__________________________________ Nübar Həkimova
231
Xalq təbabətində isə istiot yarpızından sakitləşdirici,
ödqovucu, ürək sancısı, revmatizm, vəba və s. xəstəliklərin
müalicəsində istifadə edilir. Cövhəri ağızda əmələ gələn
iylərin aradan qaldırılmasında işlədilir. Göstərdiklərimizdən
başqa, cövhərindən hemoroid, kəskin başağrıları, təzə
yarpaqlarını ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma,
qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində
istifadə edilir. Yarpağından hazırlanan cövhərindən və
çaylardan mədə turşuluğunun artırılmasında, öd kisəsi
ağrılarının qarşısının alınmasında işlədilir. Efir yağından
dezinfeksiyaedici, təravətgətirici, müalicəvi çay, ətirli su,
şirə və s. hazırlanır.
Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda
duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi
ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir. Yu-
xusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə)
yatmazdan əvvəl yarpızı qaynadıb suyunda vanna qəbul et-
mək məsləhətdir.
Özünəməxsus ətri və təravəti ilə məşhur sayılan istiot
yarpızının yağından qənnadı fabrikində, ətriyyat, kosmetika
sahəsində, diş pastalarının və eləcə də müxtəlif növ ətirli
sabunların hazırlanmasında geniş istifadə edilir.
Dostları ilə paylaş: |