252
Bundan təzə, qurudulmuş və turşuya qoyulmuş halda istifadə
edilir. Şüyüdün tam çiçək açmış yaşıl hissəsindən tərəvəz
məhsullarının konservləşdirilməsində, ətirli sirkələrin
hazırlanmasında geniş istifadə edirlər. Qurudulmuş şüyüd ət,
balıq və tərəvəzlərdən hazırlanan xörəklərin tərkibinə qatqı
kimi əlavə olunur.
Yaşıl şüyüdü qaynatmaq olmaz, çünki ədviyyə xüsu-
siyyətini itirir. Xüsusi ətirə malik olduğundan bir çox xörək-
lərin - şorba, tərəvəz, kartof, balıq və ətdən hazırlanan
salatların tərkibinə qatqı kimi əlavə olunur. Ondan pəhriz
xörəklərinin hazırlanmasında da geniş istifadə edilir.
Xalq təbabətində şüyüdün toxumlarından ödqovucu,
qıcıqlandırıcı işlətmə vasitəsi kimi istifadə edilir. Otundan
hazırlanan cövhərindən hipertoniya xəstəliyində işlədilir.
Tozundan və yaxud toxumundan hazırlanan ekstraktından
iştahagətirici, sidikqovucu, qazqovucu, yuxugətirici, cövhə-
rindən isə göz xəstəliklərində, dəridə əmələ gələn irinli
yaraların müalicəsində istifadə olunur.
Seleksiyaçı alimlərimiz tərəfindən şüyüdün bioloji və
təsərrüfat əhəmiyyətinə görə yüksək qiymətləndirilən bir ne-
çə tez və gecyetişən sortlan əldə edilmişdir. Bundan başqa,
onun az kəskin çiçək ətirli yeni formaları da alınmışdır.
Efir yağının əsas tərkib hissəsini karvon və limonen
təşkil edir. Bunun yaşıl kütləsindən yeyinti sənayesində ge-
niş istifadə olunur. Onun yağı mikrob məhvedici əhəmiyyətə
malik olduğundan tibbdə geniş istifadə olunur. Ətriyyat,
kosmetika sənayesində, diş pastalarının hazırlanmasında
komponent kimi, cövhərindən isə ağız nahiyələrinin dezin-
feksiya edilməsində istifadə olunur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com