258
qızdırma, soyuqdəymə, sancmalar və s. kimi xəstəliklərin
müalicəsində istifadə olunur.
Adi reyhan – ətirli və ədviyyəli xüsusiyyətə malik bit-
kidir. Onun tamı azca acımtıl, qısamüddətli şirintəhərdir.
Reyhanın bir çox növləri xoş iyinə görə mixəyi və muskat
qozunu xatırladır.
Tərəvəz xörəklərində – noxud, mərci, lobya, pomidor,
kərəviz və s. ətir, dad vermək və vitaminlərlə zənginləş-
dirmək üçün reyhandan qatqı kimi istifadə edilir. Reyhan
yayda hazırlanan bir çox xörəklərin – sup, dovğa və s. tamlı
və ləzzətli yeyilməsi üçün əlavə qatqı kimi də istifadə
olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudu-
lur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd əngli şü-
şə qablara doldurulur. Əsasən qış aylarında göy-göyərti
azalan dövrdə xörəklərə əlavə olunur.
Reyhan isti və işıqsevən bitkidir. Toxum vasitəsilə
çoxaldılır. Hər hektar sahədən 180-200 sentner yaşıl xammal
və yaxud 20-30 sentner quru kütlə məhsulu əldə edilir ki,
bundan da 50-54 kq efir yağı almır. Yaşıl kütlə kölgədə və
yaxud 32-35° temperaturda xüsusi quruducu şkaflarda
qurudulur və su buxarı vasitəsilə qoyub efir yağı alınır. Bir
hektardan 3-4 sentner toxum əldə olunur. Ətriyyat və
kosmetika sahəsində reyhan cinsinin yevgenol növündən
alınan efir yağından geniş istifadə edilir.