249
Cinsi meylliyi artırmaqdan ötrü vəzəri toxumunu döyüb yarı
bişmiş yumurta sarısı ilə qəbul etmək lazımdır. Vəzəri həm
də yaxşı iştah gətiricidir. O, mədə qıcqırmasının ən yaxşı
dərmanı hesab olunur. Ona görə də salatlarda və ya ayrıca
süfrəyə verilir, müxtəlif xörəklərə əlavə edir.
Vəzəri (acıtərə) ilin bütün fəsillərində il boyu becəri-
lən, süfrəmizi bəzəyən, həm də dərman bitkisi kimi köməyi-
mizə gələn tərəvəzdir. Tez yetişkənliyi və soyuğa davam-
lılığı onu istənilən şəraitdə əkməyə imkan verir. Elə bir bitki
tapmaq sətindir ki, vəzəri kimi toxumunu səpdikdən 10-15
gün sonra məhsulu yığılsın. Onun cücərtisi cəmi 2-3 günə
torpağın səthinə çıxır. Məhsuldar bitkidir, asan həzm olunur.
Vəzəriyə yaxın növlərdən su tərəsi də faydalı maddələrlə
zəngin müalicə əhəmiyyətli bitkidir. Axar sularda və ya
suzaq yerlərdə bitir. Su tərəsi tərkibi C və A vitaminindən,
kükürdlü birləşmələrdən, mineral duzlardan ibarətdir. O,
yaxşı iştahaçıcı həzmin gücləndirici vasitədir. Acıtərənin
(vəzərinin) yarpaqlarının şəklinə görə iki növü vardır: 1.
Dilimli və qırışıqlı, 2. Tam yarpaqlı vəzəri.