Kilimancar reyhanı – Bu, çox məhsuldar bitkidir.
Yaşıl kütləsinin tərkibində 0,68-3,3% efir yağı saxlayır ki,
onun da əsas hissəsini, yəni 70%-ni asan alınan kamfora
maddəsi təşkil edir.
Müqəddəs reyhan – Efir yağının əsas tərkib hissəsini
yevgenol maddəsi təşkil edir. Bundan ədviyyat və müalicə
vasitəsi kimi istifadə edilir.
Yaşıl reyhan – Bundan alınan efir yağının tərkibindən
68%-ə qədər timol maddəsi tapılmışdır ki, bundan da zökəm,
qızdırma, titrəmə və s. xəstəliklərə qarşı istifadə olunur.
Bağayarpağı
Dünya florasının tərkibində bağayarpağının 250-ə qə-
dər növü yayılmışdır.