261
Bu məqsədlə yarpaqları bitki çiçək açan vaxt toplayır,
açıq havada qurutduqdan sonra həvəngdəstədə əzib toz
halına salırlar. Həmin tozdan gündə üç dəfə 1-2 çay qaşığı
xəstənin dilinin üstünə tökərək isti çayla içirdirlər.
Bağayarpağının yarpaqlarının sulu çıxarışından alınan
plantaqiyusin preparatından mədə xəstəlikləri və yaralarında,
onikibarmaq bağırsaq xəstəliklərində, turşuluq artıqda və s.
istifadə olunur.
Bitkinin yarpaqlarından hazırlanmış 10%-li mazı şaf-
talı yağı və vazelinlə qarışdırıb yaraların müalicəsində anti-
mikrob kimi istifadə edirlər.
Bağayarpağının qurudulmuş yarpaqlarının tərkibində
bir çox qiymətli maddələr: rinatin qlükozidi, karotin, acı
maddələr, K və C vitaminləri, 2,5%-ə qədər aşı maddəsi, li-
mon turşumu, ferment və yapışqanlı maddə, karbohidratlar
və s. vardır.
Bağayarpağının cavan və zərif yarpaqlarından müxtəlif
salatlar, soğan, kartof, gicitkən və xardalla qarışığından dadlı
və ləzzətli qida məhsulları hazırlayırlar.
Bu bitki el arasında "min dərdin dərmanı" adı ilə də
məşhurdur. Bağayarpağının müalicəvi əhəmiyyəti çoxəsrlik
tarixə malikdir. İnsan bədənində əzilmə, göyərmə, qançır,
yanıqlar, irinli yaralar, qabarlar, çiban və sızanaqlar olarsa,
bağayarpağının təpitməsindən istifadə edilir. Ulu baba-
larımız bağayarpağı toxumundan və onun məhlulundan,
dəmləməsindən ishal, qarınağrısı, mədə-bağırsaq pozuntusu,
sətəlcəm, soyuqdəymə, diş ağrısı, ifrazat orqanlarının
müalicəsində geniş istifadə etmişlər. Bağayarpağından
dəmlənmiş çay və onun həlimi sidik yollarının müalicəsində
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com