Nübar Həkimova ___________________________________
262
tətbiq olunur. Bu, bronxlarda, bağırsaqlarda, döş qəfəsində,
oynaqlarda, böyrəklərdə baş verən şiddətli ağrılara qarşı da
effektlidir. Bağayarpağı məhlulundan və onun təpitməsin-
dən, yarpağının gövdəqarışığı əzintisinin məlhəmindən ilan,
əqrəb, böyə, çəmbərquyruq, danadişi, qırxayaq, zəhərli bö-
cəklər, göyən (mozalan), arı sancmalarına qarşı da müalicə
üsulu kimi istifadə edilir.
Bağayarpağının üzərinə tabaşir külü yaxıb təpitməsini
qotur, dəmrov, qurdeşənək kimi çox yayılmış yoluxucu xəs-
təliklərin müalicəsində tətbiq edirlər. Təpitmə 2-3 saatdan
bir dəyişdirilməli, bağayarpağı məhlulu və ya onun dəm-
ləməsi ilə yara isladılıb silinməlidir. Bağayarpağını qaynadıb
suyunda çimmək, 25-30 dəqiqə vanna qəbul etmək, ondan
dəmləmə hazırlayıb içmək insan orqanizmindəki bütün
ağrıları yox edir, bədən yumşalır, insan gümrahlaşır, onda
şən əhvali-ruhiyyə yaranır.
Bundan başqa, bağayarpağının yarpaq və cavan zoğla-
rını ət maşınından keçirir, yumurta ilə qarışdırıb qayğanaq,
sıyıq, püre və s. xörəklərin, həmçinin giləmeyvə likörlarının
tərkibinə daxil edirlər. Bağayarpağı pəhriz xörəklərinin
tərkibinə də əlavə olunur.
Qanqal
İkiillik bitkidir. 100-dən artıq növü Yer kürəsinin Av-
ropa, Asiya və Şimali Afrika ölkələrində yayılmışdır. Azər-
baycanda isə 15 növünə rast gəlinir.
Çöl qanqalı – Toxumlarının tərkibində 30%-ə qədər
yağ, köklərində inuliri, yarpaq və gövdəsində alkoloidlərin
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|