Efir yağı. Şüyüdün kimyəvi tərkibinin əsas hissəsini
efir yağı təşkil edir ki, bu da bitkinin orqanlarının iy və
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
255
tamını müəyyən edir.
Sankt-Peterburq şəhərinin Puşkin vilayətində əkilən
şüyüdün 100 q yaşıl kütləsinin tərkibindən 300 mq efir yağı
odluğu müəyyən edilmişdir. Bolqarıstanda əkilən şüyüdün
yapaqlarından 1,74%, gövdəsindən 0,6% efir yağı tapıl-
mışdır. Puşkin vilayətində əkilmiş şüyüdün meyvələrinin
tərkibində 2,4-5,6% efir yağı aşkar edilmişdir.
Y.N.Zarayskaya (1955) görə, 1200 kq meyvənin tərki-
bindən 37,2 kq efir yağı əldə etmək olar. İ.Q.Kaplevin
müxtəlif coğrafi iqlim şəraitindən gətirilmiş 41 şüyüdün
forma və sortlarını analiz edərək müəyyən etmişdir ki,
gövdənin formalaşmağa başladığı dövrdə onun tərkibində
0,32-0,84%), çiçəkaçma dövründə 0,85-1,44%, toxumlar
südləşən zamanı 0,32-0,84, mərkəzi çətirində 1,56-2,52%,
toxum yetişib başa çatdıqdan sonra 3,42-7,17% efir yağı
toplandığı müəyyən edilmişdir. Bitkidə toxumların inkişaf
ontogenezinin toxuma qədər keçən dövründə ən çox efir
yağının toxumda toplandığı müəyyən edilmişdir.
Şüyüdün gövdə və yarpaqlarının tərkibində olan efir
yağı rəngsiz və yaxud yaşımtıl-göy rəngli mayedən ibarətdir.
Onların tərkibindəki efir yağının əsas hissəsinin 15-16%-ni
karvon maddəsi təşkil edir. Meyvəsindən alınan efir yağının
isə 40-60%-i karvon maddəsi, əsas tərkib hissəsi d-limonen,
alfa-fellandren, α -pinen, dipepten, dihidrokarvon və s.
ibarətdir.
Şüyüdün tərkibindəki efir yağının miqdarı torpağın
kimyəvi tərkibindən, əkildiyi coğrafi şəraitdən və s. asılıdır.
Şüyüd bizim respublikamızın ən sevimli yaşıl tərəvəz
və ədviyyat bitkisi sayılır. Bunun incə, zərif ətirə malik
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|