263
izləri müəyyən olunmuşdur.
Qanqalın bir neçə növündən insan orqanizmi üçün çox
əhəmiyyətli və dadlı xörəklər hazırlamaq olar.
Yemlik
Yemlik cinsinin dünya florasının tərkibində 120-dən
artıq növü yayılmışdır. Azərbaycanda 20-dən artıq növünə
təsadüf etmək olar.
Yemliyin əksər növləri qida, müalicə, nektar və bəzək
təbiətli bitkilər hesab edilir.
Yemliyin qida məqsədləri üçün aşağıdakı – şübhəli
yemlik – taxılyarpaqlı yemlik – T.sosnowskyi və s. növlə-
rindən geniş istifadə olunur.
Keçmiş zamanlarda yemliyin bir neçə növündən ağciyər
vərəmini müalicə edirmişlər. Yemlik xoş dada malikdir.
Pəhriz saxlayan xəstələr üçün gözəl qida mənbəyi ola bilər.
Tərəvəz bitkisi kimi daha geniş istifadə edilənləri
taxılyarpaq, torvari və kiçik yemlik növləridir.
Yemlik cinsinin qida əhəmiyyətli növlərindən biri də
Yulaf köküdür.
Kökmeyvəsinin tərkibində çoxlu miqdarda zülali mad-
dələr, mineral duzlar, 8%-ə qədər şəkərli xassəyə malik
inulin maddəsi və s. tapılmışdır. Toxumlarının tərkibində
6,17% yağ vardır ki, bu da yodla çox zəngindir.
Yarpaqlarından ədviyyə kimi müxtəlif xörəklərə dad
vermək üçün istifadə edilir. Nəticədə xörəklər çox dadlı və
ləziz olur. Yarpaqlarından müxtəlif salat növləri hazırlanır.
Köklərindən qəhvəni əvəz edən qəhvə-surroqat hazırlanır. PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com