Nübar Həkimova ___________________________________
254
yaşıl yarpağının tərkibində 847 q su vardır. Yarpaq və göv-
dəsinin tərkibindən zəngin vitamin qrupu müəyyən edilmiş-
dir. 100 q xammalın tərkibindən 52-242 mq C vitamini, 3,0-
12,8 karotinoid, 1,44 mq B
1
, 0,36 mq B
2
(riboflavin), 0,36
mq B, nikotin turşusu (PP), 3,7 mq/q foliv turşusu, 2,3
mq/kq rutin və s. maddələr aşkar olunmuşdur. Aparılan elmi-
tədqiqatlar nəticəsində flavonoid və piqmentlərin bitkinin
daxilində gedən fizioloji proseslərdə oynadıqları rollardan
söhbət açılır. 100 q xammalın tərkibində 78,1 mq xlorofil,
5,12 mq karotinoid, 6,54 mq lyutein, 3,61 mq violaksantin
və s. maddələr müəyyən olunmuşdur. Şüyüdün yarpaq, göv-
də, çiçəklərinin tərkibində kversetin, izoraninetin, kempfe-
rol, meyvəsindən kversetin flavonoidlərinin olduğu aşkar
edilmişdir. 100 q yaş kütləsinin tərkibindən 4,3 mq Na, 335-
K, 223-Ca, 70-Mn, 93-P, 1,6 mq Fe makro- və mikroele-
mentləri tapılmışdır. Şüyüdün meyvələrinin tərkibindən q/kq
olmaqla 10,8-K, 9,6-Ca, 4,4-P, 62-Na makro- və mikroele-
mentləri təyin edilmişdir. Şüyüdün toxumlarının tərkibində
olan Ca və Na miqdarı lobya və noxud toxumlarından topla-
nılan Ca, Na miqdarından artıqdır. Toxumlarının tərkibində
zəngin mineral maddələr aşkar edilmişdir. Belə ki, toxumu-
nun tərkibindən mq/kq olmaqla 43-Mn, 33-Zn, 9,7-Cu, 0,56-
M
o
və s. makro- və mikroelementləri aşkar edilmişdir. Şüyü-
dün meyvəsi yağ almaq üçün ən qiymətli xammal hesab edi-
lir. Bitkinin kökündən 2,46% yağ aşkar olunduğu halda, yer-
üstü hissəsindən 3,85%, meyvəsindən isə 14,63% yağ aşkar
edilmişdir. Zülal, 15,5-18%) piyli yağ müəyyən edilmişdir.
Dostları ilə paylaş: |