__________________________________ Nübar Həkimova
257
düz yığılmalarında, bronxit və qanazlığından əziyyət çəkən
xəstələr üçün daha faydalı hesab edilir.
Reyhan
Ətirli reyhan – Reyhanın çiçəklərində 0,3-1,5%, yaşıl
yarpaqlarında isə 0,04-0,50% efir yağı vardır. Ən çox efir
yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas
komponentləri evgenol, metilxavikol, lina-lool, kamfora və
osimendən ibarətdir. Toxumlarının tərkibində 12-19%
piyəbənzər yağ maddəsi tapılmışdır. Reyhan yarpaqlarında bir
sıra üzvi maddələr, 16,5% azotlu maddə, 4,75% yağ, 12,5%
sellüloz, 8,7 mq% karotin, 150 mq% rutin, 6% aşı maddəsi,
vitaminlər, flavonidlər, üzvi turşular, qatran, boyaq maddələri,
qlükozidlər, turş xassəli sapaninlər, şəkərli maddələr də var-
dır. Reyhanda olan boya maddələri – xlorofil, flavonlar, karo-
tin tibbi cəhətdən çox faydalıdır. Bu maddələr qanazlığına,
mədə-bağırsaq və avitaminoz xəstəliklərinə müalicəvi təsir
göstərir. Reyhan qida ilə qəbul olunduqda mədənin həzm
prosesinin fəaliyyətini artırır, orqanizmdə maddələr müba-
diləsini yaxşılaşdırır, qanın tərkib hissələrini normal vəziy-
yətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qal-
dırır. Bundan əlavə, reyhan qarın köpməsinə, qıcolmaya, mə-
də soyuqdəymələrinin xroniki proseslərinə, mədə və sidik
kisəsi ağrılarına, yaraların və eləcə də boğaz ağrılarına da mü-
alicəvi təsir göstərir. Bizdə əkilən reyhan növünün tərkibində
olan kamfora maddəsindən tibbdə yorğunluq nəticəsində
əmələ gələn əsəb sarsıntılarında, təngnəfəslikdə, qan dövranı
pozğunluqlarında, ümumi zəiflikdə və eləcə də ürək-damar,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|