Əməyə cəlb etmə göstəriciləri
Məhkumların əməyə cəlb etmə göstəriciləri yuxarıda qeyd olunduğu kimi olduqca aşağı
göstəricilərdir. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat, həmçinin bu
müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət
işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən
olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar. Daxili nizam qaydalarına
görə Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı
müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox olmamalıdır.
Rəsmi statistikaya görə hazırda məhkumların 29,9 faizinin əməyə cəlb olunduğu bildirilir. Lakin
bu rəqəm həqiqəti əks etdirmir. Belə ki, digər rəsmi statistikaya görə hazırda məhkumların yalnız
5,7 faizi istehsalat sahəsində çalışır. İstehsalat sahəsində çalışan məhkumlar isə ilk növbədə
özlərinin normal şəraitdə saxlanması üçün lazım olan geyim, yataq və məişət əşyalarının, habelə
verilmiş sifarişlərə əsasən tikiş, dəmir məmulatları, mebel, dəmir-beton dirəklər və müxtəlif
suvenirlər istehsal edirlər.
Məhkumlardan 6,23 faizi isə təsərrüfat və məişət xidməti işlərində əməyə cəlb olunublar.
Dostları ilə paylaş: |