__________________________________ Nübar Həkimova
253
Şüyüd haqqında elmi məlumatlara orta əsr ədəbiyyat-
larında da geniş məlumatlara rast gəlmək olar. Bu dövrlərdə
yaşamış botaniklərdən Brunfel O. (1530), Fuks L. (1549),
Mattioli R.A. (1554), Lobel M. (1576), Dodone R. (1583)
şüyüd bitkisinin botaniki təsvirləri, eyni zamanda onun to-
xum və yarpaqlarının morfoloji quruluşları haqqında maraqlı
məlumatlar vermişlər.
Bitkinin kimyəvi tərkibi. Şüyüdün tərkibindəki ətirli
maddələrin zənginliyinə görə onun yarpaq, gövdə və toxum-
larından xalq təsərrüfatının müxtəlif sahələrində geniş
istifadə edilir. Gövdəsinin formalaşma fazasında ondan yaşıl
tərəvəz kimi geniş istifadə olunur. Şüyüd müxtəlif xörəklərin
tamını, dadını yaxşılaşdırmaqla yanaşı, onları insan sağ-
lamlığında mühüm rol oynayan C, B, B
2
, P, PP, foli turşusu,
karotin, vitaminlərlə zənginləşdirir. Bu fazada yarpaq və
gövdənin tərkibi çoxlu C və A (karotin) vitaminləri ilə daha
zəngin olur. Yaz əkini zamanı alınan şüyüdün yarpaq və
gövdələrinin tərkibində 51-128 mq%-ə qədər C, 3,6-8 mq%-
ə qədər karotin maddələri aşkar edilmişdir. Bitkinin qönçə
və çiçək açma fazasında C və karotin vitaminləri daha çox
toplanır. Bir gündə 40-45 q şüyüd qəbul edən hər bir insan
özünü C vitamininə olan gündəlik tələbatmı ödəyə bilir.
Bitkinin yarpaq və gövdəsinin tərkibindəki 7,74-
14,04% quru maddə, 0,4-1,6% şəkər, 1,4-4,0 azotlu maddə
aşkar edilmişdir. Şüyüdün yarpaqlarının tərkibindən 2,5%
xlorigen üzvü turşusu müəyyən edilmişdir. İ.Bekker-Dilli-
genə görə, şüyüdün qurudulmuş yarpaq, çiçək və saplaq-
larının tərkibində 83,84% su olduğu halda, gövdəsində –
83,54%, kökündə isə 77,80% su aşkar edilmişdir. 1 kq təzə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|