__________________________________ Nübar Həkimova
235
adından götürülmüşdür. Böyük təbiətşünas Pliniy göstərir ki,
guya bu bitki ilə Artemiziya xanım müalicə olunmuşdur.
Azərbaycanda yovşanın 16 növünə rast gəlmək olar.
Adi yovşan. Mülayim iqlimə malik qurşaqların hər
yerində rast gəlinir. Yabanı halda yol kənarlarında, çay və
göl sahillərində yayılmışdır. Quru halda ədviyyat kimi isti-
fadə olunur. Ət xörəklərində göyərti kimi işlədilir. Tər-
kibində 0,026-0,2% efir yağı vardır.
Yovşanın dərman əhəmiyyətli, qida xüsusiyyətli, efir
yağlı, aşı təbiətli, boyaq və bəzək üçün yararlı növləri əksər
ölkələrdə mədəni halda kütləvi halda becərilir.
Yovşandan hazırlanmış cövhər, araq, vermut, iştah-gə-
tirici vasitə kimi, qızardılmış və yağlı xörəklərin, xüsusilə də
ördək və qaz ətlərinin yeyilməsində. istifadə edilir.
Yovşanın tərkibində kifayət qədər efir yağı, fla-vo-
noid, kumarin, sekviterien laktonları, absintin, anab-sintin,
artabsin, xamazulin, vitaminlər, üzvi turşular, şəkər, selikli
və az miqdarda alkoloidli maddələr vardır.
Tərkibində efir yağının olması onun qurdqovucu,
valerian turşusunun olması sakitləşdirici, fenol birləşmələ-
rinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini gös-
tərir. Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin oldu-
ğundan tibbdə müxtəlif xəstəliklərin müalicəsində geniş
istifadə olunur.
Dostları ilə paylaş: