Keşniş
Keşniş cinsinin dünya florasının tərkibində 2 növünə
rast gəlmək olar. Azərbaycanda bir növünə: əkilən keşnişə
rast gəlinir.
Keşnişin toxumlarından 0,6-1 %-ə qədər rəngsiz və ya
sarımtıl rəngdə efir yağı alınır. Onun tərkibində 15-20%
piyli yağ, 11-17 % zülal maddələr, üzvü turşular, C vitamini,
aşı maddəsi, şəkər, nişasta və s. tapılmışdır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
250
Azərbaycan ərazisində çox qədimlərdən bəri becərilən
keşniş özünün xoş ətiri ilə seçilir. Keşnişin toxumları əd-
viyyə kimi kolbasa, Pendir, çörək-bulka, qənnadı məhsul-
larına və eləcə də ət, balıq, müxtəlif tərəvəzlərdən hazırlanan
xörəklərin, xiyar, pomidor, kələmdən tutulan turşuların
tərkibinə ətir, xoş tam vermək üçün əlavə edilir.
Keşniş efir yağından ətriyyat, kosmetikada sahəsində,
texnikada və eləcə də sabunbişirmədə, tütünçülük, toxuculu
sənayesində və s. istifadə edilir.
Keşniş toxumu xroniki mədə-bağırsaq xəstəliklərində
iltihab götürən maddə, şirəsi ifrazı artıran və həzm prosesini
yaxşılaşdıran vasitə kimi də xeyirlidir. Keşniş toxumları
böyrək xəstəlikləri, öd kisəsi iltihabında da müsbət təsirə
malikdir. O, eyni zamanda ağrıkəsici dərman kimi faydalıdır.
Toxumunun dəmlənməsi və otunun bişirilməsi qusma
zamanı xeyirlidir. Cirə ilə qarışdırıb yedikdə mədəni güc-
ləndirir, hıçqırığı aradan ötürür. Şirəsi ilə qarqara etdikdə
ağızdakı sızanaqlar və zədələr yaradan mikroblara öldürücü
təsir göstərir, damağı möhkəmləndirir, diş əti qanaxmasının
qarşısını alır, diş ağrısını sakitləşdirir.
Bununla yanaşı, Şərq təbibləri keşnişə çox meyl etməni
məsləhət görmürlər. Onların fikrincə, keşniş hafizəyə və
cinsi fəaliyyətə zərərlidir. Onda məstedici xassə vardır.
Keşnişin toxumlarını əzib toz halına salıb qarın köpündə
qəbul edirlər. Toxumunun həlimi qusma əleyhinə içilir.
Keşnişdən alınan efir yağı antiseptik, ağrıkəsici və həzm
orqanlarının fəaliyyətinə qüvvətləndirici təsir göstərir. Uşaq-
larda tez-tez baş verən qarın ağrılarında keşnişin meyvəsini
nanə yarpağı ilə qarışdırıb çay dəmləyir və xəstəyə içirdirlər.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|