242
larına əlavə edirlər. Balıqçılar tutduqları balıqları xarab
olmamaq üçün gicitkən bitkisi ilə örtürlər.
Çörək qıtlığı dövrlərində gicitkən xalqımızın köməyinə
çatan ən faydalı yeməli bitki olmuşdur.
Respublikamızın böyük gicitkən ehtiyatına malik ol-
masına baxmayaraq, təəssüflər olsun ki, bu bitkinin qeyd et-
diyimiz faydalı xüsusiyyətlərindən hazırkı dövrədək istifadə
edilməmişdir.
İnsanlar gicitkəndən çox qədim zamanlardan müalicə
məqsədləri üçün geniş istifadə etmişlər. Dioskorid və Hip-
pokrat gicitkənin müalicəvi xüsusiyyətlərini çox yüksək
qiymətləndirmişlər. Qiymətli qida maddələri, zəngin duz
elementləri və vitaminlərdən ibarət olan gicitkəni qiymətli
dərman bitkisi kimi səciyyələndirirlər.
Elmi təbabətdə gicitkəndən qankəsici, xroniki mədə
yaralarının, qara ciyərin müalicəsində istifadə olunur.
Xalq təbabətində isə bitkidən daha geniş istifadə edilir.
Belə ki, gicitkəndən hazırlanmış cövhərdən ürək, böyrək,
qaraciyər xəstəliklərində Qan azlığında, qastritdə daxilə
qəbul etməyi məsləhət görürlər. Onun ekstraktı ilə başı
yuyub tüklərin dibini bərkidir və tökülməsinin qarşısını alır.
Gicitkən qan dövranını tənzimləyir, saçın möhkəmli-
yinə, tökülməməsinə və uzanmasına səbəb olur. Qalxana-
bənzər vəzinin normal inkişafım aktivləşdirir, ürək-damar
fəaliyyətinə, nəfəs borusuna yaxşı təsir edir. O, mədə-
bağırsaq, daxili qanaxma, dişdibi ətləri xəstəliklərinin müa-
licəsində əhəmiyyətlidir. Gicitkənin həlimini, dəmləməsini
içmək və onu bişirib tünd sarımsaqlı qatıqla yemək bütün
daxili xəstəliklərə, şişlərə, bağırsaqlardakı qurdların tökül-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com