məqsədləri üçün gicitkən yarpaq, kök və kö-
kümsovlarını may-iyun aylarında hələ üstündə çiçəkləri olan
zaman toplayırlar. Çiçək açıb qurtardıqdan sonra tərki-
bindəki maddələr öz bioloji xüsusiyyətlərini itirir. Gicitkənin
yarpaq, kök və kökümsovlarından hərarətin aradan qal-
dırılmasında, mədə yaralarının müalicəsində geniş istifadə
edilir. Bunun üçün: kökündən sarımsaqla birlikdə bərabər
miqdarda götürüb 1:5 nisbətində suya töküb 7 gün dəmlə-
dikdən sonra, süzüb, ağrıyan nahiyələrə sürtün. Gündə 3 də-
fə bir xörək qaşığı qəbul edin.