244
həmişə nəm olduğundan buna cincilim «mokrisa» deyilir.
Cincilimdən hazırlanan preparatlar vitamin, bakterio-
sid, soyuqdəymə, damargenişləndirmə, qan təzyiqini aşağı
salma, sidikqovucu, ödqovucu, qankəsici, yarasağaldıcı və s.
xüsusiyyətlərə malikdir.
Bitkinin yaşıl hissəsində 13.9-65 mq% C vitamini, 23-
44 mq% karotin, göy boyaq maddəsi, efir yağı və s. bir-
ləşmələrin olması yaz aylarında orqanizmdə avitaminoz ol-
duğu halda daha qiymətlidir.
Azərbaycan xalq təbabətində cincilimin su ilə qarışdı-
rılmış şirəsi mədə-bağırsaq xəstəlikləri zamanı ağrıkəsici
kimi işlədilir. Amerika əczaçılıq firmalarının hazırladığı
dərman preparatı maddələr mübadiləsinin pozulması,
xüsusilə şəkər xəstəliyi zamanı, ciyər və dəri xəstəliklərində
– qaşınma, sızanaq, səpmə, əsəb, çiban, ekzema, artrit
zamanı oynaqların iltihabı və s. xəstəliklərdə geniş tövsiyə
edilir. Fitoterapevtik proqramları həyata keçirilən başqa
preparatlarla yanaşı, özünü iştahı azaltmaq xüsusiyyətilə
kapsulaları çəki azaldan, piylənmənin qarşısını almaq üçün
geniş istifadə olunur. Qızdırmanı salmaq, orqanizmdə qanın
keyfiyyətini yaxşılaşdırmaq və sakitləşdirici kimi də böyük
təsir gücünə malikdir.
Azərbaycanda hələ qədim zamanlardan cincilimdən ər-
zaq məhsulu kimi geniş istifadə olunmuşdur. Əsasən qutab
və dovğada işlədilir. Hazırda xalq arasında cincilimdən müx-
təlif xörəklər hazırlanır. Cincilimdən qutab, dovğa, salat, göy
borş və s. hazırlanmasında da istifadə edilir.
Kimyəvi tərkibi tam öyrənilmişdir. Yaşıl hissəsinin tər-
kibində 65 mq% C vitamini və 23 mq% karotin maddəsi
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com